Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(008)-7262/2025 24.02.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı İddiaçı oğlunun iştirakı ilə, İddiaçı İddiaçı oğlunun cavabdeh Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı oğlu cavabdeh Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 5430 (beş min dörd yüz otuz) manat maddi zərərə görə, nəqliyyat vasitəsinin əmtəə dəyər itkisi 2000 manat, nəqliyyat vasitəsinin aylıq əldən çıxmış faydasının dəyəri 900 manat, qiymətləndirməyə görə ödənilmiş 250 (iki yüz əlli) manat pul vəsaitinin, həmçinin iddia qaldırmaqla bağlı tərəfimdən ödənilmiş 104.30 (yüz dörd manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ona məxsus olan **-DM- *** dövlət qeydiyyat nişanlı avtomobilimi ## #### 2025-ci il tarixdə 100 manat müqabilində cavabdehə icarəyə vermişdir. Həmin tarixdə də cavadeh Balaxanı qəsəbəsində olarkən idarəetməni itirərək qəza törətmişdir. Bununla bağlı o, 102 xidmətinə müraciət etmişdir. Sabunçu rayon Pİ-nin 12-ci polis Şöbəsinin təhqiqatçısı X1 tərəfindən araşdırma aparılmış və ##.##.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişir. Lakin onun əməlində İXM-nin 327.1 -ci maddəsinin tərkibi olduğundan baxılması üçün Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisinə göndərilmişdir. Avtomobilimə dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də o bundan imtina etmişdir. Buna görə də o avtomobilinə dəymiş ziyanın qiymətləndirilməsi üçün “xxxx” qiymətləndirmə şirkətinə müraciət etmişdir. “xxxx” avtomobilə dəyən ziyan 5430 manat, nəqliyyat vasitəsinin əmtəə dəyər itkisi 2000 manat, nəqliyyat vasitəsinin aylıq əldən çıxmış faydasının dəyəri 900 manat müəyyən edilmişdir. Odur ki, hazırda pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ***/**/** nömrəli Avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan 2014-cü il nuraxılışlı “Hundai Elantra” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh ## #### 2025-ci il saat 18:00-dan ##.##.2025-ci il saat 21:00-dək idarə edilməsi üçün icarəyə vermişdir. İş materiallarında olan ***/**/**** nömrəli Yol vərəqəsindən görünür ki Cavabdeh ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili ## #### 2025-ci il saat 18:00-dan ##.##.2025ci saat 21:00-dək Azərbaycan ərazisində sürməyə icarə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərar icra edilməsi məqsədi ilə Sabunçu RPİ-nin DYPŞ-na gəndilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, “Hundai Elantra” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində olduğu tarixdə ##.##.2025-ci il tarixdə Balaxanı qəsəsbəsində olarkən avtomobilin idarə etməsini itirərək qəza törətmiş olduğunu və sözügedən qəza nəticəsində avtomobilə maddi ziaynın dəymiş olduğunu etiraf etmişdir. İş materiallarında olan “xxxx” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin ##.##.2025-ci il tarixli AV seriyalı **-***/** nömrəli qiymətləndimə hesabatından görünür ki, “Hundai Elantra” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 5430 manat, nəqliyyat vasitəsiin əmtəə dəyə itkisi 2000 manat, nəqliyyat vasitəsinin aylıq əldən çıxmış faydası 900 manat təşkil edir. İş materiallarında olan Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hundai Elantra” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. ##.##.2025-ci il tarixli ******** nömrəli qəbzdən görünür ki, İddiaçı oğlu 104,30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, tərəflər arasında bağlanmış icra müqaviləsindən müəyyən edilir ki, iddiaçı X2 mülkiyyətində olan **-DM-*** dövlət qeydiyyat nişanlı Hundai Elantra minik markalı avtomobilinin cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək istifadəsinə vermişdir. Sözügedən avtomobil cavabdehin istifadəsində olduğu müddətdə ##.##.2025-ci il tarixdə cavabeh tərəfindən yol-nəqliyyat hadisəsi törərdilmiş və həmin hadisə nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəymişdir. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, sözügedən hadisə nəticəsində cavabdeh təqsiril hesab edlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nəqədər ki ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh təqsiri hesab edilmişdir, cavabdehin təqsiri nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyan ödənilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 5430 manat maddi ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən qiymətləndirmə rəyindən görünür ki, sözügedən hadisə nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə 5430 manat ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyan hissədə tam təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 2000 manat nəqliyyat vasitəsinin əmtəə dəyər itkisinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, şübəhsiz ki, ziyan dəymiş avtomobil ilə ziyan dəyməmiş avtomobil arasında əmtəə dəyəri fərqi olduğundan və iddiaçı tərəfindən təqdim edilən rəydən əmtəə dəyərinin 2000 manat hissədə itirilməsi sübut olunduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 900 manat əldən çıxmış faydanın tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, sözügedən avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün zəruri olan günlərin sayı iş matrilalları ilə sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan sonra məhkəmə iddia tələbinin qiymətləndirməyə görə ödənilmiş 250 (iki yüz əlli) manat pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı qiymətləndirmə rəyi üçün nə qədər pul vəsitini ödənilməsini təsdiq edən sübutu iş matriallarına əlavə etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 90 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 5430 (beş min dört yüz otuz) manat dəymiş ziyan, 2000 (iki min) manat əmtəə dəyər itkisi olmaqla cəmi 7430 (yeddi min dört yüz otuz) manat pul və 90 (doxsan) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı oğluna ödənilsin. İddia qalan hissədə təmin edilmsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7262/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7262/2025
24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver