Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-600/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə İddiaçı X3 üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “qiymətləndirmə barədə rəylərin ləğv edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “qiymətləndirmə barədə rəylərin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən ona məxsus Qəbələ şəhərində yerləşən 0,80 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli QR-2400 saylı “Qiymətləndirmə rəyinin” və 0.78 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli QR-2400/1 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(107)-304/2018 saylı icra vərəqəsinin icrası üzrə tədbirlər Qəbələ rayon İcra və Probasiya Şöbəsi tərəfindən aparılır. Qəbələ Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra tələbinin iddiaçıya məxsus olan **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına, Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN744, KOD: 40601004) torpaq sahəsinə və 0,78 ha (23.01,2006-cı il tarixli Dövlət Aktı (JN 739. KOD: 40600001) torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. Qəbələ rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimat əsasında Qəbələ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(025)-70/2019 saylı qərardadına əsasən qeyd olunan əmlaklara həbs qoyulmuşdur. Qəbələ rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı və 3299/2 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında ona məxsus Qəbələ şəhəri ərazisində yerləşən sahibkarlıq və tikinti məqsədli 0.78 ha torpaq sahəsinin və 0.80 ha torpaq sahəsinin qiymətləndirilməsi Cavabdeh1 MMC tərəfindən aparılmış 0.78 ha torpaq sahəsinin bazar dəyərinin 234.000 (iki yüz otuz dörd min) manat 0.80 ha torpaq saəhsinin bazar dəyərinin 320.000 (üç yüz iyirmi min) manat olmasına dair xx.xx.2019-cu il tarixli №ıQR 2400/1 və №QR 2400 «Qiymətləndirmə rəyləri» tərtib edilmişdir. Qiymətləndirmə rəyində göstərilən torpaq sahələrinin bir sotıınun (0,01 ha) bazar dəyəri 3000 (üç min) manat göstərilmişdir. Hesab edir ki, Cavabdeh1 MMC tərəfindən barəsində Qiymətləndirmə rəyi tərtib edilmiş iddiaçıya məxsus Qəbələ şəhərində yerləşən 0.78 ha və 0.80 ha sahibkarlıq və tikinti məqsədli torpaq sahələri real bazar dəyərindən həddən aşağı qiymətləndirilmişdir. Eyni zamanda, cavabdeh MMC tərəfindən qiymətləndirmə aparılarkən qanun pozuntularına yol verilməklə iddiaçının qanuni mənafeləri və maraqları pozulmuşdur. Belə ki, MMC-nin əməkdaşları qiymətləndirmə aparılan torpaq sahələrinə gəlməmişlər və bu ərazidə qiymətləndirmə üçün zəruri tədqiqat işləri aparmamışlar. Belə ki, qiymətləndirməyə təqdim olunmuş torpaq sahələrinin üzərində qanuni əsaslarla inşa olunmuş sahibkarlıq obyektləri - tikililər olduğu, bu tikililər real olaraq ayrı-ayrı sahibkarlar tərəfindən icarə hüququ ilə istifadə olunduğu halda, qiymətləndirmə rəyində bu barədə hər hansı məlumat verilməmişdir. Bundan başqa, qiymətəndirmə aparan əməkdaşlar əmlakın mülkiyyətçisi kimi iddiaçıdan hər hansı sənədin, məlumatın alınmasına cəhd belə göstərməmişlər, torpaq sahəsinin yerləşdiyi ərazidə müvafiq ölçmə-tədqiqat işləri aparmamış, torpaq sahəsinin real bazar dəyərinə təsir edən amilləri araşdırmamışlar. Qəbələ şəhərinin mərkəzində yerləşən, real bazar dəyəri rəydə göstərildiyindən qat-qat yuxarı olan torpaq sahəsinə dairyalnlz sifarişçi təşkilat tərəfindən verilmiş sifariş əsasında Bakı şəhərində oturaraq həqiqətə uyğun olmayan, real vəziyyəti əks etdirməyən rəy yazaraq onun əmlakının dəyərini dəfələrlə azaltmaqla sadəcə sifarişi yerinə yetirmişlər. Daha sona İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Xidməti Mərkəzi MMC tərəfindən ona məxsus Qəbələ şəhərində yerləşən 0,80 ha torapq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli QR-2400 saylı “Qiymətləndirmə rəyinin” və 0.78 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli QR-2400/1 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi, ona məxsus torpaq sahəsinin real bazar dəyərinin hər sotu (0,1 ha) üzrə 30000 manat, tikililərin isə ayrılıqda qiymətinin 3000 000 manat müəyyən olunması, Cavabdeh1 MMC-dən maddi zərərin əvəzi olaraq 12000 manat və mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştak edən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X3 izahatında bildirdi ki, 10 ildən artıqdır ki, borcunu ala bilmir bu səbəbdən iddia tələbinin rədd olıunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə hər hansı məlumat verməmişdirlər. Lakin, İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhətiylə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının başqa vaxtda təxirə salınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunması arədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli, QXM/2400/1 saylı məktubundan görünür ki, İddiaçı məxsus Qəbələ şəhər ərazisində yerləşən 0,78 ha yaşıllıq və tikinti tikmət məqsədi ilə torpaq sahəsi bazar dəyərinə uyğun olaraq qiymətləndirilmiş və xx.xx.2019-cu il tarixə bazar dəyəri 234000 manat məbləğində müəyyən edilmişdir. - Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli, QXM/2400 saylı məktubundan görünür ki, İddiaçı məxsus Qəbələ şəhər ərazisində yerləşən 0,80 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsi bazar dəyərinə uyğun olaraq qiymətləndirilmiş və xx.xx.2019-cu il tarixə bazar dəyəri 240000 manat məbləğində müəyyən edilmişdir. - “Avand Cavabdeh1” MMC-nin xx.xx.2019-cu il tarixli, 26 saylı qiymətləndimə barədə 26/1 saylı aktdan görünür ki, İddiaçı məxsus Qəbələ şəhər ərazisində yerləşən 0,80 ha yaşıllıq və tikinti tikmət məqsədi ilə torpaq sahəsinin ümumi bazar dəyəri hazırkı dövrdə 360000 manat məbləğində müəyyən edilmişdir. - “Avand Cavabdeh1” MMC-nin xx.xx.2019-cu il tarixli, 26 saylı qiymətləndimə barədə 26 saylı aktdan görünür ki, İddiaçı məxsus Qəbələ şəhər ərazisində yerləşən 0,78 ha yaşıllıq və tikinti tikmət məqsədi ilə torpaq sahəsinin ümumi bazar dəyəri hazırkı dövrdə 351000 manat məbləğində müəyyən edilmişdir. - Torpaq mülkiyyət hüququna dair JN-0744 saylı 40601004 kodlu dövlət aktının surətindən görünür ki, Qəbələ rayonu Qəbələ bələdiyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə 0,80 ha torpaq sahəsi sahibkarlı məqsədi ilə İddiaçı satılmışdır. - Torpaq mülkiyyət hüququna dair JN-0739 saylı 40600001 kodlu dövlət aktının surətindən görünür ki, Qəbələ rayonu Qəbələ bələdiyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı ilə 0,78 ha torpaq sahəsi yaşıllıq və tikinti tikmək məqsədi ilə İddiaçı satılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-304/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(025)-03/2016 saylı qətnamsi qismən yəni cavabdeh İddiaçı X2 ödəməli olduğu payın məbləği olaraq 132.500 manat məbləğində pulun tutulmasının təmin edilməmi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilərək cavabdeh İddiaçı 132.500 manat məbləğində pul tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. - “xxxxxxxxxxxxxxxxxxx” Xidməti MMC-nin xx.xx.2020-ci il tarixli, 04 saylı qiymətləndirmə barədə audit-ekspert rəyindən görünür ki, İddiaçı məxsus Qəbələ şəhər ərazisində yerləşən 0,78 ha yaşıllıq və tikinti tikmət məqsədi ilə torpaq sahəsinin və 0,80 ha sahibkarlıq məqsədli torpaq sahəsinin orta bazar ümumilikdə 553000 manat məbləğində müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Adı çəkilən Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Beləliklə, məhkəmə qanunvericiliyinin müəyyən etdiyi tələbləri də nəzərə alaraq hesab edir ki, məhkəmə qətnaməsinin icrası mərhələsində Qəbələ şəhəri ərazisində yerləşən sahibkarlıq və tikinti məqsədli 0.78 ha torpaq sahəsi və Qəbələ şəhər ərazisində yerləşən 0,80 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsinin dəyəri düzgün qiymətləndirilməmişdir. Qeyd edilən hal məhkəmə tərəfindən keçirilmiş ekspertizanın rəyi ilə də təsdiq olunur. Belə ki, eyni torpaq sahələri ilə bağlı aparılmış qiymətləndirmə hesabatı icra məmurunun sifarişi ilə keçirilmiş ekspertizanın rəyi arasındakı məbləğ fərqi müvafiq olaraq 39000-40000 manat təşkil edir ki, bu da həmin daşınmaz əmlakın dəyəri baxımından kifayət qədər əhəmiyyətli fərqdir və bu fərqin nəzərə alınmaması iddiaçı tərəfinin əmlak mənafelərinin pozulması ilə nəticələnə bilər. Digər tərəfdən əmlakın dəyərinə dair xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas yoxdur və o, məhkəmənin gələcəyi qənaət üçün həlledici rol oynayır. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı məxsus olan Qəbələ şəhəri ərazisində yerləşən sahibkarlıq və tikinti məqsədli 0.78 ha torpaq sahəsinin və Qəbələ şəhər ərazisində yerləşən 0,80 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatda göstərilən qiymət həqiqi sayıla bilməz və həmin qiymətləndirmə rəyi ləğv edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin mülkiyyət hüququnun toxunulmazlığına və müdafiəsinə təminat verən qanunvericilik normalarını da nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, məhkəmə qətnaməsi əsasında İddiaçı əmlakına tutma yönəldilsə də, həmin əmlakın satılması barədə hərrac keçirilmədiyindən hazırkı mülkiyyətçi əmlaka olan hüquqlarını saxlayır və onun mülkiyyətçi kimi hüquqları qorunmalıdır. Məhkəmə iddia tələbinin 2-ci hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddaçı ona məxsus torpaq sahəsinin real bazar dəyərinin hər sotu üzrə 30000 manat və tikililərin 3 000 000 manat müəyyən olunması hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə barədə rəydə cavabdehə məxsus torpaq sahələrinin ümumi bazar dəyəri 553000 müəyyən edilmişdir. Göründüyü kimi iddia tələbi bu hissədə iddiaçı tərəfindən həddindən artıq olaraq süni şəkildə şişirdilmişdir. Məhkəmə Cavabdeh1 MMC tərəfindən iddiaçıya maddi zərərin əvəzi olaraq 12 000 manat və mənəvi zərərin əvəzi olaraq 30 000 manat məbləğində pulun tutulması hissədində hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində maddi ziyanın cavabdehin hansı hərəkəti nəticəsində və hansı əməlinin nəticəsində 12000 mamat məbləğində müəyyən edilməsi barədə heç bir əsas qeyd etməmiş və heç bir mötəbər sübüt məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, məhkəmə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə İddiaçı iddia tələbinin məhkəmə tərəfindən qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri olan 3000 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq “xxxxxxxxxxxxxxxxxxx” Xidməti MMC-nin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-nin tərəfindən İddiaçı məxsus Qəbələ şəhərində yerləşən 0,80 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli QR-2400 saylı və 0.78 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli QR-2400/1 saylı qiymətləndirmə rəyləri ləğv edilsin. İddiaçı məxsus Qəbələ şəhəri ərazisində yerləşən sahibkarlıq və tikinti məqsədli 0.78 ha torpaq sahəsi 273000 (iki yüz yetmiş üç min) manat və Qəbələ şəhər ərazisində yerləşən 0,80 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsinin orta bazar qiymətinin 280000 (iki yüz səksən min) manat olduğu əsas götürülməklə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(107)-304/2018 saylı icra sənədinin icrası davam etdirilsin. Ekspertiza təhqiqatının dəyəri olaraq 3000 (üç min) manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq “xxxxxxxxxxxxxxxxxxx” Xidməti MMC-nin (VÖEN: **********, KOD: 805647, MÜXBİR HESABİ: AZ03NABZ********************, ADİ: “xxxxxxxxxxxxxxxxxxx” Xidməti MMC H/H: AZ26İBAZ********************, VÖEN: **********) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-600/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-600/2020
15.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver