Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5954/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Ruslan Mirzəliyev Əsəd oğlunun sədrliyi, X22 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair, 1971-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosu tərəfindən tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da qeyd edilmiş “İslam-zadə X18”, AZ-İ seriyalı 915607 nömrəli 06 dekabr 2017-ci il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş “İslaməli-zadə X17”, ИЕ seriyalı 249248 nömrəli xx.xx.1955-ci il tarixli evlənmək haqqında şəhadətnamədə qeyd edilmiş "İslaməli-zadə İsmail Qulammirzə oğlu”, İ-Ж Г seriyalı 322345 nömrəli 30 noyabr 1972-ci il tarixli doğum haqqında şəhadətnamədə "atası” qrafasmda qeyd edilmiş “X1”, eyni şəxs olması, atası İslaməli-zadə X8 miras qalmış ünvan 2 ünvanda yerləşən mülkün onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Atası İslaməli-zadə X17, 30 noyabr 2017-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, ona məxsus olan, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair, 1971-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosu tərəfindən tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuda texniki səhv olmuşdur. Belə ki, həmin sənəddə "ev sahibinin familiyası, adı, atasının adı" qrafasında "İslam-zadə X18" qeyd edilmişdir, lakin AZ-İ seriyalı 915607 nömrəli 06 dekabr 2017-ci il tarixli ölüm haqqında şəhadətnamədə “İslaməli-zadə X17”, ИЕ seriyalı 249248 nömrəli xx.xx.1955-ci il tarixli evlənmək haqqında şəhadətnamədə "İslaməli-zadə İsmail Qulammirzə oğlu", İ-Ж Г seriyalı 322345 nömrəli 30 noyabr 1972-ci il tarixli doğum haqqında şəhadətnamədə "ata" qrafasında "X1” qeyd edilmişdir. Qeyd olunan texniki səhvlər səlahiyyətli şəxslər tərəfindən edilmiş, lakin hazırda ərizəçi evin və torpaq sahəsinin ilkin qeydiyyata alınması üçün zəruri olan sənədləri, texniki pasportun, torpaqayırma sənədlərinin arxiv nüsxələrini, vərəsəlik şəhadətnaməsini və saira sənədləri ala bilmir. Bundan başqa ərizəçi atasından miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ev hazırda onun və ailəsinin istifadəsindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, kommunalların onun adına olduğunu, evdə yaxşılaşdırma işləri gördüyünü və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında ərizəçinin onun qardaşı olduğunu, təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 izahatında qardaşı Ərizəçi atasının ölümündən sonrada da ünvan 2 nömrəli ünvanda yaşadığını və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində ərizəçi onun qonşusu olduğunu, bir yerdə böyüdüklərini və bir məktəbdə oxuduqlarını bildirdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilərək məhkəmə iclasına çağrılsalar da, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunan ИЕ seriyalı 066891 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 02 fevral 1932-ci ildə doğulmuşdur. ИЕ seriyalı 249248 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İslaməli-zadə X17 ilə, Qədir-zadə Maryam Əbdulcabir qızı arasında 12 avqust 1955-ci ildə bağlanmış nikah akt qeydi ilə qeyd edilmiş, ərə İslaməli-zadə, arvada İslaməli-zadə soyadı verilmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin AZ-İ seriyalı 915607 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İslaməli-zadə X17 xx.xx.2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 12 ayının 06 günündə 2395 nömrə ilə qeyd edilmişdir. İ-Ж Г seriyalı 322345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə doğulmuşdur. Atası X1, anası Qədir-zadə Məryam Əbdulcabir qızıdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosu tərəfindən tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportudan görünür ki, İslam-zadə X16 1971-ci ildə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair pastport verilmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli 5-18-5/2-1170/24 nömrəli arayışdan görünür ki, İslaməli-zadə X17 AZ seriyalı 915607 nömrəli ölüm şəhadətnaməsinə əsasən vəfat etdiyi xx.xx.2017-ci il tarixinədək Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 112B ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Ərizəçi, X4, X7, X2, X5 qəsəbəsi, B.Bağırov küçəsi, ev 112B ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir. Birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 10-cu bəndinə əsasən məhkəmələrə izah olunur ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərindən görünür ki, “İslaməli-zadə X9”nun adı səhvən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair, 1971-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosu tərəfindən tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da qeyd edilmiş “İslam-zadə X18” adlı şəxs kimi göstərilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosu tərəfindən 1971-ci ildə İslaməli-zadə X14 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair pastport verilmişdir. İslaməli-zadə X17 xx.xx.2017-ci ildə ildə vəfat etmişdir. Onun ölümündən sonra oğlu Ərizəçi mirası faktiki olaraq qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İslaməli-zadə X8 miras qalmış ünvan 2 ünvanda yerləşən mülkün Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1971-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosu tərəfindən tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da qeyd edilmiş “İslam-zadə X18” adlı şəxsin “İslaməlizadə X17” ilə eyni şəxs olması faktı müəyyən edilsin. İslaməli-zadə X8 miras qalmış Bakı şəhəri, Sabunçu (Lenin) rayonu, Maştağa qəsəbəsi, Məktəb (Şkolnaya) küçəsi, 112 nömrəli evin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2(008)-5954/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5954/2024
14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver