Məhkəmə qərarları › İş №2(008)-7309/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7309/2024

22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7309/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Amil Əmirova qarşı arayışın təqdim edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərədən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı cavabeh (iddiaçının qeyd etdiyi şəkildə) Bakı şəhəri, İcra və Probasiya Şöbəsinin icra məmuru Amil Əmirova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun bir uşaq- X4 üçün tələbkar Seyfullayeva ELza Oruc qızına və iki uşaq- X2 və X3 üçün tələbkar X1 olan aliment borcunun məbləği barədə məhkəməyə arayış təqdim etməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddia tələbindən və ərizənin məzmunundan da görünür ki, iddiaçı faktiki olaraq icra məmurunun hərəkətsizliyindən şikayət etmək niyyətindədir. Lakin hazırda təqdim edilmiş iddia ərizəsi ilə iddia icraatı qaydasında bu məsələnin araşdırılması yolverilməzdir. Belə ki, iddiaçı artıq icra mərhələsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6724/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsində başlanılmış icraat üzrə icra məmurunun hərəkətlərini mübahisələndirir. Bu halda mübahisələndirilən məsələ mülki məhkəmə icraatı qaydasında deyil, məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi əsasında və mülki məhkəmə icraatı qaydasında işə baxılması yolverilməz olduğundan iddia ərizəsin icraata qəbul edilməsindən imtina edilməlidir. Odur ki, İddiaçı ilk növbədə rəsmi qaydada arayışın təqdim edilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə müraciət edə, daha sonra isə zərurət yarandıqda icra məmurunun hərəkətsizliyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət ilə müraciət edə bilər. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən İcra sənədi üzrə icraatda iştirak edən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası MPM-nin: 153.2-ci maddəsinə görə, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 153, 267- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı icra məmurunun hərəkətsizliyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar