Məhkəmə qərarları › İş №2(008)-6715/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6715/2025

13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6715/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Əhmədov Vüqar Nəcəf oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Dələduzluq yolu ilə mənimsənilmiş əmlakın qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “Dələduzluq yolu ilə mənimsənilmiş əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.300 (on iki min üç yüz) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin may ayından tanıdığı Cavabdeh etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirdərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh onun rəfiqəsi X3 oğlunu X7 Hərbi Məktəbinə tələbə olaraq tədrisə qəbulla bağlı yalan vəd verərək, 15 may 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov adma İstirahət Parkının yaxınlığında X6ma məxsus 17.000 manat məbləğində pulu ondan alaraq ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdeh X1 məhkəməyə yazılı olaraq göndərdiyi ərizəsində fikirlərin ziddiyyətli olduğunu, iddia tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 9 saylı cəzaçəkmə müəssisəində cəza çəkən X4 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hal-hazırda imkanı olmadığına görə cəzaçəkmə müəssisəsindən azad olunanadək ödəmənin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəfin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı qiymətləndirərək, dəlilləri, işdə olan sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan 27 dekabr 2024-cü il tarixli, 1(005)-66/2024 nömrəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 10 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiyar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2026-cı il tarixli, 3-16- 17/25/2-71 nömrəli müşayət məktubuna əsasən, Cavabdeh 9 saylı cəzaçəkmə müəssisəsindən ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 27 dekabr 2024-cü il tarixli, 1(005)-66/2024 nömrəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Cavabdeh ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, İddiaçı 2022-ci ilin may ayından tanıyır və onun rəfiqəsi Könülün oğlunu Ali Hərbi məktəbə kursant olaraq tədrisə qəbul etdirmək məqsədilə 35.000 manat pul istəmiş və bildirmişdir ki, pulun yarı hissəsini öncədən, qalan yarısını isə işi qurtarandan sonra veriləcəkdir. Onunla razılaşdıqdan sonra 15 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov adma İstirahət Parkının yaxınlığında görüşməyə razılaşmış, orada ondan 17.000 manat məbləğində pulu ələ keçirmişdir. Lakin, sonradan məlum olmuşdur ki, imtahanların nəticəsinə əsasən Könülün oğlu Nihadın adı Ali Hərbi Məktəbə tələbə kimi qəbul olmamışdır. Bundan sonra Xanoğlan müxtəlif bəhanələrlə ona verilən 17.000 manatı qaytarmamışdır. Bu barədə Nərimanov rayon Polis İdarəsinə müraciət olunmuşdur. Məhkəməyədək X2 alaraq Cavabdeh verdiyi 17.000 manatın öz hesabından X5 qaytarmışdır. Şikayət olunduğunu bilən Cavabdeh əvvəlcə 17.000 manatdan 2.700 manat qaytarsa da, qalan 14.300 manat pulu qaytarmamış, cinayət işi məhkəmənin icraatında olarkən Xanoğlan 2.000 manat da ödəmiş etmiş və bununla da, İddiaçı Cavabdeh həbs edilənədək geri qaytarmamış 12.300 manat borcu qalmışdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). 9 saylı cəzaçəkmə müəssisəində cəza çəkən X4 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etmədiyini İddiaçı onunla işbirliyində olduğunu ərizənin sonunda isə əks fikir söyləyərək qanuna uyğun cəzasını çəkdiyini, hal-hazırda imkanı olmadığına görə cəzaçəkmə müəssisəsindən azad olunanadək ödəmənin təxirə salınmasını və azad olunduqdan sonra Natavan Rəsulova ilə məsələni həll edəcəyini qeyd etməklə ziddiyətli fikir bildirmişdir. Məhkəmə tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 12.300 (on iki min üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 127 (yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 12.300 (on iki min üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş 127 (yüz iyirmi yeddi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar