Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6753/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi (dəqiqləşdirilmiş tələblə) verərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh almışdır. Həmin ev üzərində onun mülkiyyət hüququ AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən Daşınmaz, əmlakın reyestrində **********61-10301 nömrəsi ilə qeydiyyata alınmış və adına ********** nömrəli Çıxarış verilmişdir. Fərdi yaşayış evini aldığı vaxtdan bu günə qədər olan müddətdə ailə üzvləri ilə fasiləsiz olaraq orada yaşayır və ondan istifadə edir. Cavabdeh fərdi yaşayış evini satdığı vaxtdan bütün əşyalarını da götürərək çıxıb getmiş, 2021-ci ildən etibarən evdə yaşamamasına baxmayaraq dəfələrlə xəbərdarlıq etsə də, fərdi yaşayış evindən qeydiyyatdan çıxmamışdır. Cavabdehə iddia ərizəsində qeyd olunan ünvana məktub göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı satqı müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini (sonradan – mübahisəli ev) İddiaçı satmış, həmin müqavilə 31 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən reyestrdə 4Ə-153 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir. Hazırda mübahisəli ev İddiaçı mülkiyyətindədir (DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********61-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il ilə dövlət qeydiyyatına alınmışdır). Alqı-satqı müqaviləsinin 13-cü bəndində cavabdeh xx.xx.2021-ci il tarixədək satdığı evdən qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Lakin, AR DİN-in BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh hazırda həmin evdə qeydiyyatdadır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisəli evi İddiaçı alqı-satqı müqaviləsinə əsasən cavabdehdən almışdır, qeyd olunan ev hal-hazırda İddiaçı xüsusi mülkiyyətindədir, mənzilin keçmiş mülkiyyətçisi mübahisəli evdən qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir, cavabdehin istifadə hüququ yoxdur, onun qeydiyyatı formal xarakter daşıyır. Ona görə də İddiaçı mülkiyyət hüququnun məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehin mübahisəli evə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh evə olan qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6753/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6753/2023
06.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver