Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7401/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı cavabdeh Kommunal Service CM MMC-yə qarşı “inzibati aktın ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Kommunal Service CM MMC-yə qarşı “inzibati aktın ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya tətbiq etdiyi inzibati aktın-protokolun ləğv edilməsi, təzminat kimi 50.000 (əlli min) manat məbləğində maddi və mənəvi zərərin ödənilməsi, binanın girişinin əlillərin istifadə imkanlarına uyğunlaşdırılması və dayanma yerlərinin düzəldilməsinin həyata keçirilməsi, binada olan audio və video qeydlərin qorunması, məhkəmə və ekspertiza xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Lakin müəyyən olunur ki, iddiaçı tələbinin əsası kimi istinad olunan və tələbi təsdiq edən sənədləri, ona tətbiq olunmuş və ləğv olunmasını istədiyi inzibati protokolu, maddi və mənəvi ziyan olaraq konkret olaraq nə qədər maddi və nə qədər mənəvi ziyan dəyməsini konkret göstərməmiş və digər istinad etdiyi hallarla bağlı sübutlar siyahısını ərizəyə əlavə edilməmişdir. Eləcə də, iddiaçının ləğv edilməsini xahiş etdiyi inzibati protokolla bağlı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 3(008)-6009/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qərarı ilə hazırki İddiaçı təqsirli bilinərək 50 manat inzibati qaydada cərimə olunmuşdur. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər ərizəyə əlavə edilmədikdə hakim ərizəni geri qaytarır. Qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanları və Azərbayçan Respublikası Mülki Prosessual Məcəllənin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Kommunal Service CM MMC-yə qarşı “inzibati aktın ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-7401/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7401/2025
04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver