Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6130/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2-dan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş seriya ÖM 184388 qeydiyyat nömrəsi olan çıxarışa əsasən ünvan 2 onun xüsusi mülkiyyətidir. Sözügedən mənzildə Cavabdeh pasport qeydiyyatındadır. Qeyd edilən şəxs onun bacısı olsa da, xeyli vaxtdır ki, (35 ildən artıqdır) həmin ünvanda yaşamır, qeydiyyatı formal xarakter daşıyır, bu fakt Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu rayonu Mənzil Komunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş arayışla da öz təsdiqini tapır. Onun həmin ünvanda qeydiyyatda qalması bir mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Ümumiyyətlə, cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onu narahat edir, cavabdehin mənzilinə formal qeydiyyatına son vermək üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etsə də, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi müraciətinə imtina cavabı vermiş və məhkəməyə müraciət etməsini izah etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* №-li xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. - 47 saylı MKİS tərəfindən verilmiş 174 №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır. Mənzil İddiaçı məxsusdur, onun bacısı Cavabdeh mənzildə qeydiyyatda olmasına baxmayaraq, yaşamır. - ÖM seriyalı 134388 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. - Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Qırmızı Körpü DSBM-dən dövlət sərhədini keçmişdir (çıxış). Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Aybəniz ilə qonşudur, özü ünvan 3 ünvanında yerləşən 46 nömrəli mənzildə 1989-cu ildən yaşayır. Aybənizin atası Əzim isə 1990-cı ildən həmin binada yaşayırdı. Gülbəyaz Gürcüstanda yaşayır. Əzimin 3 qızı olduğunu bilir, onlardan Aybəniz indiyə kimi həmin binada yaşayır. Əzim rəhmətə getməmişdən qabaq mənzili Aybənizin adına keçirtdi. Gülbəyazı isə son dəfə Əzim 10 il öncə rəhmətə gedəndə görmüş, daha sonra görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Aybəniz ilə qonşudurlar. O, Bakıxanov qəsəbəsindəki Asan Xidmət ilə üzbəüz 4094 nömrəli binanın 1-ci blokunda, Aybəniz isə həmin binanın 3-cü blokunda qalır. Əvvəl həmin mənzildə atası tək yaşayıb, Aybənizi gəlib gedəndə 1-2 dəfə görmüşdür. O, 1992-ci ildən həmin binada qalır, Aybəniz isə sonradan ora gəlmişdir. Aybəniz hazırda həmin mənzildə qalmır. Gülbəyaz isə təxmini 20-25 il olar ki, ora gəlib getmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Aybəniz və Gülbəyazın bacısıdır. ünvan 4 ünvanında yerləşən 49 nömrəli mənzil Aybənizindir. Gülbəyaz subay idi, sonra ərə getdi. Gülbəyaz atasına düzdə olduğunu, gürcülərin onu vətəndaşlıqdan çıxartmasını və buna görə də onu vətəndaşlığa götürməsini demiş və atası da onu 1978-ci ildə həmin mənzilə qeydiyyata saldırmışdır. Daha sonra atası Gülbəyaza onun vətəndaşlıqdan çıxmalı olduğunu bildirmişdir. Lakin Gülbəyaz atası rəhmətə getdiyi üçün qeydiyyatdan çıxa bilməmişdir. Gülbəyaz Azərbaycana gəlib getmir. O, son dəfə atası 2014-cü ildə rəhmətə gedəndə Azərbaycana gəlmişdir. Onun bacısı ilə əlaqəsi yoxdur, görüşməklərinə bacısının həyat yoldaşı icazə vermir. Gülbəyaz ən son 2020-ci ildə Azərbaycana gəlmişdir və bunu onun oğlu vasitəsi ilə öyrənmişdir. Gülbəyaz son dəfə gələndə bibisigildə qalmışdır. Gülbəyaz mübahisə predmeti olan mənzildə təxminən 45 ildir qalmır. Onunla əlaqə saxlaya bilmirlər. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh ünvan 2-da qeydiyyatda olsa da, uzun illərdir ki, həmin mənzildə yaşamır, orada formal olaraq pasport qeydiyyatındadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh qeydiyyatda olduğu ünvan 2-dan 2014-cü ildə könüllü olaraq getmiş və bir daha oraya qayıtmamış, 9 ildən artıq müddətdir ki, həmin mənzillə əlaqəsini kəsmiş və mənzilə olan istifadə hüququnu itirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2-dan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238, 241, 242, 244, 252-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2-dan istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6130/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-6130/2023
18.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver