Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5998/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chevrolet Aveo” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1 208 (bir min iki yüz səkkiz) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, cəmi 1 238,40 (bir min otuz səkkiz manat, qırx qəpik) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 09.08.2012-ci il tarixdə idarə etdiyi “Daymler Benz" markalı, ** DA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sürücülük hüququ olmadan “Chevrolet Aveo’’ markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12.11.2012-ci il tarixli, 3(010)-345/2012 saylı X12 İş üzrə Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə GM X9 15.08.2012-ci il tarixli Preskuranta uyğun olaraq, “Chevrolet Aveo” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1 508 (bir min beş yüz səkkiz) manat ziyan dəymişdir. 12.09.2012-ci il tarixli 1858/2012 saylı sığorta aktına əsasən sığorta müqaviləsində nəzərdə tutulmuş 300 manat franşiza məbləği çıxıldıqdan sonra İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərər məbləği zərərçəkənə tam olaraq, yəni 1 208 (bir min iki yüz səkkiz) manat məbləğində sığorta ödənişi X4 hesabına 13.09.2012-ci il tarixli 2669 saylı ödəniş tapşırığına əsasən köçürülmüşdür. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "Atəşgah” sığorta şirkətinə dəymiş 1208 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş əsaslara görə cavabdehlərdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərəçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. İş materiallarında olan İSB sistemindən müvafiq çıxarışa əsasən Cavabdeh2 etibarnamə üzrə faktiki sahibliyində olmuş “ Daymler Benz” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə tarixinə icbari sığorta şəhadətnaməsi mövcud olmamışdır. Cavabdeh2 etibarnamə üzrə faktiki sahibliyində olmuş “ Daymler Benz” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icbari qaydada sığorta etdirmədikləri üçün iddiaçını öz növbəsində zərərçəkənə ödəmiş olduğu zərər məbləğinin zərərvuranın icbari sığortaçısından almaq hüququndan məhrum etmişdirlər və buna görə də qanunvericiliyin tələblərinə uyğun olaraq zərərin ödənilməsinə dair məsuliyyəti Cavabdeh2 üzərinə qoulmalıdır. Qeyd olunan maddi hüquq normaların tələblərindən belə nəticəyə gəlmək olur ki, Cavabdeh1 təqsirli olaraq zərər vurduğuna görə (hərəkət) və Cavabdeh2 icbari sığorta qaydada sığorta etdirmədiyinə görə (hərəkətsizliklə) vurulmuş ziyana görə birgə qaydada mülki məsuliyyət yaranır. İşin faktiki və mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 iddiaçının kasko sığorta növü ilə sığortaladığı avtomobilə ziyan vurmuşdur və Cavabdeh1 təqsirli (zərərvuran) olması məhkəmə qaydasında tanınmışdır. Cavabdeh1 etibarnaməsiz idarə etməsi faktı isə AR DİN BDYPİ-nin 14.05.2020-ci il tarixli 016-43103-1220 saylı cavab məktubu ilə təsdiq edilir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı ** BZ ***, markası "Chevrolet Aveo", istehsal ili 2011, sığorta müqaviləsinin qüvvədə olma müddəti 27.04.2012 – 27.04.2015-ci il qeyd edilmişdir. Siğorta məbləği 9990 manat, Avtonəqliyyat vaistəsinə dəyən zərrə üzrə franşiza isə 300 manat müəyyən edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-345/2012 nömrəli, 12 noyabr 2012-ci il tarixli X12 iş üzrə qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara almışdır. - "xxxx" Sığorta Hadisələri Xidməti tərəfindən 12.09.2012-ci il tarixli, 1858/2012 nömrəli sığorta aktının surətindən görünür ki, “Chevrolet Aveo” markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 1508 manat ziyan dəymişdir. - 18.12.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 1208 (bir min iki yüz səkkiz) manat məbləğində sığorta ödənişi X5 ödənilmişdir. - 15 avqust 2012-ci il tarixli General Motors servisin preyskurantdan görünür ki, “Chevrolet Aveo” minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1508 manat ziyan dəymişdir. - AA seriyalı, 314133 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daymler Benz” minik markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil X7 adına qeydiyyatdan keçmişdir. - 17 apel 2012-ci il tarxili etibarmanə ilə sürücülük hüququ X1 nümayəndəsi X2 Nəriman Səfər oğluna nəqliyyat vasitəsindən idarə etmək və sair kimi hərəkətləri etməyi həvalə etmişdir. - 20 fevral 2020-ci il taixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 ona qarşı yaranmış subroqasiya hüququna əsasən sığorta ödənişini ödəmədiyi təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 01 iyun 2021-ci il taixli pretenziya məktubundan görünür ki, Cavabdeh2 ona qarşı yaranmış subroqasiya hüququna əsasən sığorta ödənişini ödəmədiyi təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İcbari siğorta müqaviləsinin yoxlanılmasına dair çıxarışdan görünür ki, ** DA *** qeydiyyat nömrəli avtomobilin hadisənin baş verdiyi dövürdə yəni 09.08.2012-ci il tarixində avtonəqliyyat vasitəsinin icbari siğorta müqaviləsi mövcud olmamışdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 30.40 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "Daymler Benz" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edən Cavabdeh1 09.08.2012-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, “Chevrolet Aveo” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə ziyan vurmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilmişdir. Nəticədə, Chevrolet Aveo” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1508 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən 1208 manat məbləğində sığorta ödənişi X11 oğluna ödənilmişdir. "xxxx" ASC X11 oğluna ödənilmiş 1208 manat məbləğində pul vəsaitini cavabdehlər Cavabdeh1 və avtomobilə sürücülük hüququ olan Cavabdeh2 tələb edir. Məhkəmə hesab edir ki, 09.08.2012-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Atəşgah Siğorta ASC-də siğortalanmış Chevrolet Aveo **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Atəşgah Siğorta ASC tərəfindən tam şəkildə kasko siğorta ilə siğortalanmış zərərvurulmuş şəxsə ödənildiyindən, Atəşgah Siğorta ASC həmin yolnəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən şəxsdən yəni Cavabdeh1 siğorta ödənişinin geri tələb etməkdə haqlıdır, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Lakin siğorta ödənişinin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən şəxslə birlikdə digər Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdəndə görünür ki, “Daymler Benz” **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisənin törədildiyi zaman 09.08.2012-ci il tarixində X8 mülkiyyətində olmuş və yalnız həmin dövürdə Cavabdeh2 həmin avtomobilə etibaranmə ilə sahiblik etmişdir. Belə olan halda həmin avtomobilin icbari siğorta ilə siğortalanmamasının məsuliyyət yükünun Cavabdeh2 üzərinə qoyulması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1208 (bir min iki yüz səkkiz) manat məbləğində pul və 30.40 (otuz manat,qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5998/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5998/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver