Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7145/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qaşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 “Əmək” və “Tam maddi məsuliyyət haqqında” müqavilə, vəzifə təlimatı üzrə öhdəliklərinin icra etməməsi nəticəsində ona vurulmuş 13 000 (on üç min) manat məbləğində ziyanın, həmçinin iddia qaldırmaqla bağlı tərəfindən ödənilmiş 129 (yüz iyirmi doqquz) manat, dövlət rüsumunun, həmçinin mediasiya xərcləri üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o fərdi sahibkar kimi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 90 ünvanında lombard fəaliyyətini göstərməklə qızıl zinət əşyalarının girova qəbul edilməsi və pul krediti verilməsini həyata keçirirmişdir. Lombard fəaliyyətini göstərdiyi zaman 01 noyabr 2022-ci il tarixdə Cavabdeh1 əmək müqaviləsi əsasında lombarda qiymətləndici, həmin tarixdə eyni əsasla Cavabdeh2 isə həmin lombarda yığıcı nəzarətçi vəzifələrinə işə qəbul edilmiş və həmin tarixdə onlarla aralarında tam maddi məsuliyyət haqqında müqavilə və vəzifə təlimatı təsdiq ediləndən sonra, onlar hər ikisi Bakı şəhəri, Sabunçu Rayonu Zabrat qəsəbəsindəki lombardda vəzifələrinin icrasına başlamışdır. 24 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 90 ünvanında yerləşən lombardın xəzinəsində Zabrat filialında qiymətləndirici vəzifəsində fəaliyyət göstərən Cavabdeh1 və həmin filialın yığıcı-nəzarətçisi Cavabdeh2 iştirakı ilə yoxlanılma aparılarkən, orada qiymətləndirici vəzifəsində fəaliyyət göstərən Cavabdeh1 və həmin filialın yığıcı-nəzarətçisi Cavabdeh2 13000 (on üç min) manat məsuliyyətində olan girovlara dair, girov qoyan şəxslər tərəfindən ödənişlər edildiyi halda, lombardın xəzinəsinə yığıcı-nəzarətçi Cavabdeh2 tərəfindən mədaxil edilmədiyi müəyyən edilmişdir. Bu çatışmamazlığın səbəbini, qiymətləndirici Cavabdeh1 tərəfindən 21 avqust 2024-cü il tarixdə xəzinədən götürüb apardığına görə 24 avqust 2024-cü il tarixə aid hesabatı təhrif etməklə çatışmamazlığı gizlətməsi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli yoxlama aktı tərtib edilmiş, Cavabdeh1 və Cavabdeh2 həmin aktı imzalamışlar. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin auditoru X8 tərəfindən verilən X13 tərəfindən alınmış, hesabatda yoxlama zamanı fiziki şəxs X2 məxsus lombard Zabrat filialında 19 müştəri tərəfindən ümumilikdə qızıl-zinət əşyaları girov qoyaraq 13 000,00 manat məbləğində kredit filialın kassasına mədaxil edilməli olduğu halda, mədaxil edilməmiş öz şəxsi məqsədləri üçün istifadə edərək Zabrat filialının dövriyyəsindən yayındırlmışdır. Auditor hesabatlarında qeyd edilən faktlar Azərbaycan Respublikası Hüquq Mühafizə Orqanları tərəfindən araşdırlması zəruridir. Cavabdeh2 və Cavabdeh1 "xxxx" MMC- nin auditoru X3 iltizam yazmışlar, 13 000 manat pulu xəzinəyə mədaxil etmədiklərini bildirmişlər. Keçirilən yoxlama nəticəsidə, Cavabdeh2 və Cavabdeh1 13 000 (on üç min) manat pulun xəzinəyə mədəxil etmədiyinə görə, ümumi 13000 (on üç min) manat çatışmamazlıq müəyyən edilmişdir. Cavabdeh2 və Cavabdeh1 əmək müqaviləsi, vəzifə təlimatı və maddi məsul şəxs kimi öhdəliklərini yerinə yetirməməklə ona 13 000 (on üç min) manat ödəməlidirlər. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən Cavabdeh2 əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən Cavabdeh1 əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci ci il tarixdə tərəfindən Bakı 6 saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin Cavabdeh2 və Cavabdeh1 ilə ilə mübahisəni həll etmək mümkün olmamışdır. Odur ki, hazırda pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, o iddiaçıya məxsus lombartda o zərgər, Cavid isə kassada işləmişdir. Onlar hər gün evə gedərəkən pulu o, qızılları isə Cavid evə aparırdı. 2024-cü ilin avqust ayında evə gedərkən 13000 manat pul evə aparmaq məqsədi ilə götürmüş, yolda 1 manatlıq taksiyə oturmuşdur. Lakin taksidən düşəndə pulu yadından çıxardıb taksidə qalmışdır. O pulu itirmək ilə bağlı hüquqmühafizə orqanına mürcaiət etməmişdir. həmin taksinidə axtarıb tapmamışdır. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Babayev X12 yığıcı-nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 7 ay müddətinə bağlanmışdır. X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tam maddi məsuliyyət haqqında Müqavilədən görünür ki, yığıcı-nəzarətçi Cavabdeh2 sahibkar tərəfindən etibar edilmiş maddi sərvətin qorunub saxlanılmasına, görüləcək işlərin layiqincə yerinə yetirilməsinə tam maddi məsuliyyət daşıyır və aşağıdakə vəzifələri yerinə yetirilməsini öz öhdəsinə götürür. a) öhdəsinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirməli, ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, eyni zamanda sahibkara heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalıdır. b) üzərinə götürdüyü maddi sərvətlərin təhlükəsizliyi barədə sahibkara vaxtlı-vaxtında məlumat verməli, təhlükə doğuran vəziyyət aşkar etdiyi halda onun səbəblərini aydınlaşdırmalıdır. c) etibar edilmiş maddi sərvətlər, pul vəsaitləri və digər görüləcək işlərə dair dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydalara əsasən hesabatlar tərtib edib lazımi yerlərə təqdim etməlidir. ç) ona etibar edilmiş maddi sərvətlərin inventarlaşdırılmasında iştirak etməlidir. X7 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Hüseynov X6 qiymətləndirici vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 7 ay müddətinə bağlanmışdır. X7 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tam maddi məsuliyyət haqqında Müqavilədən görünür ki, qiymətləndirici Cavabdeh1 sahibkar tərəfindən etibar edilmiş maddi sərvətin qorunub saxlanılmasına, görüləcək işlərin layiqincə yerinə yetirilməsinə tam maddi məsuliyyət daşıyır və aşağıdakə vəzifələri yerinə yetirilməsini öz öhdəsinə götürür. a) öhdəsinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirməli, ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, eyni zamanda sahibkara heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalıdır. b) üzərinə götürdüyü maddi sərvətlərin təhlükəsizliyi barədə sahibkara vaxtlı-vaxtında məlumat verməli, təhlükə doğuran vəziyyət aşkar etdiyi halda onun səbəblərini aydınlaşdırmalıdır. c) etibar edilmiş maddi sərvətlər, pul vəsaitləri və digər görüləcək işlərə dair dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydalara əsasən hesabatlar tərtib edib lazımi yerlərə təqdim etməlidir. ç) ona etibar edilmiş maddi sərvətlərin inventarlaşdırılmasında iştirak etməlidir. 24 avqust 2024-cü il tarixli Aktdan görünür ki, onlar bu aktı aşağıda imza edənlər Fərdi sahibkar (**********) X7, lombardın Zabrat filialında qiymətləndirici vəzifəsində fəaliyyət göstərən Cavabdeh1 və həmin filialın yığıcı-nəzarətçisi Cavabdeh2 iştirakı ilə həmin aktı tərtib etdik onda ötrü ki, bu gün saat 17:00 radələrində lombardın Zabrat filialının xəzinəsində yoxlanılma aparılarkən müəyyən olunmuşdur ki, qiymətləndirici Cavabdeh1 və yığıcı-nəzarətçisi Cavabdeh2 13000 (on üç min) manat məsuliyyətində olan girovlara dair, girov qoyan şəxslər tərəfindən ödənişlər edildiyi halda, lombardın xəzinəsinə yığıcınəzarətçi Cavabdeh2 tərəfindən mədaxil edilməmiş, bu çatışmamazlığın səbəbini qiymətləndirici Cavabdeh1 tərəfindən 21 avqust 2024-cü il tarixdə xəzinədən götürüb apardığına görə 24 avqust 2024-cü il tarixə aid hesabatı təhrif etməklə çatışmamazlığı gizlətmişdir. Sözügedən akt X7, Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzlanmışdır. Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, X5 lombardın xəzinəsindən götürdüyü 13000 (on üç min) manat məbləğini kassa da bildirməmişdir. Hadisə xx.xx.2024cü il tarixdə baş verib. 21.08.024-cü ildən xx.xx.2024-cü il tarixədək məsuliyyətində olan 13000 manat pul hesabatda gündəlik olaraq təhrif etmişdir. Halbuki tam maddi məsul şəxs olduğu üçün bunu etməməliydi. Öz əməlinə görə peşimandır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli X4 görünür ki, auditə xx.xx.2024-cü il tarixdə başlanıldı və xx.xx.2024-cü il tarixdə başa çatdı. Fiziki şəxs X2 məxsus lombard Zabrat filialında 19 müştəri tərəfindən ümumilikdə qızı-zinyət əşyaları girov qoyaraq 13000 manat məbləğində kredit götürmüş və krediti tam olaraq filiala ödəmişlər. Lakin Cavabdeh1 və Cavabdeh2 tərəfindən 13000 manat məbləğində kredit filialın kassasına mədaxil edilməli olduğu halda, mədaxil edilməmiş öz şəxsi məqsədləri üçün istifadə edərək Zabrat filialın dövriyyəsindən yayındırılmışdır. Cavabdeh2 iltizamda bildirmişdir ki,həqiqətən xx.xx.2024-cü il tarixlə Zabrat filialında tərəfindən yoxlama aparılmış və aktla rəsmiləşdirilmişdir. Akta əsasən zərgər Cavabdeh1 onun müştərilərindən Zabrat filialına ödənilən 13000 manat məbləğində nağd pulu sonuncu tərəfindən qaytarmaq şərti ilə götürülmüşdür. Lakin bugünə qədər Cavabdeh1 13000 manat məbləğində pulu Zabat filialına təhvil verməmişdir. Fiziki şəxsin hesabına mədaxil edilməmiş və dövriyyədən yayındırılmışdır. Onun tərəfindən X1 adına xx.xx.2024-cü il tarixlə izahat yazılmışdır. Cavabdeh1 iltizamda bildirmişdir ki, həqiqətən xx.xx.2024-cü il tarixlə Zabrat filialında tərəfindən yoxlama aparılmış və aktla rəsmiləşdirilmişdir. Akta əsasən X9 müştərilər tərəfindən 13000 manat məbləğində nağd pul verilsə də, fiziki şəxsin hesabına mədaxil edilməmiş və dövriyədən yayındırılmışdır. Onun tərəfindən X1 adına xx.xx.2024-cü il tarixlə izahat yazılmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 17 K nömrəli Əmrdən görünür ki, Cavabdeh2 ilə X10 arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 17 K nömrəli Əmrdən görünür ki, X11 ilə X10 arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 129 manat məbləğində dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 203 (1-ci hissə). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 203 (2-ci hissə). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda aşağıdakı hüquqi mövqeyi ifadə etmişdir: "Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün suiistifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.... Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin "İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti" adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin "b" və "c" bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir ("Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh1 qarşı yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matariallarına əlavə edilmiş sənədlərdən həmçinin cavabdehin özünün məhkəmə iclasında vermiş olduğu izahatından müəyyən edilir ki, Cavabdeh1 əmək müqaviləsi əsasəndə əmək fəaliyyəti ilə məşğul olduğu lambart faliyyəti ilə məşğul olan İddiaçı məxsus olan 13.000 manat məbləğində pul vəsitini xx.xx.2024-cü il tarixdə hər hansı bir qanuni əsas olmadan götürmüş və daha sonra yerinə qaytarmamaqla iddiaçıya maddi zərər vurmamışdır. Cavabdeh1 həmçinin məhkəmə icalsında götürmüş olduğu pulu takisdə itirmiş olduğunu bildirsədə, nə üçün itirilmiş pulun tapılması üçün aidiyyatı oraqanlara müraciət etməməsinə məhkəmədə izah verə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh1 yönəlmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin Cavabdeh2 qarşı yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş Cavabdeh2 izahatından, tərəflər tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh2 lambartın xəzinəsində yığıcı-nəzərətçi vəzifəsində çalışdığı lambart şirkətinə daxil olan ümumilikdə 13000 manat məbləğində pul vəsaitini xəzinəyə mədaxil etməmiş, əksinə həmin pul vəsitinin digər cavabdeh tərəfindən götürülməsinə şərait yaratmış, həmçinin sözügedən qanunsuz halın müəyyən edilməməsi üçün xx.xx.2024-cü il tarixə aid hesabatə təhrif etmişdir. belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2da iddiaçı qarşısında digər cavabdehilə birgə məsluliyyət daşımalı və iddia tələbi Cavabdeh2 münasibətdə də təmin edilmıəlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə həmçinin iddia tələbinin 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumunun və 122 (yüz iyirmi iki) manat mediasiya rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutulmasına dair iddia tələbini də araşdıraraq hesab edir ki, hazırki iddia tələbi üzrə tələb edilən məbləğ 13.000 manat oıduğundan və 13.000 manat pul vəsitinə münasibətdə ödənilməli olan dövlət rüsumun məbləği 129 manat olduğundan iddia ələbi bu hissədə yalnız dövlət rüsuma münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 13.000 (on üç min) manat məbləğində pul vəsaiti və 129 (bir yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7145/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7145/2025
15.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver