Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5960/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş X4 və X3 onun himayəsinə verilməsi, uşaqların mənafeləri nəzərə alınaraq cavabdehdən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə verərək iddiaçı ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu VVADQ şöbəsində 1255 № ilə qeydə alınmış nikahın pozulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 izahatında bildirdi ki, tərəflər barışıq sazişi bağlamışlar və məhkəmədən həmin barışıq sazişinin təsdiq edilərək işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə onun arasında barışıq sazişi bağlanmışdır. Ona görə də həmin barışıq sazişinin təsdiq edilərək işə xitam verilməsini xahiş edir. Barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı qaydada razılıq əldə etmişlər. xx xxxxxx 2007-cı il tarixdə Bakı şəhəri, Əzizbəyov rayon, VVADQ şöbəsində 1255 № qeyd ilə qeydiyyata alınmış nikahımızın pozulmasına razıyıq. Birgə nikahdan dünyaya gələn uşaqlarımız: 2010-cu il təvəllüdlü X4, 2014-cü il təvəllüdlü X5 ana İddiaçı himayəsinə verilsin. Uşaqların mənafeləri nəzərə alınaraq ata Cavabdeh Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda aliment tutulsun. Alimentin miqdarı ana İddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyi vaxtdan hesablansın və tutulsun. Uşaqların ata Cavabdeh ilə ünsiyyət hüququ aşağıdakı qaydada saxlanılsın: uşaqların təhsildən və ya bu tipli digər fəaliyyətlərdən asudə vaxtlarında, atanın iş rejiminin növbəlilik və işin xarakterindən asılı olaraq stabil olmaması nəzərə alınmaqla, yəni atanın ayın müvafiq günlərinə təsadüf edən 15 (on beş) günlük istirahət vaxtında uşaqlarla görüşmək hüququ və onlarla vaxt keçirmək hüququ təmin edilsin. Həmin günlərə təsadüf edən uşaqların təhsil müəssisələrinə getmədikləri istirahət və bayram günlərində uşaqların ata ilə qalmaq (gecəni birlikdə keçirmək) hüquqları təmin olunsun. Belə günlər ayda 2 (iki) və ya 3 (üç) gün ola bilər. Uşaqların doğum günlərini ana ilə bayram günlərini isə növbəlilik əsasında həm ana həmdə ata ilə birgə keçirmələri tərəflər tərəfindən qarşılıqlı razılıq əsasında qeyd olunan şərtlər daxilində təmin edilsin. Tərəflər uşaqlara münasibətdə bir-birilərinə qarşı mənfi münasibət yaratmağa yönələn fəaliyyətlərdən çəkinsinlər. Uşaqların nənə, baba və atanın digər yaxın qohumları ilə ünsiyyətdə olmaq hüququ atanın yanında olduqları vaxt, ata tərəfindən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə etdikləri və yaşadıqları ünvan 1 ünvanında yerləşən ipoteka ilə yüklü edilmiş yaşayış sahələri (mənzil) ana İddiaçı qızma verilsin. xx.xx.2020-ci il tarixdən ipoteka ilə yüklü edilmiş mənzilə dair kredit öhdəlikləri, yəni əsas borc və hesablanmış faizlər İddiaçı tərəfindən ödənilsin. Bununla əlaqədar olaraq Cavabdeh qeyd olunan yaşayış sahəsinə dair hüquqların tam olaraq İddiaçı qızma keçirilməsini məqsədilə müqavilə üzrə tərəf olan “xxxx” ASC ilə razılaşdırmaqla yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə dair məsələləri həll etməyi öz üzərinə götürür və həmin mənzilə dair İddiaçı qarşı hazırda və gələcəkdə heç bir tələb irəli sürməyəcəyini öz üzərinə götürür. Ərizədə göstərilən razılaşma şərtləri və tərəflərin niyyətlərini tam ifadə edən, həmçinin onların öhdəliklərini və barışığa gəldikləri məsələlərdə öz üzərlərinə düşən vəzifələri icra etmədikləri halda yaranacaq nəticələri özündə əks etdirən “əlavə” (barışıq sazişi) saziş formasında tərtib olunsun və ərizəyə əlavə edilməklə məhkəməyə təqdim edilsin və həm ərizə, həmdə “əlavə” iş üzrə məhkəmə tərəfindən nəzərə alınsın. Barışıq sazişini imzalyan tərəf kimi onlar Azərbaycan Respublikası MPM-nin 52,191.2,261.0.1 və 262.4-cü maddələrinin məzmunu ilə tanışdırılar, onlara aydındır ki, gələcəkdə bir-birilərinə qarşı iddiada göstərilən predmetə dair iddia ilə məhkəməyə təkrar müraciət etmək hüquqları yoxdur. Bu sazişin bütün müddəları tərəflərin iradə ifadəsinə uyğun şəkildə tərtib edilmişdir. Bu sazişin pozulması halında hər iki tərəf öz təqsirli hərəkətinə görə Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən, qeyd-şərtsiz məsuliyyət daşıyır. Bu saziş 3 nüsxədən ibarət tərtib olunmuşdur, nüsxələri eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzladığı andan məhkəmənin işə xitam verilməsi üçün əsas hesab olunur. Barışıq sazilinin bir nüsxəsi mülki işə əlavə edilməsi üçün, bir nüsxəsi iddiaçıya, bir nüsxəsi cavabdehə verilir. Hazırkı barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir. Tərəflər həmin barışıq sazişini təqdim etməklə məhkəmədən xahiş edirlər ki, barışıq sazişini qəbul edib təsdiq etməklə, mülki işin icraatına xitam verilməsinə dair qərardad çıxarılsın. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, barışıq sazişini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barışıq sazişini imzalayan şəxslər mülkiyyətçi olmaqla buna səlahiyyəti olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilər. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair iddia ərizə ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və mülki işin icraatına xitam verilsin:
1. xx xxxxxx 2007-cı il tarixdə Bakı şəhəri, Əzizbəyov rayon, VVADQ şöbəsində 1255 № qeyd ilə qeydiyyata alınmış nikahımızın pozulmasına razıyıq.
2. Birgə nikahdan dünyaya gələn uşaqlarımız: 2010-cu il təvəllüdlü X4, 2014-cü il təvəllüdlü X5 ana İddiaçı himayəsinə verilsin.
3. Uşaqların mənafeləri nəzərə alınaraq ata Cavabdeh Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda aliment tutulsun.
4. Alimentin miqdarı ana İddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyi vaxtdan hesablansın və tutulsun.
5. Uşaqların ata Cavabdeh ilə ünsiyyət hüququ aşağıdakı qaydada saxlanılsın: uşaqların təhsildən və ya bu tipli digər fəaliyyətlərdən asudə vaxtlarında, atanın iş rejiminin növbəlilik və işin xarakterindən asılı olaraq stabil olmaması nəzərə alınmaqla, yəni atanın ayın müvafiq günlərinə təsadüf edən 15 (on beş) günlük istirahət vaxtında uşaqlarla görüşmək hüququ və onlarla vaxt keçirmək hüququ təmin edilsin. Həmin günlərə təsadüf edən uşaqların təhsil müəssisələrinə getmədikləri istirahət və bayram günlərində uşaqların ata ilə qalmaq (gecəni birlikdə keçirmək) hüquqları təmin olunsun. Belə günlər ayda 2 (iki) və ya 3 (üç) gün ola bilər. Uşaqların doğum günlərini ana ilə bayram günlərini isə növbəlilik əsasında həm ana həmdə ata ilə birgə keçirmələri tərəflər tərəfindən qarşılıqlı razılıq əsasında qeyd olunan şərtlər daxilində təmin edilsin.
6. Tərəflər uşaqlara münasibətdə bir-birilərinə qarşı mənfi münasibət yaratmağa yönələn fəaliyyətlərdən çəkinsinlər.
7. Uşaqların nənə, baba və atanın digər yaxın qohumları ilə ünsiyyətdə olmaq hüququ atanın yanında olduqları vaxt, ata tərəfindən təmin edilsin.
8. Tərəflərin birgə nikah dövründə əldə etdikləri və yaşadıqları ünvan 1 ünvanında yerləşən ipoteka ilə yüklü edilmiş yaşayış sahələri (mənzil) ana İddiaçı qızma verilsin. xx.xx.2020-ci il tarixdən ipoteka ilə yüklü edilmiş mənzilə dair kredit öhdəlikləri, yəni əsas borc və hesablanmış faizlər İddiaçı tərəfindən ödənilsin. Bununla əlaqədar olaraq Cavabdeh qeyd olunan yaşayış sahəsinə dair hüquqların tam olaraq İddiaçı qızma keçirilməsini məqsədilə müqavilə üzrə tərəf olan “xxxx” ASC ilə razılaşdıqmaqla yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə dair məsələləri həll etməyi öz üzərinə götürür və həmin mənzilə dair İddiaçı qızma qarşı hazırda və gələcəkdə heç bir tələb irəli sürməyəcəyini öz üzərinə götürür.
9. Ərizədə göstərilən razılaşma şərtləri və tərəflərin niyyətlərini tam ifadə edən, həmçinin onların öhdəliklərini və barışığa gəldikləri məsələlərdə öz üzərlərinə düşən vəzifələri icra etmədikləri halda yaranacaq nəticələri özündə əks etdirən “əlavə” (barışıq sazişi) saziş formasında tərtib olunsun və ərizəyə əlavə edilməklə məhkəməyə təqdim edilsin və həm ərizə, həmdə “əlavə” iş üzrə məhkəmə tərəfindən nəzərə alınsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova