Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6800/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinin Xüsusi Notariusuna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinin Xüsusi Notariusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 iyul 2025-ci il tarixdə Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən "xxxx" MMC-nin xeyrinə ondan 1713 manat pulun tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qeydi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Həmin icra qeydi hüquqi nəticələr yaratmır. İcra qeydində yazılanlar həqiqəti əks etdirmir. Əsas olaraq göstərmək istəyir ki, onun tərəfindən indiyədək götürülmüş 2470 manat puldan cəmi 3629,25 manat ödəniş olmasına baxmayaraq bunlar icra qeydində nəzərə alınmamışdır. Sonradan məhkəmənin təşəbbüsü ilə xx.xx.2025-ci il qərardad əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC icraata cəlb edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, verilmiş iddia əsassızdır və rədd edilməlidir. İlk öncə qeyd edir ki, iddiaçı kredit əldə etmək üçün “SF Azerbaijan BОКТ” ММС-yə müraciət etmişdir. Qanunvericiliyə uyğun olaraq Kredit müqaviləsi bağlanmamışdan öncə kredit barəsində iddiaçıya şifahi və yazılı şəkildə məlumat verilmişdir. İddiaçı müvafiq şərtlərlə tanış olduğunu və həmin şərtləri qəbul etməsinə dair müvafiq qaydada razılığını bildirmişdir. Bundan sonra İddiaçı ilə "xxxx" MMC arasında **********005 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə kredit müqaviləsi bağlanılmışdır. Bu müqavilənin 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85% həcmində faiz tələb etmək hüququna malikdir. Bildirir ki, iddiaçı - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış **********005 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, BOKT bu Müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. "xxxx" BOKT MMC ilə "xxxx" MMC arasında bağlanmış “tələb hüquqlarının satılması haqqında” müqaviləyə əsasən, İddiaçı ilə BOKT arasında bağlanmış kredit müqaviləsinə dair tələb üzrə bütün hüquqlar "xxxx" MMC-yə ötürülmüşdür. İddiaçı uzun müddət kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə "xxxx" BOKT MMC tərəfindən qanunvericiliyə uyğun olaraq barəsində icra qeydinin aparılması üçün 17 saylı Notariat Ofisinə müraciət edilmişdir. xx.xx.2025-ci il tarixli, 8İ-6382 nömrəli icra qeydinə əsasən müqavilə üzrə vaxtında ödənilməmiş 997.72 (doqquz yüz doxsan yeddi manat yetmiş iki qəpik) AZN, hesablanmış cərimə məbləği 690.28 (altı yüz doxsan manat iyirmi səkkiz qəpik) AZN və tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) AZN məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1713 (bir min yeddi yüz on üç) AZN məbləğində pul vəsaitinin İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən, bildirir ki, hazırda, İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilməli olan qalıq borcun məbləği 1613 (bir min altı yüz on üç) AZN təşkil edir. Odur ki, yuxarıda qeyd olunanlara nəzərə alaraq İddiaçı iddia ərizəsinin əsassız olması səbəbindən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı icra qeydinin çoxdan verildiyini, onun ödənişdən yayınmadığını bildirmiş, iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış, onlar məhkəmə iclaslarına gəlməmiş, cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisi iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın əsassız olması səbəbilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə "xxxx" MMC arasında **********005 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə kredit müqaviləsindən görünür ki, İddiaçı illik faiz dərəcəsi 60.85 % olmaqla, xx.xx.2024cü il tarixədək qaytarmaq şərti ilə 1120 manat məbləğində kredit götürmüşdür. Tələb hüququnun satılması haqqında xx.xx.2025-ci il tarixli müqaviləyə əlavəyə əsasən İddiaçı ilə BOKT arasında bağlanmış kredit müqaviləsinə dair tələb üzrə bütün hüquqlar "xxxx" MMC-yə ötürülmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli müqaviləyə əsasən **********005 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 898.92 manat məbləğində əsas borc, 16.15 manat məbləğində faiz borcu, 690.28 manat cərimə borcu olmaqla, cəmi 1688 manat təşkil edir. İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya ünvanlanan xx.xx.2024-cü il tarixli bilidirişdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi barədə qeyd edilmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixdə reyestrdə “8İ-6382” nömrə ilə qeyd edilmiş icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən **********005 nömrəli müqavilə əsasında müddət üçün vaxtında ödənilməmiş 997 manat 72 qəpik (doqquz yüz doxsan yeddi manat yetmiş iki qepik) tutulmalı, bundan əlavə borcludan İddiaçı 690 manat 28 qəpik (altı yüz doxsan manat iyirmi səkkiz qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1713 manat 00 qəpik (min yeddi yüz on üç manat sıfır qəpik) pul tutulmalıdır. Həmin icra qeydi icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı həmin icra qeydinin ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması adlanan 1-ci bölməsinə əsasən: Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı; Məhkəmə hesab edir ki, icra qeydinin yalnız borcun mübahisəsiz olması və borclunun öhdəliklərini yerinə yetirmədiyi halda aparıla bilər. Məhkəmə, təqdim olunan sənədləri (kredit müqaviləsi, maliyyə arayışları, ödəmələr və s.) araşdırmış və borcun mübahisəsiz olmadığı qənaətinə gəlmişdir. Çünki, iddiaçı borcundan ödəniş etdiyini, lakin tələbkar tərəfindən nəzərə alınmadığını bildirmişdir. Bundan başqa iş materiallarında icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən iddiaçıya ünvanlanan bildiriş olmasına baxmayaraq həmin bildirişin borclu olan iddiaçıya çatdırılmasına dair heç bir sənəd və ya mötəbər sübut təqdim edilməmişdir. Bu isə borcluya müqavilə öhdəliklərinin icrası barədə bildiriş verilmədən notarius tərəfindən icra qeydinin aparılmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, icra qeydinin əsaslılığı və qanuniliyi barədə məhkəməyə sübutlar təqdim edilmədiyindən və qanunvericiliklə müəyyən edilmiş prosedura riayət edilmədən icra qeydi verildiyindən həmin icra qeydi ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinin Xüsusi Notariusuna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli “8İ-6382” nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-6800/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6800/2025
13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver