Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-60/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “payların naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ½ hissədə paylarına uyğun naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsin onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.1994-cü ildə nikaha daxil olmuş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini almışlar. Nikah pozulduqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin əmlak ərlə-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak kimi 1/2 hissədə payları müəyyən edilmişdir. Qeyd olunan qətnamə icra edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinə payları 1/2 hüquq sahibi kimi daxil edilmiş, ona xx.xx.2018-ci il tarixdə Seriya RX № ******* Dövlət Reyestrindən çıxarış verilmişdir. Nikah pozulduqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.1999-cu il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və X3 onun himayəsinə verilmişdir. Nikahı pozulduqdan və ərlə-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak kimi payları müəyyən edildikdən sonra, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan və qeydiyyatda olduğu əmlakı ilə bağlı istifadə və sərəncam vermək hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən müxtəlif maneələr yaradılır və mülkiyyət hüquqları pozulur. Ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Baki şəhəri ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissədə paylarımıza uyğun naturada ayrılması, bu mümkün olmadıqda hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin paylarımıza uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə mümkün hesab edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, digər ½ hissədə isə Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-634/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsindəki 33 B nömrəli evin üzərində hər birinin ½ hissədə payları müəyyən edilməklə bölünməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2747/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardaddan görünür ki, İddiaçı Cavabdeh qızına qarşı “payların naturada bölünməsi” tələbinə dair mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3771 nömrəli, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu təqdim edilmədiyindən texniki tikinti ekspertizasının keçirilməsindən imtina edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-248/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, İddiaçı Cavabdeh qızına qarşı “payların naturada bölünməsi” tələbinə dair mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4289 nömrəli, xx.xx.2022-ci il tarixli mətubundan görünür ki, texniki tikinti ekspertizasının keçirilməsindən imtina edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-248/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, İddiaçı Cavabdeh qızına qarşı “payların naturada bölünməsi” tələbinə dair mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8234 nömrəli, xx.xx.2023-ci il tarixli imtina məktubundan görünür ki, texniki tikinti ekspertizasının keçirilməsindən cavabdehin qapını açmaması səbəbindən imtina edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-185/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardaddan görünür ki, İddiaçı Cavabdeh qızına qarşı “payların naturada bölünməsi” tələbinə dair mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3286 nömrəli, xx.xx.2023-ci il tarixli imtina məktubundan görünür ki, texniki tikinti ekspertizasının keçirilməsindən cavabdehin qapını açmaması səbəbindən imtina edilmişdir. Yaranmış zərurətlə əlaqədar hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-185/2023 nömrəli qərardadı ilə tərəflərin paylı mülkiyyətindəki mübahisə predmeti olan ünvan 1 “payların naturada bölünməsi” hazırki dövrə real bazar dəyəri və likvid qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması müstəqil qiymətləndirici "xxxx" MMC-yə həvalə edilmiş, qiymətləndiricinin rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, ünvan 5 ünvanda yerləşən mənzilin likvid (real bazar) dəyəri 200.000 (iki yüz min) manat təşkil etmişdir. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1 hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) olan 200.000 manatın iddiaçının payına düşən hissəsinin iddiaçıya ödənilməsinə razı olub-olmamları barədə təklif göndərilmiş lakin, cavabdeh tərəfindən təklifə dair razılığını məhkəməyə məlumast verməmişdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, ünvan 1 tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən dəfələrlə tikinti tekniki ekspertiza əyin edilmiş, lakin cavabdeh paylı mülkiyyətdə olan fərdi yaçşayış evinin qapısını açmayaraq məhkəmə qərardadının icra edilməsinə suni maneə yaratmışdır. Bundan sonra iddiaçı tərəfindən mübahisəli mənzillərin açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb edilmişdir. Göründüyü kimi mübahisəli mənzillərin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən ərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 1 saylı mənzil açıq hərracda satılmalı, mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh verilməsi, ünvan 1 ilkin satış qiyməti 200.000 (iki yüz min) manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılsın. Mənzillərin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh qızına verilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 200. 000 (iki yüz min) manat müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-60/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-60/2024
10.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver