Məhkəmə qərarları › İş №2(008)-7464/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7464/2024

04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7464/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı cavabdeh Ahmedov Oktaya qarşı "cinayət işinin açılmasını, cinayətkar qrup hərəkətlərinin dayandırılması və yekun hökmün çıxarılması" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Ahmedov Oktaya qarşı "cinayət işinin açılmasını, cinayətkar qrup hərəkətlərinin dayandırılması və yekun hökmün çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cinayət işinin açılmasını, cinayətkar qrup hərəkətlərinin dayandırılması və yekun hökmün çıxarılması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək; 8.0.6. hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etmək. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə, cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya media subyektinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Göstərilən normalardan görünür ki, cinayət işinin açılması, cinayət törətmiş şəxsin ifşa edilməsi və onun cinayət məsuliyyətə cəlb edilməsi, barəsində yekun hökmün çıxarılması mülki məhkəmə icraatı qaydasında deyil, cinayət mühakimə icraatı qaydasında həll edilməli olunan məsələlərdir. İddiaçı müvafiq ərizə ilə cinayət prosesini həyata keçirən orqanlara müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizə icraata qəbul edilməkdən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 153, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Ahmedov Oktaya qarşı "cinayət işinin açılmasını, cinayətkar qrup hərəkətlərinin dayandırılması və yekun hökmün çıxarılması" tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, cinayət işinin açılmasını, cinayətkar qrup hərəkətlərinin dayandırılması və yekun hökmün çıxarılması barədə ərizə ilə cinayət prosesini həyata keçirən orqanlara müraciət edə bilər. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar