Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-696/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi, Vəkil1, Cavabdeh Məmmədov X6 nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı MMC cavabdeh Məmmədov X9 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Məmmədov X9 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 4.000.000 manat, mənəvi zərərə görə 3.000.000 manat, əldən çıxmış faydaya görə 7.000.000 manat, dövlət rüsumuna görə 7.790 manat olmaqla, cəmi 14.007.790 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin təsisçisi kimi X30 Türkiyə Respublikasının vətəndaşı investor kimi Azərbaycan Respublikasına külli miqdarda investisiya qoymuşdur. İddiaçı MMC-nin təsisçiləri Olgun Altunun və V.Əhədovun paylarını xx.xx.2015-ci il tarixdə notariusda devr alaraq sahibkarlıq fəaliyyətinə başlamışdır. xx.xx.2015-ci il tarixdə Sabunçu rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə iddiaçı barəsində cinayət işi başlanmışdır. Başlanmış cinayət işi üzrə Məmmədov X15, X19 etibarından sui-istifadə edərək ona məxsus 470.000 manat dəyərində iri buynuzlu mal-qaranı ələ keçirdiyinə dair yalan izahat verərək cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə mülki iddiaçılardan biri olan Məmmədov X15 İddiaçınə, X10 və ona qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə proseslərinin sonunda isə həqiqətən də bütün bu ifadələrin, iddialann yalan olduğu təsdiq olunmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-246/2022 qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1636/2017 nömrəli, 06 oktyabr 2017-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan hissədə, yəni iddianın ona aid təmin edilən hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də sübut olunmuşdur ki, onun işə həqiqətən də aidiyyatı yoxdur. Bütün bunlara və işə heç bir aidiyyəti olmamasına baxmayaraq barəsində uzun illərdir ki, məhkəmə prosesləri davam etmişdir. Belə ki, ona heç bir aidiyyəti olmayan iş üzrə dəfələrlə hüquqi yardım almış, müxtəlif vəkillərə müraciət etmiş və ödəniş etmişdir. Bundan əlavə barəsində olan qərarlarla bağlı məhkəmə rüsum və digər xərclərini də ödəmişdir. İllərlə barəsində haqsız davam edən bu çəkişmələr ona, ailəsinə və şirkətlərinə xeyli miqdarda maddi zərər dəyməsinə səbəb olmuşdur. Bundan əlavə, tərəfindən şirkət devr alınarkən sadəcə olaraq "Bankstandard"a olan kredit borcu kimi 3.698.00,00 ABŞ (üç milyon yüz doxsan səkkiz min dollar) pulun ödənilməsi ilə bağlı öhdəliyi üzərinə götürmüşdür. Bu pul məhz şirkətin fəaliyyəti nəticəsində əldə olunan pul hesabına ödənilməli idi. Lakin, Ələsgər Mammədov yalan ifadə və böhtanı nəticəsində uzun müddət ərzində şirkət fəaliyyət göstərə bilmədiyindən həmin pul vəsaiti X30 tərəfindən öz şəxsi vəsaiti hesabına 19 fevral 2020-ci il tarixdə ödənilmişdir. İddiaçı hesab edirik ki, göstərilən bu pul vəsaiti də cavabdehdən tutulmalı və öz növbəsində ona geri ödənilməlidir. Eyni zamanda Cavabdeh ona böhtan ataraq Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1636/2017 nömrəli qətnaməsində Cavabdeh bildirib ki, o, 2014-cü ilin may ayında Rusiya Federasiyasının Dərbənd şəhərindən 270.000 manatlıq mal-qara gətirərək X30 və Viləş Əhədova təhvil vermişdir. Lakin iş materiallarından da göründüyü kimi o 2015-ci ildən bəri "xxxx" MMC-nin fəaliyyətində iştirak edir. Necə ola bilər ki, 2014-cü ildə cavabdehdən bu qədər mal-qaranı təhvil alıb? Məhz bu faktın özü də M.Ələsgərin yalan danışaraq ona böhtan atdığını təsdiq edir. Onun barəsində böhtan atılaraq, əsassız iddia qaldırılana qədər bu şəxsi tanımamışdır. Əlavə olaraq M.Ələsgər Sabunçu Rayon Polis İdarəsinə yalan izahat verərək qeyd etmişdir ki, güya o və Viləş Əhədov onu birlikdə iş görmək vədi ilə aldadıblar, həmçinin M.Əlsəgər iddia edir ki, 65.000,00 manat məbləğində əmək haqqı borcları var. Lakin bu iddiasını da digərləri kimi sübut edən heç bir rəsmi sənəd yoxdur. Digər tərəfdən də 65.000,00 manat məbləğində əmək haqqı borcunun yaranması üçün nə qədər müddət ərzində işləməli olduğunu da nəzərə alsaq iddianın absurd və yalan olduğu açıq-aydın görünməkdədir. Bu iddialar o qədər həqiqətə uyğun deyil ki, "xxxx" MMC şirkəti xx.xx.2012-ci ildə qurulmuş, iddiaçı isə firmanı xx.xx.2015-ci ildə devr almışdır. Cavabdeh 2015-ci ildə verdiyi ərizədə 65.000,00 manat məbləğində əmək haqqı almalı olduğunu deyir. Deyək ki, ayda 500 manat maaş alsın (Firmada maksimum əmək haqqı 500 manatdır), 3 ildə alacağı əmək haqqı 18.000,00 manat edər. Necə ola bilər ki, bu şəxsin 65.000,00 manat maaş alacağı olar. xx.xx.2015-ci ildə iddiaçı firmanı devr aldıqdan sonra heyvan alqı-satqısı edən bir işçiyə ayda 300 manat əmək haqqı verirmiş, yəni Cavabdeh ilə eyni işi etmişdir. Həmçinin heyvan alqı-satqısı işini edən şəxs Niyaz Talıbovdur və xx.xx.2015-ci ildə satınalma meneceri olaraq işə başlayıb. Bundan başqa şirkət sənədlərində işçi olaraq da adı görünməyən bir şəxs necə ola bilər ki, 65.000,00 manat əmək haqqı alacağı olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən əldə etdiyi əmək haqqı cədvəlində də adı mövcud deyil. Həmçinin Məmmədov X15 özü iddiaçı barəsində yalan ifadə verməklə bərabər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1636/2017 nömrəli qətnaməsində qeyd olunan izahatına və ölkə.az xəbər saytına verdiyi məlumata əsasən, Ələsgər Əliyev, X24 pul tələb edərkən yalançı şahidlik edərək Qaşqayın pulu onun yanında verdiyini iddia etmişdir. Eyni zamanda davam edən məhkəmə prosesləri ucbatından "xxxx" MMC şirkəti uzun müddətdir ki, fəaliyyət göstərməməkdədir. Bu şirkət illik olaraq 1 (bir) milyon manat pul qazanc əldə edirdi. Qeyd edilən dövrü nəzərə alaraq şirkətin itirdiyi gəlirlər də əldən çıxmış fayda olaraq tutularaq ödənilməlidir. Çünki şirkət fəaliyyət göstərsə idi, bu qazancdan məhrum olmayacaqdı. Bu baxımdan Cavabdehslam oğlundan əldə çıxmış fayda kimi 7.000.000 manat məbləğdə pul vəsaiti tutulmalıdır. İddiaçı hesab edir ki, həqiqətən də onun işə aidiyyatının müəyyən olunmaması qanuni qüvvəsini almış məhkəmə qərarı ilə də təsdiq edildiyindən bu vaxta qədər də dəyən maddi zərər uyğun olaraq cavabdehdən tutulmalıdır. İddiaçı həmçinin, tərəfindən hüquqlarının bərpası və pozulmasının qarşısının alınması məqsədilə müxtəlif orqanlara dəfələrlə şikayətlər etmiş, o cümlədən işin davam etməsi zamanı da müxtəlif iddialar qaldırılmış və nəhayət tam 7 ildən sonra həmin mübahisəyə onun aidiyyətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən X26 etibarnamə üzrə nümayəndəsi, Vəkil1 iddianı müdafiə etdiyini, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. X26 İddiaçı MMC-nin təsisçisi olduğunu, 2015-ci ildən İddiaçı MMC -nin paylarını satın aldığını deyərək, Cavabdeh Cem Selçuk barəsində yalan iddialar qaldırdığını bildirdi. X21 2014-cü ildə 470.000 manatlıq mal-qara vermişdir.Cem Selçukun 2014-də cavabdehi tanıması mümkünsüzdür. Cavabdeh əvvəl 270.000 manatlıq iddia qaldırmış, daha sonra iddinın həcmini artırmışdır. Lakin bununla bağlı heç bir sübutu olmamışdır. Şirkət 2012-ci ildə yaranmışdır. Cem Selçuk şirkəti alan zaman şirkətin 3 milyon 698 min dollarlıq öhdəliyini də üzərinə götürmüşdür. Cavabdehin qaldırdığı iddialar əsasında və çoxsaylı şikayətlərə görə şirkət fəaliyyətini dayandırmışdır. Hazırki cavabdehin qaldırdığı iddialar şirkətə münasibətdə təmin edilmiş, Cem Selçuka qarşı münasibətdə təmin edilməmişdir. Şirkət faəliyyətini dayandırdığı üçün şirkətin borclarını Cem Selçuk özü ödəmişdir. Hesab edir ki, 4 milyon ziyan cavabdehdən tutulmalıdır. Cavabdeh şirkətin ona 65.000 manatlıq borcu olduğunu iddia etsə də əsassızdır. Eyni zamanda çoxsaylı şikayətlər X26 Türkiyədə işgüzar nüfusuna xələl gətirmişdir. Cem Selçuk hazırda bu səbəblərə görə axtarışda olduğundan Azərbaycana gələ bilmir. Bütütn bunlara görə X30 hesab edir ki, ona eyni zamanda mənəvi zərərdə dəymişdir. Odur ki bunları nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. İddiada qeyd edilən “əldən çıxmış fayda olaraq 7 milyon manatı da cavabdehdən tələb edillər. Qeyd edim ki, şirkət 7 ildir ki, fəaliyyətini dayandırıb və şirkətin illik gəliri 1 milyon manat olduğundan”əldən çıxmış faydanın əvəzi olaraq cavabdehdən 7 milyonu da tələb edillər. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmmədov X6 nümayəndəsi, Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Cem Selçuk iddia ərizəsində də şirkətin təsisçisi olduğunu və öhdəlik olaraq borclarını özünün ödədiyini bildirir. Cem Selçuk şirkətin təsisçisi olduğu məlumdur. Belə ki, Cavabdeh şirkətə qarşı iddia qaldıran zaman Cem Selçuka da iddia qaldırmış sayılır. Həmin iddialar təmin edilmişdir. Cem Selçuk şirkətin borclarını təsisçi olaraq bağlaması və həmin məbləği cavabdehdən tutulmasını istəməsi əsassızdır. Bütün bunları nəzərə alaraq, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ.Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 57. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ.Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ.Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1636/2017 nömrəli qətnaməsindən müəyyən olunur ki, cavabdehlər "xxxx" MMC-dən, X5 və X25 müştərək qaydada X11 xeyrinə 247.000 manatın, X3 xeyrinə 1.150.942 manatın, X1 xeyrinə 552.000 ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), Uzunquşlaq Mustafanın xeyrinə 490.000 ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), Cavabdehslam oğlunun xeyrinə 470.000 manatın və X2 xeyrinə 31.850 manatın tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-5681/2018 nömrəli qətnaməsindən müəyyən olunur ki, cavabdehlər İddiaçı MMC və X31 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə, yəni apellyasia şikayətləri vermiş cavabdehlərə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-492/2019 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı MMC-nin kassasiya şikayəti qismən, X28 kassasiya şikayətinin tam təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-5681/2018 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6086/2019 nömrəli qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)-1636/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsinin hazırki apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı MMC-dən və Cem Ersoydan müştərək qaydada İsabala Əliyevin xeyrinə 247.000 manatın, Qaşqay Məmmədovun xeyrinə 1.150.942 manatın, Teymur Quliyevin xeyrinə 552.000 ABŞ dollarının, Mustafa Uzunquşlağın xeyrinə 490.000 ABŞ dollarının, Cavabdeh xeyrinə 470.000 manatın, Arif Cabbarovun xeyrinə 31.850 manatın tutulması hissələrində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin təmin olunmaması, iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarınıntərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 7496/2019 nömrəli qərarından müəyyən olunur ki, iddiaçılar X16, X4, Uzunquşlaq Mustafa, Cavabdehslam oğlu, X7 tərəfindən birgə və X12 tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2019-cu il tarixli, 2(103)-6086/19 saylı qətnaməsinin ləğv olunması və işə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-1578/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, cavabdehlər "xxxx" MMC və X32 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-1636/2017 nömrəli xx.xx.2017-ci il qətnaməsi mübahisələndirilən iddianın cavabdehlər İddiaçı MMC və X22rşı təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlandığı qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-70/2021 nömrəli qərarından müəyyən olunur ki, X28 kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2020-ci il tarixli, 2(103)- 1578/2020 nömrəli qətnaməsinin X29 aid hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-246/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, cavabdeh X32 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)- 1636/2017 nömrəli xx.xx.2017-ci il qətnaməsi hazırki apaellyasiya icraatının predmeti olan hissədə, yəni iddianın cavabdeh X29 aid təmin edilən hissədə ləğv edilməsi və həmin hissədə iddanın rədd edilməsi qət edilmişdir. LPO QSC Bank Standard KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, LPOQSC Bank Standard KB ilə Hilal Agro MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/3077/14 saylı və xx.xx.2014-cü il tarixli 1xx/xx/3166/14 saylı kredit müqavilələrinə əsasən ümumilikdə 4 000 000 manat kredit verilmiş, kredit müqavilələrinin təminatı kimi İddiaçı MMC-yə məxsus əmlaklar ipoteka ilə yüklü edimişdir. xx.xx.2020- ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-213/2016 saylı məhkəmə qətnamsə üzrə öhdəlik yerinə yetirilmiş və hazırda İddiaçı MMC-nin qətnamə üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. İddiaçı MMC ilə X30 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ilkin razılaşmanın surətindən müəyyən olunur ki, təsisçilər İddiaçı MMC-də olan paylarını, o cümlədən MMCnin adına olan və ya adında olmayıb faktiki istifadəsində olan daşınar və daşınmaz əmlakı ən qısa zamanda X26 adına özgəninkiləşdirmək (o cümlədən istifadəsinə vermək), X30 isə yuxarıda qeyd edilən payları, daşınar və daşınmaz əmlakı öz üzərinə almaq (o cümlədən istifadəsinə götümək) barədə razılığa gəlmişlər. X8 nümayəndəsi Olqun Altun tərəfindən imazlanan xx.xx.2015-ci il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 7E-24782 reyestr nömrəli etibarnaməyə və **********782 nömrəli sənədə əsasən, X13 adından çıxış edərək "xxxx" MMC-də 50% nisbətində olan Viləş Əhmədova məxsus payları müqaviləyə əsasən, Cem Ersoya ötürmüş, "xxxx" MMC-nin Bank Standarda olan kredit borcundan başqa heç bir şəxsə, şirkətə hər hansı bir (pul, yem, heyvan və s.) borcu yoxdur. Payların ötürüldüyü tarixə qədər hər hansı bir səbəblə ortaya çıxacaq borclar onlara aiddir. Bu tarixdən əvvəl yaranacaq borca görə X30 heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1 -ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1 -ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı təsisçisi olduğu İddiaçı MMC-nin icra edilmiş öhdəliyinə görə cavabdehdən maddi zərər olaraq pul tələb etsə də, cavabdehin İddiaçı MMC-nin öhdəliyinin icrasına təminat verməsinə, bu öhdəliyə görə cavabdehin iddiaçı qarşısında mülki məsuliyyət daşımasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehin məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etməsi nəticəsində ona maddi zərər vurulmasını iddia etsə də, bu halı da təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri "nigarançılıq, ruhi sarsıntı və iztirab”, "həyəcan, acizlik və sarsıntı”, "məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 20İ4-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Cavabdehdən mənəvi zərərə görə 3.000.000 manat tələb edən iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn məhkəməyə və bütün dövlət orqanlarına müraciət etmək hüququndan istifadə edən cavabdehin hərəkətləri nəticəsində keçirə biləcəyi mənəvi sarsıntının və iztirabların nədə ifadə olunmasına, işgüzar nüfuzuna ziyan vurulmasına, bunların cavabdehin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehin hərəkətləri ilə vurulması iddia edilən mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, iddiaçının nümayəndəsi isə izahatında belə sübutların olmadığını bildirmişdir. Məhkəmə iddiaçının əldən çıxan faydaya görə 7.000.000 manat tələbi ilə bağlı qeyd edir ki, əldən çıxan fayda ilə bağlı hər hansı bir sübutunun olmadığını məhkəmə iclasında bildirən iddiaçının nümayəndəsi İddiaçı MMC-yə vurulması ehtimal edilən zərəri və ya əldən çıxan faydanı iddiaçının öz xeyrinə tələb etməsinin səbəbini məhkəməyə izah edə bilməmişdir. Bundan əlavə qanuni qüvvəsini alan məhkəmə aktının icrasının təmin edilməsi üçün borclunun əmlakının üzərinə həbs qoyulması icra sənədi üzrə borclu olan hüquqi şəxsə, onun təsisçisinə zərər vurulması kimi qiymətləndirilə, təsisçi hüquqi şəxsə vurulan ziyanı öz xeyrinə tələb edə bilməz. Belə ki, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək və həyata keçirmək hüququ olan hüquqi şəxs öz öhdəliklərinə görə də vəzifələr daşımalıdır. Məhkəmənin qəbul etdiyi qərarlar isə dövlətin adından çıxarılmaqla onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması halı isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehdən tələb etdiyi maddi, mənəvi zərərin, əldən çıxan faydanın əvəzinin ödənilməsini tələb etmək hüququnun olmasını, bu hüququn pozulmasını, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi zərər vurulmasını, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olmasını sübuta yetirə bilmədiyindən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməz olduğundan, zərər vurulan şəxsin vurulmuş zərərin əvəzini tələb etmək hüququ olduğundan iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı X26 cavabdeh Məmmədov X9 qarşı maddi zərərə görə 4.000.000 manat, mənəvi zərərə görə 3.000.000 manat, əldən çıxmış faydaya görə 7.000.000 manat, dövlət rüsumuna görə 7.790 manat olmaqla cəmi 14.007.790 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-696/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-696/2024
06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver