Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6511/2025 22.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Bakı şəhəri 39 saylı dövlət notariat kontoru olmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Bakı şəhəri 39 saylı dövlət notariat kontoru olmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər X2 İcraiyyə Komitəsi Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat bürosu tərəfindən verilmiş Bakı şəhərində Bələdiyyələşdirilmiş tikintilərin reyestrindən xx.xx.1957-ci il tarixli Çıxarışda (kitab-231, səhifə-14858) mülkiyyətçi kimi qeyd edilmiş "X8"-in, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ulu babasının adına tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda "ev sahibinin f., a., atasının adı" qrafasında qeyd edilmiş "X17"-nın, Bakı şəhəri, Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ1 seriyalı 458641 №-li, 22 fevral 2025-ci il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş "X4”-nun, AR Dövlət Arxivi tərəfindən verilmiş nikahın qeydiyyata alınması barədə 3 aprel 2025-ci il tarixli, 3-48-DA/2-282/2025 saylı elektron arayışda qeyd edilən "X5"-nun, AR Dövlət Arxivinin 10 aprel 2025-ci il tarixli, 3-48- DA/2-314/2025 saylı doğum haqqında elektron arayışda "ata adı" qrafasında qeyd edilmiş "Həsən Ağa"-nın, Bakı şəhəri, Sabunçu rayon WADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, AZ seriyalı, 115527 №-li Rəhimov X7 aid ölüm haqqında şəhadətnamədə "ata adı" qrafasında qeyd edilən "Həsən Ağa”-nın, Bakı şəhəri, Maştağa rayon ZAQS bürosu tərəfindən verilmiş 12 iyun 1958-ci il tarixli, 1-HE seriyalı, 078355 №-li evlənmək haqqında şəhadətnamədə Rəhimov Əzizağanın "atasının adı" qrafasında qeyd edilmiş "Həsənağa"-nın, eyni şəxs olması, AR Dövlət Arxivinin 10 aprel 2025-ci il tarixli, 3- 48-DA/2-314-2025 saylı doğum haqqında arayışda "Rəhimzadə X11"-nun, Bakı şəhəri, Maştağa rayon ZAQS bürosu tərəfindən verilmiş 12 iyun 1958-ci il tarixli, İ-HE seriyalı, 078355 №-li evlənmək haqqında şəhadətnamədə qeyd edilmiş “X6"-nun, Bakı şəhəri, Sabunçu rayonu, WADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, AZ seriyalı, 115527 №-li ölüm haqqında şəhadətnamədə qeyd edilən "X3"-nun, Maştağa qəsəbə WADQ şöbəsi tərəfindən verilmiş 31 iyun 1975-ci il tarixli, lİİ->Kr seriyalı, 466235 №-li doğum haqqında şəhadətnamədə "atası" qrafasında qeyd edilmiş "X6"-nun və Sabunçu rayon WADQ şöbəsi tərəfindən verilmiş XVll->Kr seriyalı, 291300 №-li doğum haqqında şəhadətnamədə yazılmış "Əzizağa" eyni şəxs olması, ulu babası X1 miras qalmış ünvan 1 ünvanda yerləşən mülkün onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, tələbi hüquqi faktın müəyyən edilməsi olduğundan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Eyni zamanda, iddia tələbi dəqiq və aydın göstərilməmiş, iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. İddiaçı iddia ərizəsində sənəddəki səhvlərin düzəldilməsilə tələbi ilə miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsi tələbini biləşdirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən olunur ki, iddia ərizəsinə əlavə olunmuş ********** saylı qəbz üzrə ödənilmiş dövlət rüsumu 2(008)-6017/2025 nömrəli mülki iş üzrə artıq istifadə olunmuşdur. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6017/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən ödənilmiş 100.60 manat məbləğində (qəbz nömrəsi **********) dövlət rüsumunun özünə qaytarılması qərar alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 305-ci maqddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında: 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Bakı şəhəri 39 saylı dövlət notariat kontoru olmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6511/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6511/2025
22.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver