Məhkəmə qərarları › İş №2(008)-5778/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5778/2023

13.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5778/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pəncərə boşluğunun bağlanması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 2-də yerləşən, 3 saylı evinin arxasından onun evinin pəncərəsinə tərəf özbaşına açılan 40x50 sm ölçüdə pəncərə boşluğunun daşla hörülüb bağlanması, həmin pəncərə boşluğunun bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, habelə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, yuxarıda göstərilən ünvanda yaşayır. Cavabdeh qonşusudur. Keçmiş qonşusu Sultanov Seymur adlı şəxs onun yaşadığı evin arxasında öz evindən özbaşına olaraq 40-50 sm ölçüdə onun həyətimə pəncərə açmışdır. Həmin vaxt iddiaçı evdə olmamışdır. Sonra o, evi təcili cavabdeh Sevil adlı şəxsə satmışdır. Cavabdehin həmin yerdə heç vaxt pəncərəsi olmamışdır. Pəncərə açıldıqdan sonra iddiaçının günü qara olmuşdur. Onun yaşamaq hüququ pozulmuşdur, qonşunun səs-küyü, qışqırıqları, narahatçılıqları onu təngə gətiribdir, onu narahat edirlər. Bu yaxınlarda cavabdeh öz evinin döşəməsini boyamış, iddiaçı həmin vaxt öz evində yataqda olarkən boyanın zəhərli iyindən boğulmuşdur. Dəfələrlə ondan qanunsuz açılan pəncərənin bağlanmasını xahiş etsə də, bunun heç bir nəticəsi olmamaış, cavabdeh həmin pəncərəni bağlamaqdan imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının səhhətinə zərər dəymişdir, özü 2-ci qrup əlildir, 2 dəfə əməliyyat olunmuşdur. Cavabdehin evinin arxasından açılan pəncərə qanunsuzdur. Qanunsuz pəncərənin bağlanması ilə bağlı o, Sabunçu Rayon Polis İdarəsinə, 12-ci Polis Bölməsinə və Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz vermişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə - oğlu Taleh Məhərrəmov və Orxan Babayevlə 2006-cı ildən mübahisəli mənzildə yaşayırlar. İddiaçı yaxın qonşularıdır. Onların yataq otaqları üzbə-üzdür. Onun yataq otağında iki taylı pəncərə vardır, cavabdehin yataq otağına baxır. Mənim yataq otağımda isə 40-50 sm ölçüdə pəncərə vardır. Cavabdehin yataq otağında olan pəncərə xx.xx.2006-cı ildə evi alanda var idi, ancaq taxtadan idi. Bu ilin iyul ayında pəncərənin kənarları oğlu Taleh Məhərrəmov tərəfindən dəyişdirilib, plastik materialdan qoyulmuşdur. İddiaçı cəmi bir dəfə polisə müraciət etmiş, polis işçiləri pəncərələrə baxış keçirib və ona əsassız yerə şikayət etməməsi xəbərdarlığı etmişlər. Sual olunur - 2006-cı ildən onlar mütəmadı oiaraq iddiaçının yaşayış hüququnu pozurdursa, niyə məhkəməyə müraciət etmirdi? İddiaçı aqsaqqal adamdır, onlardan şantaj xarakterli ərizə yazmışdır. İddiaçı öz iddia ərizəsində dövlət şəhərsalma norma və qaydalarına, memarlıq fəaliyyəti haqqında qanununa, Azərbaycan Respublikası MM-nin 164.1 və digər maddələrinə və s. istinad etməklə öz iddia ərizəsinin qanuna müvafiq yazıldığını və təmin olunmasını, habelə ödədiyi 100 manat dövlət rüsumunun məndən tutulub ona verilməsini xahiş edir. Hər iki mənzil iddia ərizəsində göstərdiyi qanunlar əsasında tikilməmişdir, hər iki mənzil özbaşına tikilidir. Xahiş edir, iddia rədd edilsin. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh qonşudurlar, hər ikisini yaşadığı ev qanunsuz tikilidir. Təqdim edilmiş fotoşəkildən görünür ki, daşla hörülüb bağlanması tələb edilən pəncərə yuxarıda yerpləşən, çox kiçik, hətta pəncərə də defil, nəfəslikdir. İddiaçı hazırki mübahisə ilə əlaqədar bir neçə dəfə polisə müraciət etmişdir. İddiaçı iddia ərizəsində «Dövlət şəhərsalma norma və qaydaları»na, «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa istinad etmiş, lakin öz evinin qanuni əsaslara inşa edildiyinə dair sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddia ərizəsinə əsasən, hazırki cavabdeh evi həmin pəncərə olan vəziyyətdə almışdır. Hazırda iddiaçı pəncərə boşluğunun daşla hörülüb bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı öz narahatçılıqlarını ozünün pəncərəsinin bağlanması ilə aradan qaldıra bilər, o, isə bunun əvəzinə qonşusu barədə polisə, məhkəməyə müraciət edir İddiaçı dövlət rüsumunun cavabehdən tutulmasını istəyir. Məhkəmə hesabe dir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar