Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6548/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi ilə Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh oğluna qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 197 manat vurulmuş ziyanın əvəzi və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 217 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 21.09.2019-cu il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Cavabdeh, hazırda ləğvetmə prossesində olan (LPO) ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, özünə məxsus KİA Cerato minik markalı, ** OD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən X7 məxsus olan TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. Abasov X6 Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6. və 332.4-cü maddələri ilə təqsirli bilinmiş və barəsində 26.09.2019-cu il tarixdə, AP ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qiymətləndirmə aktından görünür ki, X7 məxsus olan TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə 197 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar, 25.12.2019-cu il tarixli, İC AA 4740/19 saylı sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X7 məxsus olan TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə, 07.01.2020-ci ildə 197 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək, izahatında bildirdi ki, yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerində tıxac yaranmaması üçün X9 ilə razılaşaraq, hər iki avtomobili oradan kənarlaşdırmışlar. Daha sonra hər ikisi TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirdikdən sonra cüzi cızıq olduğunu müəyyən etmişlər. Belə güman edir ki, həmin ziyanın məbləği 50 manatdan artıq olmazdı. Sonradan onun xəbəri olmadan X2 Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bununla əlaqədar polis şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Bundan sonra barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə təqsirli bilinərək, 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Həmin avtomobilə vurulmuş ziyanın qiymətləndirilməsi barədə iş materiallarında sübut yoxdur. O, qeyd olunanlara əsasən, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını və iddia ərizəsinin dəlillərini araşdırıb, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İC AA 4740/19 saylı işə dair 25.12.2019-cu il tarixli sığorta aktından görünür ki, Cavabdeh məxsus KİA Cerato minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti tərəfindən 25.07.2019-cu il tarixdən 25.07.2020-ci il tarixədək sığortalanmışdır. Avtomobil 21.09.2019-cu il tarixdə TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 197 manat məbləğində ziyan dəymişdir. Sığorta ödənişi 197 manat təşkil edir. İş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin 26.09.2019-cu il tarixli, AP ******* saylı İnzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh 21.09.2019-cu il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində özünə məxsus KİA Cerato minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X7 məxsus olan TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. O, bu əməlinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6. və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan Əmlaka dair qiymətləndirmə aktından görünür ki, X7 məxsus olan TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə 197 manat məbləğində maddi zərər vurulmuşdur. İş materiallarında olan 07.01.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, LPO ASC "xxxx" Sığorta Şirkəti ASC tərəfindən X7 197 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 05.07.2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus KİA Cerato minik markalı, ** OD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 25.07.2019-cu il tarixdən 25.07.2020-ci il tarixədək ASC "xxxx" Sığorta Şirkəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan Yol-nəqliyyat hadisəsinə dair ərizədən görünür ki, Mehdiyev Orxan ona məxsus TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsini ASC "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, 21.09.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus KİA Cerato minik markalı, ** OD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ tərəfi zədələnmişdir. İş materiallarında olan ƏN-İV 995962 seriyalı etibarnamənin surətindən görünür ki, X10 TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün X8 1 il 9 ay müddətinə - 23.05.2021-ci il tarixədək etibarnamə vermişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 27.11.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh 21.09.2019-cu il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, özünə məxsus KİA Cerato minik markalı, ** OD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən X7 məxsus olan TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin avtomobilə maddi zərər vurmuşdur. İş materiallarında olan AC 525834 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, KİA Cerato minik markalı, ** OD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan ASC "xxxx" Sığorta Şirkətinin pretenziya məktubundan görünür ki, Cavabdeh subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələb edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, 21.09.2019-cu il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Cavabdeh idarə etdiyi hazırda ləğvetmə prosesində olan (LPO) ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış KİA Cerato minik markalı, ** OD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X7 məxsus olan TOYOTA Prius minik markalı, ** TV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə 197 manat məbləğində maddi zərər vurulmuşdur. Qeyd olunan məbləğdə sığorta haqqı ASC "xxxx" Sığorta Şirkəti tərəfindən X7 ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. Bununla əlaqədar, məhkəmə hesab edir ki, baş vermiş hadisədə cavabdehin təqsiri müəyyən edildiyindən, iddia təmin edilməli, vurulmuş ziyanın əvəzi olaraq 197 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materiallarında dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 197 (yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6548/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6548/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver