Məhkəmə qərarları › İş №2(008)-6238/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6238/2025

16.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6238/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmlakın qanunsuz satışına dair müqavilənin ləgv olunması və mülkiyyət hüququnun bərpası ilə çıxarışın bərpa olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 barəsində qanunvericiliyə uyğun hüquqi tədbirlərin görülməsi 14 saylı notariat kontorunun bu prosesdə yol verdiyi qanunsuzluqlara hüquqi qiymət verilməsi, hüquqi araşdırma yekunlaşana qədər həmin əmlak üzərində istənilən alqı-satqı, bağışlama, bank və və ya qeyri şəxslərə qirov qoyulması və digər mülki-hüquqi əməliyyatların dayandırılması üçün qeyd olunan əmlakın üzərinə müvəqqəti həbs (təminat tədbiri) qoyulmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci və 185.6-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işlərə bir icraatda baxılması işlərin tez və obyektiv araşdırılması məqsədilə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında olan mübahisələr daha tez və obyektiv araşdırılması məqsədilə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair 2(008)- 6238/2025 nömrəli mülki iş, Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “evin boşaldılaraq təhvil verilməsi” tələbinə e-2(008)-5916/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar