Məhkəmə qərarları › İş №2(008)-5953/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5953/2021

24.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5953/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə icals katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsi cəlb edilməklə “maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsi cəlb edilməklə “maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarına münasibətdə Cavabdeh tərəfindən pozulmuş əmlak hüquqlarının bərpa olunmasına, şəxsi evlərindən istifadəyə yaradılmış maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cari ilin iyul ayında Ədliyyə Nazirliyinin Sabunçu rayon icra şöbəsinə dəvət olunmuş, şöbənin rəhbərliyi tərəfindən qəbul edilərkən ona təqdim olunmuş 02.07.2021-ci il tarixli, 3670-184042/15 saylı məktuba və onunla aparılan söhbətə görə Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli, 2(103)-879 saylı icra vərəqəsi üzrə icra tədbirləri: onun 20.10.1995-ci il tarixli, 2 nömrəli orderlə, keçmiş spiker Rəsul Quliyevin arvadı və digər ailə üzvləri - X12 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən 1926 saylı bağ sahəsindən, 10.11.1995-ci il tarixli, 9 saylı orderə əsasən Bağırova (Quliyeva) Xanım Rəsul qızına məxsus 1927 saylı bağ sahəsindən, 10.11.1995-ci il tarixli, 20 nömrəli orderə əsasən X19 məxsus 1928 saylı bağ sahəsindən, 20.10.1995-ci il tarixli, 20 nömrəli orderə əsasən X6 məxsus 1929 saylı bağ sahəsindən və 18.05.1995-ci il tarixli, 2 saylı orderə əsasən X25 məxsus 1931 saylı bağ sahəsindən çıxarılması və icra hərəkətlərinin 07 iyul 2021-ci il tarixdə, saat 11:00-da yerinə yetirilməsi nəzərdə tutulurdu. O, Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinin 2010-cu ildə icraya yönəldilmiş olduğunu, icra işinə xitam verilmiş olduğunu bildirsə də, icra hərəkətinin davam etdirilməsi qərara alınmışdı. 07 iyul 2021-ci il tarixdə, saat 13:00 radələrində Sabunçu rayon icra şöbəsinin baş icra məmuru Daşqın Həsənəliyev və digər 6 nəfər icra məmurları, tələbkarların nümayəndəsi, hal şahidləri, yanğından mühafizə hissəsinin rəisi, məktubda göstərilən digər şəxslər icra hərəkətinin aparılması üçün mübahisəli əraziyə gəlib icra prosesinə başlamaq istədikdə onun nümayəndələri çıxarılmalı olduğu ərazi üzrə tələbkarların hüquqlarının təsdiqinə, ərazinin kordinatlarına, sərhəddlərinə, mərzlərinə və digər əhəmiyyətli hallara aid sənədləri tələb etdikdə, bu sənədlərin əldə olmadığı, Reyestr Xidmətinin nümayəndəsinin icra prosesində iştirak etmədiyi məlum olub və nümayəndələrinin tələbinə əsasən həmin əsaslarla icra hərəkəti həmin gün qeyri-müəyyən vaxta təxirə salınmışdı. Buna baxmayaraq, iki gündən sonra hazırkı iş üzrə Cavabdeh şəxsiyyətləri ona məlum olmayan bir neçə şəxslə əraziyə gəlmiş, onun və digər ailə üzvlərinin evdə olmamasından istifadə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarındakı daşınmaz əmlaklara onun özünün, arvadının və gəlinin X2 adlarına şəxsi mülkiyyət hüquqlarının təsdiq edildiyi yaşayış evlərinə quldurcasına basqın edilmiş, qapılar sındırılmış, öz evlərinə gedişgəlişləri qadağan edilmişdir. (Həmin “Qeydiyyat vəsiqə”ləri və bunlarla bağlı Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 07.06.2021ci il tarixli, 582, 583 və 584 saylı arayışları və digər sənədlər ərizəyə əlavə olunur). Belə ki, şəxsi evlərinin qapılarına polis naryadı cəlb edilmiş və o, sonradan onlarla apardığı söhbətdə naryad üçün müqavilənin Asif İbrahimovla bağlanmış olduğu bildirilmişdir. Asif İbrahimov tərəfindən qanunsuz hərəkətlərə yol verilmiş, onun və digər ailə üzvlərinin əmlak hüquqları pozulmuş, şəxsi mülkiyyət hüququ ilə onlara məxsus evlərdən və ərazidən qanunsuz olaraq çıxarılmışlar. Göründüyü kimi, hətta Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli, 2(103)-879 saylı icra vərəqəsi üzrə 1926, 1927, 1928, 1929, 1931 saylı bağ sahələrindən onun çıxarılması nəzərdə tutulduğu halda, qanuni əsaslarla onlara məxsus üç mərtəbəli 1 ədəd yaşayış evindən, iki mərtəbəli 1 ədəd yaşayış evindən, 2 ədəd birmərtəbəli yaşayış evlərindən, 4 ədəd kubik daşları ilə inşa edilmiş kotec tipli tikililərdən qanunsuz məhrum edilməklə digər çoxsaylı ailə üzvlərinin də, mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsinə dair 16.09.2021-ci il tarixində məhkəmə iclasında ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarına münasibətdə Cavabdeh tərəfindən şəxsi evlərindən istifadəyə yaradılmış maneənin aradan qaldırılmasına - polis naryadlarının götürülməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarına münasibətdə Bakı şəhəri Sabunçu icra şöbəsinin icra məmurlarının hərəkətlərinin qanunsuz hesab edilməsinə və əsassız olaraq Sabunçu rayon mühafizə idarəsinə, daha sonra Cavabdeh və Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsinə saxlanca verilmiş olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarına ona və ailə üzvlərinə şəxsi mülkiyyət hüququ ilə məxsus olan evlərin və torpaq sahəsinin onlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru əssasız və qanunsuz olaraq 2(103)-879/2010 saylı 17.03.2010-ci tarixli Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini icra etmək məqsədi ilə İddiaçı iştirakı olmadan Bilgəh qəsəsbəsi Zaqulba şosesində yerləşən İddiaçı və onun qohumlarına məxsus olan əraziyə gələrək icra hərəkətləri həyata keçirmiş, icra hərəkətlərini həyata keçirən zaman qətnamədə nəzərdə tutulmayan ərzilərə, o cümalədən İddiaçı və ailə üzvülərinə məxsus olan yaşayış sahələrinə daxil olunmuş, həmin yaşayış evlərinin qapılarını, pencərələrini sındırmışlar, həmin ərazidə Cavabdeh ilə Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Sabunçu rayon Mühafizə İdarəsi arasında bağlanmış müqavilə əsasında polis naryada qurulduğundan iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarına daxil olunmalarına qadağalar qoyulmuş, mülkiyyət hüquqlarını həyata keçirməkdən məhrum olmuşlardır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin tam təmin edilməsi və Sabunçu rayon icra şöbəsinin icra məmurlarının hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Qətnamə qanuni qüvvəsini alaraq qanunvericilyin tələblərinə uyğun icraya yönəldilmiş, qanuna müvafiq icra hərəkətləri aparılmışdır. İcra hərərktəri isə məhz könüllü şəkildə iddiaçının qanunamüvafiq olaraq açarları könüllü təqdim edilməsi nəticəsində aparılmışdır. Qətnamənin icra olunduğu əraziyə yaxın hissədə iddiaçıya məxsus torpaq sahəsi və yaşıyış evləri vardır. Lakin ora münasibətdə hər hansı bir icra hərəktəlri aparılmasından söhbət gedə bilməz. Yalnız qətnamənin icra edildiyi ərzidə yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1926, 1927, 1928, 1929 və 1931 saylı bağ sahələrinin mühafizəsi haqqında Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Sabunçu Rayon Mühafizə İdarəsi ilə daha sonra isə Xəzər rayon Mühaizə İdarəsi arasında müqavilə bağlanamışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X13 bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli icra vərəqəsi ilk dəfə 2010-cu ildə şöbənin icraatına daxil olmuş və könüllü icra ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. Sonradan icraata xitam verilməsi barədə qərar məhkəmə qaydasında ləğv edilmiş, icraata xitam verilməsi barədə qərarın ləğv edilməsinə dair qərardaddan şikayət verilmiş, lakin İddiaçı nümayəndəsinin ərizəsinə əsasən şikayət geri qaytarılmışdır. Daha sonra icra hərəkətləri davam etdirilmiş, iddiaçı tərəfindən könüllü şəkildə açarlar təqdim edilmiş və icra məmurları tərəfindən qapılar açılmışdır. Əşyaların evdən götürülməsi ilə bağlı iddiaçıya müraciət edilmiş, lakin iddiaçı həmin əşyaların köhnə olduğunu və onlara ehtiyacının olmadığını bildirmişdir. Bütün icra hərəkətləri tam qanuni şəkildə aparılmış, heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçı icra hərəkətlərinin aparıldığı əraziyə gəlmiş, lakin oranı tez tərk etmiş, iddiaçı icra hərəkətlərinin aparıldığı yeri dərhal tərk etdiyi üçün akt onun iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 31.08.1992-ci il tarixli,1313 nömrəli sərəncamının 1.3-cü bəndinin öz qüvvəsini itirməsi haqqında 29.12.1995-ci il tarixli, 1742 nömrəli sərəncamından görünür ki, əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Bakı Baş İstehsalat İdarəsinə bağ sahələrinin tikintisi üçün Zaqulba-Bilgəh yolunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən torpaq sahəsi ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinin 31.08.1992-ci il tarixli, 1313 nömrəli sərəncamının 1.3-cü bəndi öz qüvvəsini itirmiş hesab edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın iş üzrə 2(103)- 879/2010 saylı, 17 mart 2010-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 sentyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar X7, X20, X26, Bağırova (Quliyeva) Xanım Rəsul qızı və X24 cavabdeh İddiaçı qarşı bağ sahəsindən çıxarılma, qanuni icarədarların istifadə hüquqlarının bərpa edilməsi hissəsində iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.10.1995-ci il tarixli, 1376 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 2 №-li orderlə X14 verilmiş 1926 saylı bağ sahəsindən. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10.11.1995-ci il tarixli, 1476 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 9 №-li orderlə Bağırova (Quliyeva) Xanım Rəsul qızına verilmiş 1927 saylı bağ sahəsindən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10.11.1995-ci il tanxli, 1476 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 20 №-li orderlə X19 verilmiş 1928 saylı bağ sahəsindən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.10.1995-ci il tarixli, 1376 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 20 N°-li orderlə X5 verilmiş 1929 saylı bağ sahəsindən və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.05.1995-ci il tarixli, 625 saylı sərəncamına əsasən Eığlar Təsərrüfatı İdarəsi tərəfindən 2 №-li orderlə X25 venlmiş 1931 saylı bağ sahəsindən cavabdeh İddiaçı çıxarılması, həmin bağ sahələri üzərində iddiaçıların icarə və istifadə hüquqları rərpa edilməsi və həmin bağ sahələrinin onlara qaytarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)-2308/2010 saylı, 16 iyul 2010-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın iş üzrə 2(103)-879/2010 saylı, 17 mart 2010-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1926 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə X10 adına qeydə alınmışdır (qeydiyyat tarixi 01.04.2011, qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1927 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə X16 adına qeydə alınmışdır (qeydiyyat tarixi 01.04.2011, qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1928 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə X17 adına qeydə alınmışdır (qeydiyyat tarixi 01.04.2011, qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1929 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə X3 adına qeydə alınmışdır (qeydiyyat tarixi 01.04.2011, qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1931 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə X24 adına qeydə alınmışdır (qeydiyyat tarixi 01.04.2011, qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1932 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə X11 adına qeydə alınmışdır (qeydiyyat tarixi 01.04.2011, qeydiyyat nömrəsi **********). İş materiallarında olan Bilgəh “Zəfəran” sovxozu Aqrar İslahat Komissiyasının 12 oktyabr 1997-ci il tarixli qərarından görünür ki, Bilgəh qəsəbə sakini İddiaçı kənd təsərrüfatına yararsız, daşlı Bilgəh “Zəfəran” sovxozunun ərazisindən Daxili İşlər Nazirliyinin sahəsinin cənubunda yerləşən boş sahədən 1990-cı ildə icarəyə verilmiş 1.5 ha torpaq sahəsi İddiaçı pay torpağı kimi verilmişdir İş materiallarında olan Abşeron rayon X8 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, ev 1, yaşayış sahəsi 213.9 kv.m, köməkçi sahəsi 56.9 kv.m, üç otaqdan ibarət yaşayış evi hamısı İddiaçı adına mülkiyyət hüququ əsasında X22 02 yanvar 2020-ci il tarixli, 14 nömrəli qərarına əsasən qeydə alınmışdır. İş materiallarında olan Abşeron rayon X8 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, ev 2, yaşayış sahəsi 74.8 kv.m, köməkçi sahəsi 66.6 kv.m, üç otaqdan ibarət yaşayış evi hamısı X2 adına mülkiyyət hüququ əsasında X22 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarına əsasən qeydə alınmışdır. İş materiallarında olan Abşeron rayon X8 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 5, yaşayış sahəsi 381.6 kv.m, köməkçi sahəsi 443.9 kv.m, səkkiz otaqdan ibarət yaşayış evi hamısı X4 adına mülkiyyət hüququ əsasında X22 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarına əsasən qeydə alınmışdır. İş materiallarında olan Abşeron rayon X8 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 6, yaşayış sahəsi 64 kv.m, köməkçi sahəsi 33.6 kv.m, üç otaqdan ibarət yaşayış evi hamısı X9 adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı DNK-nun 06 dekabr 2005-ci il tarixli 4ə/2450 saylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-879/2010 saylı, 17.03.2010-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı 29.06.2021-ci il tarixdə, saat 18:30 radələrində mübahisəli bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə bağ sahəsinə gedilmiş, borclunun təqdim etdiyi açarlarla bağ sahəsinə daxil olunmuşdur. Bağ sahəsində yerləşən yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin tam boşaldılmadığı müəyyən edildikdən sonra borclu İddiaçı ilə əlaqə saxlanılmış, o, boşaldılmamış əmlakın uzun müddət istifadə olunmadığını və bəzilərinin yararsız olduğunu bildirmişdir. Azərbaycan Respbulikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Sabunçu Rayon Mühafizə İdarəsinin 02 avqust 2021-ci il tarixli, 913 nömrəli məktubundan görünür ki, Sabunçu Rayon İcra Şöbəsinin 29.06.2021-ci il tarixli, 184042/2018-15 nömrəli zəmanət məktubuna, qarşılıqlı bağlanmış müqaviləyə və müvafiq təhvil-təslim aktına əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “1926”, “1927”, “1928", “1929”, “1931" saylı bağ sahələri 29.06.2021-ci il tarixdən tərəflərindən polis xidməti ilə ictimai qaydanın qorunması təmin olunmaqla mühafizəyə qəbul olunmuşdur. Sabunçu Rayon icra Şöbəsinin 06 07 2021-ci il tarixli, 10989/15 nömrəli məktubuna əsasən 05 07.2021-ci il tarixdən Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “1926", “1927", "1928”, ‘4929”, “1931” saylı bağ sahələri müvafiq təhvil-təslim aktı tərtib olanaraq vətəndaş Cavabdeh təhvil verilmiş və həmin şəxslə qarşılıqlı bağlanmış yeni müqaviləyə əsasən 06.07.2021-ci il tarixdən qeyd olunan bağ sahələrində tərəfimizdən polis xidməti ilə ictimai qaydanın qorunması davam etdirilir. Azərbaycan Respbulikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Xəzər rayon Mühafizə İdarəsi ilə Cavabdeh arasında bağlanmış əmlakın mühafizəsi haqqında 1179 sayl müqaviləyə əsasən Bakı şəhər Sabunçu rayonu Bilgəh qəsəbəsi 1926, 1927, 1928, 1929 və 1931 saylı bağ sahələri Xəzər rayon Mühafizə İdarəsi tərəfindən mühafizə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı iddia edir ki, Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın iş üzrə 2(103)-879/2010 saylı, 17 mart 2010-cu il tarixli qətnaməsi Sabunçu rayon İcra Şöbəsinin icra məmurları tərəfindən icra edilərək, icra vərəqəsində qeyd edilən Bakı şəhər Sabunçu rayonu Bilgəh qəsəbəsi 1926, 1927, 1928, 1929 və 1931 saylı bağ sahələrindən əlavə hazırkı iş üzrə iddiaçı olan Q.Salahzədə və onun qohumlarına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarında yerləşən ərazilərdə də, qanunsuz icra hərəkətləri həyata keçirilmiş, həmin ərazilər əsasız olaraq əvvəlcə Sabunçu rayon Mühafizə İdarəsinə, daha sonra isə iş üzrə cavabdeh olan Cavabdeh və Bilgəh qəsəsbəsi üzrə icra nümayəndəliyinə saxlanca verilmiş və həmin ərazilərdə Cavabdehla Xəzər Rayon Mühafizə İdarəsi arasında bağlanmış müqaviləyə əsasan qurulmuş polis naryadı iddiaçı və onun qohumlarının Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan mülkiyyət hüquqları pozulmuş, bu səbəbdəndə İddiaçı pozulmuş hüquqlarının bərpası üçün “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarına münasibətdə Cavabdeh tərəfindən şəxsi evlərindən istifadəyə yaradılmış maneənin aradan qaldırılmasına - polis naryadlarının götürülməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarına münasibətdə Bakı şəhəri Sabunçu icra şöbəsinin icra məmurlarının hərəkətlərinin qanunsuz hesab edilməsinə və əsassız olaraq Sabunçu rayon mühafizə idarəsinə, daha sonra Cavabdeh və Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsinə saxlanca verilmiş olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarına ona və ailə üzvlərinə şəxsi mülkiyyət hüququ ilə məxsus olan evlərin və torpaq sahəsinin onlara qaytarılmasına” dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, məhkəmə mülki işin matriallarına əlavə edilmiş sənədləri araşdırarkən məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarında qeyd edilən ərazilər mülkiyyət hüquqi əsasında İddiaçı məxsus olması aşkar edilməmişdir. Belə ki, Abşeron rayon X8 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 4 ünvanlarına ayrı-ayrılıqda verlmiş qeydiyyat vəsiqələrindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, ev 2 ünvanı X2, ünvan 5 ünvanı X4 və ünvan 6 ünvanı isə X1 mülkiyyətindədir. İddiaçı hüquqları pozulmuş olduğu iddia edilən mülkiyyətçilərin adından məhkəməyə müraciət etməyə əsas verən hər hansı bir hüququ olmamış və məhkəmənin təklifinə baxmayarq sözügedən hüququn təsdiqinə dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı X2, X4 və X1 adından məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Azərbay Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsi cəlb edilməklə “maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar