Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6668/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə sahiblik hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə sahiblik hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin hüquq müəyyənedici sənədinin ititrildiyi üçün faktiki sahiblik hüququnun məhkəmə qaydasında tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə X6 iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin "xahiş edirəm" hissəsini "Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən 600 m² torpaq sahəsinə faktiki sahiblik hüququnun məhkəmə qaydasında tanınması" kimi oxunmasını xahiş etmişdir. Ərizə məhkəmənin icraatına götürülmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ermənistan SSR Masis rayonundan məcburi köçkün olaraq, 34/7 nömrəli, xx.xx.1989-cu il tarixli keçmiş Lenin Rayon İcra Komitəsinin sədrinin sərəncamı ilə onu anası və 2-ci qrup əlil qardaşları ilə, o cümlədən böyük qardaşı Şahin Novruzovla birlikdə ünvan 1 ünvana daimi qeydiyyatda alaraq, həmin İcra Komitəsinin sədrinin sərəncamı ilə ona, iki əlil qardaşlarına və böyük qardaşına hər birinə 600 m2 torpaq sahəsi ayrılmışdır. Lakin sərəncam (ilkin hüquq müəyyənedici sənədin) itirildiyindən o və böyük qardaşı Şahin Novruzov mülkiyyət hüquqları ilə bağlı rəsmi prosedurları həyata keçirə bilmirlər. Yaxın qonşuları torpaq sahələrinin yaşayış təyinatlı olduğundan mülkiyyət hüquqlarını qeydiyyata alaraq, mülkiyyətlə bağlı bütün hüquq prosedurları həyata keçirə bilmişlər. Bununla belə illərdir fasiləsiz açıq və maneəsiz şəkildə torpaqdan və daşınmaz əmlakdan istifadə edir, kommunal və digər ödənişləri edir. Əmlakdan faktiki istifadə etməsini qonşular və digər şəxslər tərəfindən təsdiqlənir. Tərəflərin İzahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. II. İşin faktiki halları: İş materiallarında olan X9, X4, X2 və X5 tərəfindən tərtib və öz imzaları ilə təsdiq edilmiş qonşuların aktlardan görünür ki, İddiaçı Rəfayıl qızı uzun müddətdir ki, E40.425126, 49.972511N kodinatlar üzrə torpaq sahəsində inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 66B ünvanlı fərdi yaşayış evində yaşayır və həmin əmlakdan sahibi kimi istifadə edir. Əmlakdan istifadə müddəti ərzində orada yalnız İddiaçı Rəfayıl qızı və onun övladı yaşamış, başqa şəxslərin bu əmlaka dair hər hansı müdaxiləsi və ya mübahisəsi olmamışdır. İş materiallarında olan Bakı şəhəri, Bakıxanov Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 183/A nömrəli arayışdan görünür ki, İddiaçı Rəfayıl qızı ünvan 3 ünvanda yerləşən evə görə 2006-cı ildən Bakıxanov Bələdiyyəsində əmlak və torpağa görə vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X10 ünvan 3 evdə xx.xx.2022-ci ildən qeydiyyatdadır. İş materiallarında olan "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs Sabunçu Rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, xx.xx.2018-xx.xx.2025-ci illər ərzində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi 66a nömrəli evin su sərfiyyatı ilə bağlı ödənişlər İddiaçı tərəfindən həyat keçirilir. İş materiallarında olan "Azəriqaz" İB-nin abonentin saldosundan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi 66 nömrəli evin **********00660 nömrəli abonent kodu İddiaçı adınadır. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqından görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi 66 nömrəli evin **********60003 nömrəli abonent kodu İddiaçı adınadır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavininin xx.xx.2002-ci il tarixli N-225, N-225/1 nömrəli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti 2-ci qrup əlillə Rəşad və İrşad Noyruzov qardaşlarına müstəsna hal kimi Bakıxanov qəsəbəsi L.Məmmədbəyova küçəsində 2 fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsinin ayrılmasına etiraz etmir. İş materiallarında olan Lenin Rayon Sovet Xalq Deputatları İcra Komitəsinin 34/7 nömrəli xx.xx.1989-cu il tarixli qərarından görünür ki, Razin qəsəbəsi, Kirov küçəsi, ev 9 mənzil 33 ünvan üzrə X1, oğlu Novruzov Şahinin, qızı İddiaçı, oğlu Novruzov Rəşadın və oğlu Novruzov İrşadın daimi qeydiyyata alınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-2832/2025 nömrəli məktubundan görünür ki, keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 34/7 nömrəli qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Məhkəmə tərəfin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi edilməlidir. III. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Torpaq Məcəlləsi: 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 93-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən torpaq sahəsinə dair əqdlər yazılıformada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının:
7. Azərbaycan Respublikası MPM-in 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. 7.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır İşdən görünür ki, Lenin Rayon İcra Komitəsinin sədrinin 34/7 nömrəli xx.xx.1989-cu il tarixli sərəncamı ilə iddiaçı və onun ailə üzvləri ünvan 5 ünvana daimi qeydiyyatda alınmışlar. İddiaçı həmçinin həmin İcra Komitəsinin sədrinin sərəncamı ilə ona, iki əlil qardaşlarına və böyük qardaşına hər birinə 600 m2 torpaq sahəsi ayrıldığını, lakin sərəncamın itirildiyini bildirir. İş materiallarında olan sənədlərdən (yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, “Azəriqaz” İB-nin, "xxxx" ASC-nin və Sabunçu Rayon Sukanal İdarəsinin saldolarından, qonşuların aktından) görünür ki, həmin ünvan üzrə evdə yaşayır və həmin torpaq sahəsinə sahiblik edir. Beləliklə, iddiaçının illərdir fasiləsiz açıq və maneəsiz şəkildə torpaqdan və daşınmaz əmlakdan istifadə etdiyi, kommunal xərclər ödədiyi öz təsdiqini tapır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
IV. Nəticə: Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən 600 m² torpaq sahəsinə faktiki sahiblik hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev