Məhkəmə qərarları › İş №2(008)-647/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-647/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-647/2020 10.06.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçının etibarnamə üzrə nümayəndəsi x1 iştirakı ilə İddiaçı «xxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-FN-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi 21.02.2018-ci il tarixində «xxxxxxxxxxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 27.12.2018-ci il tarixində Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi, digər Cavabdeh2 məxsus **-FN-*** dövlət qeydiyyat nişanlı Opel Astra marakalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək **-EP-*** dövlət qeydiyyat nişanlı x4 markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşları tərəfindən Cavabdeh1 barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. «xxxxxxxxxxxx» ASC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlarına əsasən **-EP-*** dövlət qeydiyyat nişanlı x4 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın miqdarı 2700,00 manat məbləğində müəyyən edilmişdir. «xxxxxxxxxxxx» ASC-nin 12.01.2019-cu il tarixli sığorta aktlarına əsasən «xxxxxxxxxxxx» ASC tərəfindən dəymiş ziyana görə 2700,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi x2 iddianı müdafiə edərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olanBakı şəhəri DYPİ Yol patrul xidmətinin 27.12.2018-ci il tarixli inzibati xəta haqqında İXP № ******* saylı protokolunun və inzibati tənbeh vermə haqqında 27.12.2018-ci il tarixli TP № ******* saylı qərarının surətindən görünür ki, Cavabdeh1 «Yol hərəkəti haqqında» AR İXM-nin 327.1-cı maddəsinə əsasən 40 manat cərimə edilmişdir; -15.01.2019-cu il tarixli sığorta aktlarından görünür ki, müvafiq qay-da-da tərtib edil-miş qiy-mət-ləndirmə aktına əsasən 27.12.2018-ci il tarixdə baş vermiş sı-ğorta ha-disəsi nə-ticəsində «xxxxxxxxxxxx» ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 2700 manat məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və zərərçəkənə ödənilmişdir; -«xxxxxxxxxxxx» ASC-nin 08.01.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, 27.12.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nə-ticəsində **-EP-*** dövlət qeydiyyat nişanlı x4 markalı avtomobilin təmiri ilə əlaqədar eh-tiyat hissələrinin və görülmüş işlərin dəyəri ümumilikdə 2700 manat təş-kil edir; -30.09.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, «xxxxxxxxxxxx» ASC tərəfindəncavabdehlərə qarşı iddia ərizəsi üzrəcəmi30 manatməb-lə-ğin-də dövlət rüsumu ödənilmiş-dir. -«xxxxxxxxxxxx» ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 25 yanvar 2019-cu il tarixli geriyə tələb (subroqasiya) mək-tu-bundan görünür ki, cavabdehlərin 15 təqvim günü ərzində 2700 manat məbləğində sı-ğorta ödənişini ödəmələri, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edil-miş-dirlər. - Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2020-ci il tarixli, 3585 saylı ekspert rəyindən görünür ki, “**-EP-*** dövlət qeydiyyat nişanlı x4 markalı avtomobilin təmir-bərpa xərci təxminən 2606 manat müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki,iddiaçının iddianın əsası kimi istinad etdiyi sığortalanmış, Cavabdeh1 tərəfindən idarə edilən **-FN-*** dövlət qeydiyyat nişanlı Opel Astra marakalı avtomobilin **-EP-*** dövlət qeydiyyat nişanlı x4 markalı avtonəqliyyat vasitələsini vurması və bunun nəticəsində göstərilən avtomobillə zərər dəyməsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə sübut olunur. Sığortalanmış **-FN-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobillə **- EP-*** dövlət qeydiyyat nişanlı x4 markalı avtonəqliyyat vasitələrinintoqquşması nəticəsində vurulmuş ziyan iddiaçı «xxxxxxxxxxxx» ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı «xxxxxxxxxxxx» ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh2 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil Cavabdeh1 tərəfindən həmin avtomobili səlahiyyəti olmadan idarə etdiyindən ziyan cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə görə sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən məhkəmə, hesab edir ki, iddiaçı «xxxxxxxxxxxx» ASC-nin cavab-dehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddiası qismən təmin edilməli, 2606 manat məb-lə-ğində sığorta ödə-nişi cavabdehlərdən iddiaçı «xxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddə-si-nə əsa-sən məh--kəmə xərcləri ödənilmiş tələblərinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30 ma-na-t dövlət rüsu-mu ca-vabdehlərdən id-diaçı «xxxxxxxxxxxx» ASC-nin xey-rinə tu-tul-ma-lı-dır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Pro-ses-sual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2606 (iki min altı yüz altı) manat sı-ğo-rta ödənişi və 30 (otuz) manat ödə-nil-miş dövlət rüsumu, cəmi 2636 (iki min altı yüz otuz altı) manat məbləğində pul «xxxxxxxxxxxx» ASC-nin xey-ri-nə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar