Məhkəmə qərarları › İş №2(3-8)-581/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-581/2026

22.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-581/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın atada qalması və aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: uşaq tələbi, alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın atada qalması və aliment tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. 2.İş materiallarında olan Quba * nömrəli Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. 3.İş materiallarında olan ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Quba * nömrəli Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində rüsum ödənilmişdir. 4.İş materiallarında olan Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında ##.##.2015-ci il tarixdə Şabran RİHB-nin Ağalıq İƏD üzrə Nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 6 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması, cavabdeh İddiaçı ##.##.2021-ci il tarixdən başlayaraq ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadəl saxlanılması məqsədilə hər uşaq üçün ayda 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir 5.İş materiallarında olan Şabran Rayon İcra Hakimiyyəti tərəfindən verilən 18.11.2025ci il tarixli aktdan görünür ki, komissiya iddiaçı İddiaçı mənzil-məişət şəraitini normal hesab etmişdir. 6.İş materiallarında olan Şabran Rayon İcra Hakimiyyəti tərəfindən verilən 19.11.2025ci il tarixli rəydən görünür ki, komissiya işdə olan materialları, İddiaçı həyat şəraitini, ##.##.2015ci il təvəllüdlü X2 izahatını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, ##.##.2015-ci il təvəllüdlü X2 atası İddiaçı yanında qalması barədə rəy verilməsi məqsədəmüvafiqdir. 7.İş materiallarında olan X2 tərəfindən verilən izahatlardan görünür ki, o, atasının yanında qalmaq istədiyini bildirmişdir. 8.İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən verilən 27.11.2025ci il tarixli aktdan və fotoşəkillərdən görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evi birmərtəbəlidir. Cavabdeh bildirdiyinə görə burada uşağı Məryəm ilə birlikdə kirayə qalırlar. Fərdi yaşayış evi üç otaq, mətbəx, hamam və sanitar qovşağından ibarətdir. Evin otaqları və mətbəx orta təmirlidir. Hamam və sanitar qovşağı isə tam təmirlidir. Evin qaz, İşıq və su təminatı vardır. Bu evdə 1 ədəd yemək masası, 1 ədəd yazı masası, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 2 ədəd yataq dəsti, 1 ədəd paltar dolabı, 1 ədəd qabqacaq dolabı, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası, mətbəx mebeli və digər lazımi məişət əşyaları vardır. Bu evdə Cavabdeh və onun uşağı-##.##.2017-ci il təvəllüdlü X4 olmaqla cəmi 2 nəfər yaşayır. Fərdi yaşayış evində yaşayanların bir-birilərinə qarşı olan münasibətləri səmimi və mehribandır. 9.İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən verilən 27.11.2025ci il tarixli rəydən görünür ki, komissiya uşağın mənafeyini, bacısına olan bağlılığını nəzərə alaraq Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən ##.##.2015-ci il təvəllüdlü X2 anası Cavabdeh himayəsində saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. 10.İş materiallarında olan Cavabdeh tərəfindən verilən izahatdan görünür ki, uşağının alınıb əvvəlki qətnaməyə uyğun olaraq ona qaytarılmasını xahiş etmişdir. 11.İş materiallarında olan İddiaçı tərəfindən verilən izahatdan görünür ki, övladı X2 onun yanında saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən ##.##.2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyindən görünür ki, ##.##.2015-ci il təvəllüdlü X2 hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. X2 psixi cəhətdən normal inkişaf etmişdir. X2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. X2 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Ailədaxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik X2 emosional-iradi sferasına neqativ təsir göstərməklə, anası Cavabdeh olan münasibətinə sirayət etmişdir. Lakin X2 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətinə görə fikir və mülahizələrini ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. X2 hazırda bacısı X4 bağlılığı orta səviyyədə olmaqla, onun bacısından ayrı yaşaması Nihat Aydınovun emosional-iradi sferasına neqativ təsir göstərməyə bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 12.İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın atada qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş ##.##.2015-ci il təvəllüdlü X2 onun yanında qalması, cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin alınıb ##.##.2015-ci il təvəllüdlü X2 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə ##.##.2015-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Ər-arvad münasibətindən ##.##.2015-ci il tarixdə X2 və ##.##.2017-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən, Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ayrılmışdırlar, uşaqlar cavabdehin yanında qalmışdır. Bu il dərslər qurtardıqdan sonra X2 yanına gəlmiş, onunla birlikdə yaşayır, kənd məktəbində oxuyur. Mediasiya şurasına müraciət etmiş, lakin ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmədiyindən, proses baş tutmamışdır. 14.Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşaqların atada qalması və aliment tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Könül Mirzəfərova) 15.Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və II hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16, 17.2, 19.1, 52, 60.2, 60.4, 61.4 və 73-cü maddələrinə, Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *-*/**** nömrəli Qərarının 7.4 və 7.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin tam ləğv edilməklə, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ilə aşağıda göstərdiyi səbəblərə görə razı deyildir. Belə ki, iş materialı ilə müəyyən olunur ki, Şabran rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)****/**** saylı qətnaməsi ilə cavabdehlə onun arasında olan nikah pozulmaqla ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2017ci il təvəllüdlü X4 cavabdehin yanında qalmışdır. 2025-ci ilin iyul ayının əvvəlindən oğlu X2 onun yanına gəlmiş və onun yanında qalmaqla Ağalıq kənd məktəbində təhsil alır. Hazırkı ki, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, **/*** nömrəli rəyində oğlu X2 psixi cəhətdən normal inkişaf etməsi, əqli geriliyinin olmaması, daha çox atasına bağlı olması qeyd edilmişdir. Məhkəmə iclasında oğlu Nihat Aydınov onun yanında qalmaq istədiyini bildirmişdir. Lakin işə baxmış hakim yuxarıda qeyd etdiyi hallara əhəmiyyət vermədən məhkəmə iclasında iştirak edən psixoloqun hansısa maraqdansa verdiyi əsassız və yalan izahatına əsaslanaraq belə hesab etmişdir ki, guya oğlu təzyiqə məruz qalmışdır. Qeyd etmişdir ki, iş materialında həm Şabran və həm də Siyəzən rayon icra hakimiyyətlərinin rəyləri vardır. Şabran rayon İcra Hakimiyyətinin rəyində uşağın onunla qalması daha məqsədə müvafiq sayılsa da, lakin Siyəzən rayon icra hakimiyyəti əksinə uşağın cavabdehlə qalması barədə əsassız rəy vermişdir. Bununla belə hər iki İcra Hakimiyyətinin rəyində uşağın onunla qalmasının ona hər hansı bir mənfi təsir göstərəcəyi barədə heç nə qeyd edilməmişdir. Hesab edir ki, məhkəmə iş üzrə verilən rəylərə dair müqayisəli şəkildə düzgün qiymət verə bilməmiş, uşağın rəyini əsas götürməmişdir. Ona görə də hesab edir ki, qətnamə əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Ali məhkəmənin qərarında qeyd edilir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmələrə izah edilsin ki, məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Lakin işə baxmış hakim uşağın fikrini nəzərə almamış, qeyd etdiyi maddi hüquq normalarına zidd qərar qəbul etmişdir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4.-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Hakim qətnamədə konkret olaraq niyə görə uşağın onun yanında qalmasının məqsədə müvafiq sayılmamasına dair heç bir səbəb göstərə bilməmişdir. Bu halda Mülki Prosessual Məcəllənin qeyd etdiyi maddəsində göstərilən müddəalara ziddir Hakim tərəfindən iddia tələbi ilə bağlı uşağın təhsil aldığı məktəbin pedaqoji rəhbərliyi, müəllimi dindirilməmişdir. Bundan başqa hakim tərəfindən uşağın niyə görə ona daha çox bağlılığı, onun bu barədə fikri qətiyyən nəzərə alınmamışdır. Bunun da nəticəsində məhkəmə qətnamədə ədalətsiz və düzgün olmayan nəticəyə gəlmişdir Məhkəmə qətnamədə cavabdehin mülahizəsinə istinad etməklə belə qənaətə gəlir ki, guya o alimenti ödəməməkdən ötrü bu iddianı qaldırmışdır. Onun bu mülahizəsi tam əsassızdır. Belə ki, uşağın onun yanında qalması və onun ünvanındakı ərazidə yerləşən məktəbə getməsi ona dəlalət edir ki, alimentin bu məsələyə heç bir aidiyyəti ola bilməzdi. İddianın qaldırılmasına yalnız səbəb uşağın qəti şəkildə onun yanında qalmasını istəməsidir. Ona görə də məhkəmənin iddiasını rədd etməyə əsas kimi alimenti ödəmək istəmədiyini qeyd etməsi məntiqsizdir Məhkəmə iddia tələbinin məzmununa düzgün qiymət verə bilməmiş, yalnız cavabdehin iddiasının rədd edilməsi üçün alimentlə bağlı gətirdiyi mülahizəni qiymətləndirmişdir. Məhkəmə tərəflərin izahatlarına müqayisəli şəkildə qiymət verərkən səhv nəticəyə gəlmişdir. Belə ki, hakim cavabdehin alimentlə bağlı bəhanəsinə qiymət verərkən adi bir məntiqi nəzərdən qaçırmışdır ki, uşaq onun yanında qaldığı və oxuduğu halda niyə o cavabdehə aliment ödəməlidir. Alimentlə bağlı qeyd etmişdir ki, o uşaqlarına görə cavabdehə aliment ödəyir. Lakin son vaxtlar qazancında azalmalar olduğundan cavabdehə aliment məbləğini qismən ödəməli olmuşdur. Lakin məhkəmə cavabdehə istinadən bunu əldə rəhbər tutaraq guya iddianı alimenti ödəməmək üçün qaldırdığını qeyd edir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 19.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 20.Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 21.Məhkəmə iclasında cavabdeh Cavabdehapellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 22.Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 23.Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası 24.Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 25.Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; 26.Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 27.Maddə 3.0.4. Ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. 28.Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 29.Maddə 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 30.Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 31.Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 32.Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 33.Maddə 61.5. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir. 34.Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 35.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 36.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 37.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 40.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 41.Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 42.Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 43.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 44.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 46.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 48.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Apellyasiya şikayətindən görünür ki, iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. 50.Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 51.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 52.Birinci instansiya məhkəməsi mübahisələndirilən nəticəyə gələrkən qeyd etmişdir ki, Göründüyü kimi məhkəmə iclasında ##.##.2015-ci il təvəllüdlü X2 atasının yanında qalmaq istədiyini bildirsə də, iclasda iştirak edən psixoloq onun təzyiqə məruz qaldığını bildirmişdir. Habelə iş materiallarında olan ekspert rəyinə əsasən ##.##.2015-ci il təvəllüdlü X2 anası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmuş, ailədaxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik X2 emosionaliradi sferasına neqativ təsir göstərməklə, anası Cavabdeh olan münasibətinə sirayət etmişdir. İş materiallarına əsasən Şabran Rayon İcra Hakimiyyəti İddiaçı həyat şəraitini, ##.##.2015-ci il təvəllüdlü X2 izahatını nəzərə alaraq ##.##.2015-ci il təvəllüdlü X2 İddiaçı evində yaşaması barədə rəy vermiş, lakin göstərilən səbəblər uşağın tərəflərdən hansının yanında saxlanılmasının məhkəmə tərəfindən müəyyənləşdirilməsi üçün yetərli səbəb deyildir. Siyəzən Rayon İcra Hakimiyyəti isə uşağın mənafeyini, bacısına olan bağlılığını nəzərə alaraq ##.##.2015-ci il təvəllüdlü X2 anası Cavabdeh himayəsində qalmasının məqsədəmüvafiq olduğunu hesab etmişdir. Ali Məhkəmənin Plenum qərarına əsasən uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Bundan əlavə həmin qərara əsasən qəyyumluq və himayə orqanının, məhkəmə-psixoloji ekspertizasının rəyi məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə Mülki Prosesual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli, uşağın üstün maraqlarını, hüquq və mənafelərini, uşaqların birbirinə bağlılığını, yaşını, onların inkişafı və tərbiyəsi üçün şərait yaradılması hallarını nəzərə almaqla mübahisəni həll etməli olduğuna görə uşağın anasının yanında qalması daha məqsədəuyğundur. 53.Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, məhkəmə iş üzrə verilən rəylərə dair müqayisəli şəkildə düzgün qiymət verə bilməmiş, uşağın rəyini əsas götürməmişdir. Ona görə də hesab edir ki, qətnamə əsassız olduğundan ləğv edilməlidir. 54.Məhkəmə kollegiyası uşağın fikrinin nəzərə alınmaması barədə dəlillə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 55.Göründüyü kimi qanunverici uşağın fikrinin bütün hallarda mütləq nəzərə alınmasını müəyyən etməmişdir. 56.Yuxarıda qeyd edilən Plenum Qərarının 7.5-ci bəndində məhkəmələrə izah edilib ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud “qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. 57.İddiaçının apellyasiya şikayətinin digər dəlili Şabran Rayon İcra Hakimiyyəti tərəfindən verilən rəyinin nəzərə alınmamalı olduğunu, həmin rəyin məhkəmə üçün məcburi olmamasıdır. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, sözügedən rəy iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilir, birinci instansiya məhkəməsinin mübahisələndirilən nəticəyə gəlməsində yeganə sübut olmamış, məhkəmə uşağın mənafeyi üstün tutmaqla bütün halları araşdırmışdır. 58.Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, məhkəmə iclasında dindirilmiş ##.##.2015-ci il təvəllüdlü X2 atasının yanında qalmaq istəyini bildirmişdir. 59.Kollegiya işdə olan sübutları qiymətləndirərkən həm də uşağın mənafeyini, yaşının az olmasını nəzər alır və hesab edir ki, onun bacısından ayrı iddiaçının himayəsində saxlanılması üçün tutarlı əsaslar müəyyən edilməmiş, anası Cavabdeh yanında saxlanılmasını istisna edən və ya ananın uşağa mənfi təsir etməsini təsdiqləyən hallar hazırki vəziyyətdə mövcud deyildir. 60.Məhkəmə kollegiyası hər şeydən öncə qeyd edir ki, birgə nikahdan doğulmuş uşağın mənafeyi, əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişaf etməsi, onun lazımi mühitdə yaşamaq, normal səviyyədə qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirməsi nəzərə alınmalıdır. 61.Bu zaman valideynlərdən birinin maddi-məişət şəraitindəki üstünlüklər özlüyündə uşağın ona verilməsi üçün müəyyənedici şərt ola bilməz. Məhkəmə başqa halları da, məsələn, valideynlərdən hansının uşağa daha çox qayğı göstərə biləcəyini nəzərə alır. 62.Kollegiya qeyd edir ki, valideynlərin ayrı yaşamalarının səbəbi onlar arasında olan nikahın pozulması və ya valideynlərin ayrı yaşamasına gətirib çıxarmış digər hallar ola bilər. Belə olan halda, ailə qanunverciliyinə əsasən, valideynlər ayrı yaşadıqda, uşaqların hansı valideynin yanında yaşaması məsələsi ilk növbədə valideynlərin qarşılıqlı razılığı ilə həll edilməlidir. Belə razılaşma olmadıqda isə, mübahisəni onlardan birinin tələbi ilə işə baxan məhkəmələr həll etməlidirlər. Məhkəmə, uşağın yaşayış yeri məsələsini valideynlərin birgə nikahda olduqları vaxtda, habelə nikah pozularkən və yaxud nikah pozulduqdan sonra da həll edə bilərlər. 63.Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə uşaqların kimin yanında qalması məsələsini həll edərkən ilk növbədə uşağın üstün mənafelərindən çıxış etməli uşağın yaşını; valideynlərin mənəvi, əxlaqi, şəxsi keyfiyyətlərini; valideynlərin uşağın düzgün tərbiyə və inkişafı üçün şərait yarada bilmək imkanlarını (valideynlərin fəaliyyət növünü, iş rejimini, maddi və ailə vəziyyətlərini, sağlamlıq durumlarını və sair) nəzərə almalıdır. 64.Göründüyü kimi istər milli, istərsə də beynəlxalq qanunvericiliyə görə uşaq şəxsiyyətinin tam inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət, maddi-mənəvi təminat mühitində böyüməlidir. Valideynlər arasında uşaqla bağlı mübahisə ilk növbədə uşaqların hüquq və mənafeləri, maraqları nəzərə alınmaqla həll edilməlidir. Hər bir halda uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməli, uşağın üstün mənafeyi ilk növbədə nəzərə alınmalıdır. 65.Beləliklə, məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə aparmaqla apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya iş üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirmədən saxlanılmalıdır. 66.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar