Məhkəmə qərarları › İş №2(066)-232/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-232/2023

08.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-232/2023 08.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı Ərizəçi oğlunun, Maraqlı şəxs Göygöl rayon Çaykənd Bələdiyyəsinin sədri X3 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh X7 qarşı, istifadəsində olan Göygöl rayon Caykənd kəndində yerləşən 0.18 ha (təssərüfartbaşına kitabda əksini tapmış 0.18 ha torpaq sahəsi) torpaq sahəsindən istifadə etməsinə cavabdeh X9 tərəfindən yaradılmış maneənin aradan qaldırılması, Göygöl rayon Çaykənd kəndində yerləşən 0.18 ha torpaq sahəsinin 1991-ci il tarixdən istifadəsində olmasının, Göygöl rayon Arxiv idarəsində olan 1996-2000-ci illərə aid Çaykənd təssərüfatbaşına kitabda qeyd olunmuş X4 ilə onun eyni şəxs olmağı yəni Ərizəçi olmağının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi cavabdeh X7 qarşı Göygöl rayon Caykənd kəndində yerləşən 0.18 ha (təssərüfartbaşına kitabda əksini tapmış 0.18 ha torpaq sahəsindən) torpaq sahəsindən istifadə etməsinə cavabdeh X9 tərəfindən yaradılmış maneənin aradan qaldırılması, Göygöl rayon Çaykənd kəndində yerləşən 0.18 ha torpaq sahəsinin 1991-ci il tarixdən istifadəsində olmasının, Göygöl Rayon Dövlət Arxivində olan 1996-2000-ci illərə aid Çaykənd təssərüfatbaşına kitabda qeyd olunmuş X4 ilə onun eyni şəxs olmağı yəni Ərizəçi olmağının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi iddiasında göstərmişdir ki, Göygöl rayonu, Caykənd kəndində özünə məxsus ev və evin yerləşdiyi 0.18 ha torpaq sahəsi olmuşdur. Həmin evdə 1999-ci il tarixə qədər yaşamışdır. Sözü gedən ev 2002-ci ildən sonra yararsız hala düşdüyündən orda yaşamaq mümkün olmamışdır. Buna baxmayaraq torpaq sahəsindən fazilsiz istifadə etmişdir. Lakin həmin kənd sakini X9 onun torpaq sahəsindən stifadə etməsinə çürbəcürə maneələrə yaradır. X6 öz adına arxiv arayış almaq istəsədə, onun adı 1996-2000-ci illərə aid təssərüfatbaşına kitabda Hüsrət kimi qeyd olunduğundan arxiv arayışında Nüsrət əvəzinə Hüsrət kimi yazılaraq ona verilmişdir. Ona məxsus olan 0.18 ha torpaq sahəsi Göygöl rayon Caykənd bələdiyyəsinin mülkiyyəti kimi tanınmışdır. Halbuki həmin torpaq sahəsi 1991-ci il tarixdən yəni bələdiyyə yaranmamışdan qabaq istifadəsində olmuşdur. Ona görədə Göygöl rayon Caykənd kəndində yerləşən torpaq sahəsinin 1991-ci il tarxdən istifadəsində olmasının, Göygöl rayon Dövlət Arxivində olan Caykənd təssərüfatbaşına kitabda qeyd olunmuş X4 ilə onun eyni şəxs olmağı barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi izahatında iddianı müdafiə edərək göstərdiki, o, Ermənistan Respblikasından məcburi köçkün gələrkən Göygöl rayon Çaykənd kəndində məskunlaşmışdır. O 1991-cı il tarixdə məcburi köckün gələrkən sözü gedən 0.18 ha torpaq sahəsində yerləşən evə köcmüş və o evdə 2002-ci il tarixə qədər yaşamışdır. Sözü gedən ev 2002-ci ildən sonra yararsız hala düşdüyündən orda yaşamaq mümkün olmamışdır. Buna baxmayaraq torpaq sahəsindən fazilsiz istifadə etmişdir. Lakin həmin kənd sakini X9 onun torpaq sahəsindən stifadə etməsinə çürbəcürə maneələrə yaradır. Sovda ona maneə törətməsinin səbəbi həmin torpaq sahəsinin onun əlindən alıb başqa şxsə satmaq istəməsidir. Sovda ilə bağlı müxəlif dövlət orqanlarına müraciət etmişdir. Yenədə Sovda barəsində huquq-muhafizə orqanlarına müraciət edəcək. Göygöl rayon Dövlət Arxivində həmin ev və torpaq sahəsinə dair Caykənd kənd təssərüfatbaşına kitabdan arayış almaq istəsədə onun adı X1 qeyd olunduğundan arxiv arayışında adı Hüsrət kimi qeyd olunmuşdur. Ona məxsus olan torpaq sahəsi Göygöl rayon Caykənd bələdiyyəsinin mülkiyyəti kimi tanınmışdır. Halbuki həmin torpaq sahəsi 1991-ci il tarixdən yəni bələdiyyə yaranmamışdan qabaq istifadəsində olmuşdur. Ona görədə Göygöl rayon Caykənd kəndində yerləşən torpaq sahəsinin 1991-ci il tarxdən istifadəsində olmasının, Göygöl rayon Dövlət Arxivində olan Caykənd təssərüfatbaşına kitabda qeyd olunmuş X4 ilə eyni şəxsdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X9 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki iş üzrə maraqlı şəxs Göygöl rayon Çaykənd Bələdiyyəsinin sədri Vaqif Sadıqov məhkəmə iclasında izahat verərək bildirdi ki, Çaykənd bələdiyyəsinin torpaqların siyahıya alınmasına dair siyahıda 0.18 ha torpaq sahəsi Ərizəçi adına göstərilmişdir. Həmin torpaq sahəsindən 1991-ci il tarixdən hal-hazır ki, dövrə qədər Ərizəçi istifadə etmişdir. Həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə Çaykənd Bələdiyyəsinin hec bir etirazı yoxdur. Məhkəmə iddia ərizəsini mülki iş materialları, tərəflərin ifadələri ilə əlaqəli nəzərdən kecirib hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Ərizəçi adına Göygöl rayon Çaykənd kəndində 0.18 ha torpaq sahəsi olması Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışında öz əksini tapmış, həmin 0.18 ha torpaq sahəsinin sözü gedən torpaq sahəsi ilə eyni torpaq sahəsi olması Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və Göygöl rayon Çaykənd Bələdiyyəsinin “torpaq sahəsinin plan ölcüsü və torpaq sahəsinin baş planına” dair “KOORDİNAT ARAYİŞİ” ilə təsdiqlənmişdir. Həmcinin sözü gedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, həmin torpaq sahəsinin üzərində hər hansısa şəxslərə məxsus hüquqmüəyyənedici sənədlərin olmaması, torpaq sahəsinin qonşuluğda axan cayın qorunma zolağına düşməməsi Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reysteri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3709/2023 saylı mütəxəssis rəyi ilə təsdiqlənmişdir. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışında Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996- 2000-ci illərə aid 3 №-li təssərüfatbaşına kitabın 253 №-li şəxsi hesab vərəqində X2 adına 0.18 ha torpaq sahəsinin olması göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 0.18 ha torpaq sahəsinin yerinin müəyyən edilməsinə dair Koordinat arayışında, Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərə aid 3 saylı təssərüfatbaşına kitabın 253 №-li şəxsi hesab vərəqində Ərizəçi adına qeyd olunmuş 0.18 ha torpaq sahəsinin baş planı və koordinat döngə nöqtələri göstərilmişdir. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərə aid 3 №-li təssərüfatbaşına kitabın 253 №-li şəxsi hesab vərəqində X2 adına göstərilmiş 0.18 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması, həmin torpaq sahəsinin cayın qorunma zolağına düşüb-düşməməsi, torpaq sahəsinin başqa şəxslərə məxsus olub-olmamasının (aid hüquqmüəyyənedici sənədlərin olub-olmamasının) müəyyən edilməsi barədə ekspertiza kecirilmiş, ekspertizanın kecirilməsi Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reysteri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reysteri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində məhkəmənin mütəxəssis qarşısında qoyduğu suallara cavab olaraq, X2 istifadəsində olan 0.18 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, həmin torpaq sahəsinin qonşu torpaq sahələrinə məxsus olan çıxarışlarla, həmcinin hər hansı şəxsin sənədi ilə üst-üstə düşməməsi, iddiaçının istifadəsində olan torpağ sahəsinin qonşuluğda axan cayın qorunma zolağına düşməməsi göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 01 saylı arayışında, Ərizəçiun 1991-ci il tarixdə Ermənistan Respublikasının Meqri rayonundan məcburi köckün kimi Göygöl rayonunun Caykənd kəndinə gəlməsi, O, məcburi köckün kimi gəldikdə 0.18 ha torpaq sahəsində yerləşən evə köcməsi, həmin evdə 1999-cu il tarixə qədər yaşaması, lakin ev 1951-ci ilin tikilisi olduğundan 2002-ci il tarixdə tam yararsız hala düşməsi, buna baxmayaraq həmin tikilinin yerləşdiyi 0.18 ha torpaq sahəsindən 1991-ci il tarixdən indiki dövrə qədər Ərizəçi istifadə etməsi göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Göygöl rayon Çaykənd Bələdiyyəsinin 01№-li, 09 yanvar 2023-cü il tarixli arayışında Ərizəçiun 1991-ci il tarixdə Ermənistan Respublikasının Meqri rayonundan məcburi köckün kimi Göygöl rayonunun Caykənd kəndinə gəlməsi, O məcburi köckün kimi gəldikdə 0.18 ha torpaq sahəsində yerləşən evə köcməsi, həmin evdə 1999-cu il tarixə qədər yaşaması, lakin ev 1951-ci ilin tikilisi olduğundan 2002-ci il tarixdə tam yararsız hala düşməsi, buna baxmayaraq həmin tikilinin yerləşdiyi 0.18 ha torpaq sahəsindən 1991-ci il tarixdən indiki dövrə qədər Ərizəçi istifadə etməsini, halhazırda 0.18 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olsada Ərizəçi tərəfindən istifadə edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır və onlardan istifadə edir. Məhkəməyə təqdim edilən sübutlardan müəyyən edilir ki, Ərizəçi 1991-ci il tarixdə Ermənistan Respublikasının Meqri rayonundan məcburi köckün kimi Göygöl rayonunun Çaykənd kəndinə gəldiyi dövrdən hal-hazır ki, dövrə qədər (Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çayknd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərə aid 3 №-li təssərüfatbaşına kitabın 253 №-li şəxsi hesab vərəqində göstərilmiş və Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reysteri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmiş) 0.18 ha torpaq sahəsindən fasiləsiz istifadə etmişdir. Belə olan halda qanunverciliyin aşağıda göstərilən tələblərinə əsasən Ərizəçi istifadəsində olan Göygöl rayon Çaykənd kəndində yerləşən (təssərüfartbaşına kitabda əksini tapmış 0.18 ha torpaq sahəsi) 0.18 ha torpaq sahəsinə cavabdeh X9 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, Göygöl rayon Çaykənd kəndində yerləşən 0.18 ha torpaq sahəsinin Ərizəçi 1991-ci il tarixdən istifadəsində olması müəyyən edilməli, Göygöl rayon Dövlət Arxivində olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərə aid təssərüfatbaşına kitabda qeyd olunmuş X4 ilə Ərizəçi İsmayl oğlunun eyni şəxs olması müəyyən edilməlidir. Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 307.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlarda məhkəmə qaydasında müəyyən edilir. Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Göygöl rayon Dövlət Arxivində olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərə aid 3 №-li təssərüfatbaşına kitabın 253 №-li şəxsi hesab vərəqində qeyd olunmuş X4 ilə Ərizəçi İsmayl oğlunun eyni şəxs olmağı müəyyən edilsin. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərə aid 3 №-li təssərüfatbaşına kitabın 253 №-li şəxsi hesab vərəqində X2 adına göstərilmiş 0.18 ha torpaq sahəsində (koordinat arayışında 0.18 ha torpaq sahəsi) X5 iddiaçı Ərizəçi yaratdığı maneələr (hər növ maneələr) aradan qaldırılsın. Göygöl rayon Çaykənd kəndində yerləşən 0.18 ha torpaq sahəsinin Ərizəçi 1991-ci il tarixdən istifadəsində olması müəyyən edilsin, Qətnamə qanüni qüvvəsini aldıqdan sonra qətnamənin qət etdi hissəsində göstərilənlər qeydiyyata alınma üçün əsas hesab edilsin. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-232/2023 08 may 2023-cw il Ərizəçi Göygöl rayonu, Çaykənd kəndi Göygöl rayonu Çaykənd Bələdiyyəsi Göygöl rayonu, Çaykənd kəndi X7 Göygöl rayonu, Çaykənd kəndi Göygöl rayon Arxiv İdarəsi Göygöl şəh.,H.Əliyev prospekti 38 Göygöl Rayon Məhkəməsinin 08 may 2023-ci il tarixli, 2(066)-232/2023 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti «03» vərəq. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar