Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6467/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı cavabdehlər Sabunçu Rayon İcra Şöbəsi və Cavabdeh2nə qarşı “Sabunçu Rayon İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Sabunçu Rayon İcra Şöbəsi və Cavabdeh2nə qarşı “Sabunçu Rayon İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon İcra Şöbəsi qətnaməni icra etmədiyinə görə barəsində xüsusi qərar çıxarılması, qətnamənin icrasının Ədliyyə Nazirliyinin Baş İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən məhkəmə qətnaməsi icraya yönəldilmiş və hazırda icra mərhələsindədir. Belə olan halda iddiaçı məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icraya nəzarət edən məhkəməyə qanunla nəzərdə tutulmuş qaydaya uyğun olaraq şikayətlə müraciət edə bilər. Qeyd olunan tələbə yenidən ayrıca iddia qaydasında baxılması düzgün olmadığına görə hazırki işə Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 153, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçınm hansı orqana müraciət etməli olması orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Sabunçu Rayon İcra Şöbəsi və Cavabdeh2nə qarşı “Sabunçu Rayon İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-6467/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6467/2023
15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver