Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5820/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçıSığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqrasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 750 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 780,40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçıSığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E220” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyadov prospektində hərəkət edərkən lazımi ara məsafəsi seçməyib qarşısında olan “Lexus GX 460” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili etibarnaməsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etidiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ- nin YPXA-nin KYP 038926 saylı X2 Protokolunda öz əksini tapmışdır. Eyni zamanda protokolun hüquqi əsas bölməsində Cavabdeh2 nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməsi DYP əməkdaşı tərəfindən qeyd edilmişdir. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Lexus GX 460” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat zərər təyin olunmuşdur. PAT ********** saylı sığorta müqaviləsinin 021450 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 750 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 021450 saylı sığorta aktından görünür ki, “Mercedes Benz” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobil PAT ********** saylı müqaviləyə əsasən icbari qaydada sığortalanmış və xx.xx.2015ci il tarixdə “Lexus GX 460” markalı **-VF-*** dövlət nəqliyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş zərər 750 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2015-ci il tarixli hesabatdan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Lexus GX 460” markalı **-VF-*** dövlət nəqliyyat nişanlı avtomobillə dəymiş maddi ziyan 750 manat məbləğində müəyyən edilmişdir. -Azərbaycan Respublikası DİN Baş Dövlət X3 X2 038926 saylı protokulunun surətindən görünür ki, Əliyev X1 Xətalar Məcəlləsinin 151.1-ci və 152.1-ci maddələrinə əsasən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. -İddiaçıSığorta ASC-nin xx.xx.2020-ci il tarixli preteniziya məktubunun surətindən görünür ki, İddiaçıSığorta Şirkəti ASC subroqasiya hüququ əsasında 750 manat məbləğində pulun ödənilməsi Cavabdeh2 və Cavabdeh1 xahiş olunmuşdur. -xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən İddiaçı Sığorta ASC tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. -İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması haqqında haqqında elektron çıxarışdan görünür ki, Mercedes Benz markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobil icbarı sığorta müqaviləsinə əsasən sığortalanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə idarə etdiyi icbarı sığorta müqaviləsi ilə sığortalanmış “Mercedes Benz” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillə “Lexus GX 460” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 avtomobili etibarnaməsi olmadan idarə etdiyi müəyyən olunmuşdur. Baş vermiş hadisə nəticəsində ““Lexus GX 460” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat məbləğində ziyan dəymişdir. PAT ********** saylı sığorta Müqaviləsinin 021450 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 750 manat sığorta ödənişi həyata keçirmişdir. Beləliklə İddiaçı Sığorta Şirkəti 750 manat sığorta ödənişi həyata keçirmiş və subroqasiya qaydasında cavabdehdən ödənilmiş sığorta ödənişini tələb etmək hüququ yaranmışdır. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh1 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil Cavabdeh2 tərəfindən həmin avtomobili səlahiyyəti olmadan idarə etdiyindən ziyan cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə görə sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən məhkəmə, hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddiası təmin edilməli, 750 manat məbləğində sığorta ödənişi cavabdehlərdən İddiaçı Sığorta Şirkəti ASC nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən pdənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmaııdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində dövlət rüsumu İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-5820/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5820/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver