Məhkəmə qərarları › İş №2(008)-675/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-675/2023

01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-675/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Hüseynova Elnarə Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 mənzilinə suyun axıdılması nəticəsində vurulmuş maddi ziyana görə 2000 manat, mənəvi zərərə görə 1000 manat, ödənilmiş dövlət rüsumu 60 manat, cəmi 3060 manat pulun tutulub mənzilinin təmiri üçün ödənilməsi, mənzilinə axıdılan suyun dayandırılması və qeyri-hüquqi hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Sabunçu rayonu Sülh küçəsi ev 10, 32 saylı mənzilin mülkiyyətçisidir. Onun mənzilindən, üst mərtəbədəki 34 saylı mənzilin sahibi olan X2 mənzilinə su axıdaraq 2000 (iki min) manat məbləğində onun mənzilinə ziyan vurmuşdur. Belə ki, cavabdeh X4 mənzilindən illərdir ki, mütamadi olaraq onun mənzilinə su axıdılır. Cavabdehin mənzilinin sanitariya qovşağı yararsız vəziyyətdə olduğundan onun mənzilinin hamam, mətbəx və dəhlizini daimi su basır. Mənzilin dəhliz və mətbəxindəki işıq kabellərinin düymələrindən su axdığından işığı yandırmaq olmurdu, soyuducunu günlərlə işlədə bilmirdi, nəticədə ərzaqları və yeməyi xarab olurdu. Su axıdılması nəticəsində işıq xətləri yararsız və təhlükəli vəziyyətə düşmüşdür. Mənzilin tavanı, divarı, döşəməsi islanıb pis vəziyyətə düşüb. Cavabdehdən mənzilinin su, kanalizasiya xəttini düzəltdirməsini, mənzilinə su axıdılmasına son qoymasını dəfələrlə xahiş və tələb etmiş, hətta cavabdehə təklif etmişdir ki,qapını açsın, özü usta gətirib təmir etdirsin. Cavabdeh bu sözlərinə də heç bir məhəl qoymamışdır. Etdiyi şikayətlə bağlı ərazinin MKİS-inin rəisi və işçiləri mənzilin vəziyyəti ilə bağlı onun və cavabdehin mənzilinə baxış keçirərkən cavabdehin mənzilindən suyun axıdılması məlum olmuşdur. Hal-hazırda axıdılan çirkli su otağın divarlarına keçmiş, sanitar qovşağa girmək olmur. Hətta cavabdeh deyir ki, “dözürsən döz, dözmürsən məni narahat etmə”. MKİS-dən cavabdehə xəbərdarlıq edilmiş, ancaq nəticə olmamışdır. Sonuncu dəfə gözlədikdən sonra su axıdılmasının davam etdiyini görən MKİS akt tərtib edərək, cavabdehə yenə də xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixli aktda da cavabdehin mənzilindən mütəmadi su axıdıldığından, onun 32 saylı mənzilinin mətbəxi dəhlizinin tavanında təmir sıradan çıxmışdır və hal-hazırda su axıntıları davam edir. Cavabdehin su axıtması nəticəsində pis vəziyyətə düşmüş mənzilinin təmirə ehtiyacı olduğundan, mənzilinin təmirinə usta gətirmiş, usta 2000 manat pul lazım olduğunu demişdir. Hesab edir ki, həmin maddi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin qeyri-hüquqi hərəkəti üzündən mənzilinə mütamadi su axıdılması nəticəsində ona dəymiş zərərə görə o, mülki məsuliyyət daşıyır. Cavabdehin mənzilindən mənzilinə mütamadi su axıdılması nəticəsində uzun müddət ərzində o və ailə üzvləri əsəbi, mənəvi sarsıntı keçirmişlər, rahatlıqları pozulmuşdur. Mənzilində etdiyi təmir də axıdılmış suyun təsirindən pis vəziyyətdədir. Bu hərəkətlərə görə ona dəymiş mənəvi zərəri ən azı 1000 manat miqdarında qiymətləndirir. Cavabdehin təqsiri nəticəsində ona dəyən 2000 manat maddi ziyan və 1000 manat mənəvi ziyan onun tərəfindən ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, izahatında bildirdi ki, su sızması hələ də davam edir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh X9 iddia tələbini etiraf etmədi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -86 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X7 məxsus Sülh küçəsi 10 saylı evin 34 saylı mənzilinin mətbəxindən, hamam otağından və ayaqyolundan İddiaçı məxsus 32 saylı mənzilin mətbəxinə, dəhlizinə və ayaqyoluna su axıntısı olmuşdur. Axıntı nəticəsində 32 saylı mənzilin mətbəxinin, dəhlizinin tavanında təmir sıradan çıxmışdır və hal-hazırda su axıntıları davam edir. 32 saylı mənzilin sahibi İddiaçı dediyinə görə o, artıq neçə illərdir ki, bu şəraitdə yaşayır, hətta X7 öz xərcinə onun mənzilinin təmirini öhdəsinə götürməsini də bildirmişdir, lakin o, bundan da qəti imtina etmişdir. Dəfələrlə 34 saylı mənzilin sahibinə su axıntısının qarşısının alınması üçün müraciət etsələr də, X9 su axıntısının qarşısının alınması üçün heç bir addım atmamışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən 10 saylı evin 32 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. -86 saylı MKİS tərəfindən verilmiş 197 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X9 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən 10 saylı evin 34 saylı mənzilində pasport qeydiyyatındadır və ******* saylı xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən mənzil ona məxsusdur. -86 saylı MKİS tərəfindən verilmiş 190 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən 10 saylı evin 32 saylı mənzilində pasport qeydiyyatındadır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1227 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzildə mərtəbəarası su sızmanın əlamətlərinin mövcud olduğu müəyyən olunur. Belə ki, mənzilin dəhliz hissəsinin divar kağızlarında su izləri, saralmalar, tavana vurulmuş lambirlərdə saralmalar və aralanmalar, sanitar qovşağın tavanına vurulmuş lambirlərdə saralmalar və aralanmalar, 2 ədəd spot işığın sıradan çıxdığı, mətbəx hissəsinin divarlarının boya qatında su ləkələrinin mövcud olduğu müəyyən olunur. Lakin iş üzrə cavabdeh tərəf baxışda iştirak etmədiyindən və cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 933 manat məbləğində müəyyən olunur. Beləliklə, tədqiq olunan sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil cavabdehin mənzilinin altında yerləşdiyindən, su sızma halları yuxarı mərtəbədən, yəni 34 saylı mənzildən baş verir və işin hallarına əsasən cavabdeh öz mənzilinə dair hüquqlarını həyata keçirərkən onun bu hüququnu başqa şəxsə ziyan vurmaqla həyata keçirdiyi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda, xx.xx.2009-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə, qanunun qeyd edilən tələblərinə və məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması iş materialları ilə sübuta yeritilmişdir. Mənzilə su sızması nəticəsində iddiaçıya vurulan maddi ziyan 933 manat məbləğində qiymətləndirilməli və X5 ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 933 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X8 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Cavabdehin iddiaçıya mənəvi zərər vurması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, iddiaçıya mənəvi zərər vurulması ilə bağlı sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, mənzilə axıdılan suyun dayandırılması və qeyri-hüquqi hərəkətlərə son qoyulması tələbi ilə bağlı qeyd edir ki, cavabdeh X9 tərəfindən ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə su sızması halları davam etdiyindən dayandırılmalı və bu cür hərəkətlərə son qoyulmalıdır. İddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdeh X5 alınıb iddiaçıya verilməli, artıq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Bundan başqa, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdeh X5 tutulmalı və X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X5 ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 933 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. ünvan 2 ünvanında yerləşən 32 saylı mənzilə cavabdeh X9 tərəfindən su axıdılması dayandırılsın və bu cür hərəkətlərə son qoyulsun. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdeh X5 tutulsun və X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar