Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7503/2025 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Məmmədova Həmı̇ də Ələkbər qızının cavabdeh İbrahı̇ movaTahı̇ rə Ramı̇ z qızı, İbrahı̇ mov Malı̇ k Mahmud oğlu, İbrahı̇ mov Seymur Malı̇ k oğlu, İbrahı̇ mova Əsmər Məlkı̇ qizi, İbrahı̇ mova Elmı̇ ra Kərı̇ m qızı, Cavabdeh7 Malı̇ k qızı, Cavabdeh8, Qurbanov Sabı̇ r Baloğlan oğlu, Qurbanov Sahı̇ b Sabı̇ r oğlu, Cəfərzadə İlkı̇ n İlqar oğluna qarşı istifadə hüququnun olmaması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova Həmı̇ də Ələkbər qızının cavabdeh İbrahı̇ movaTahı̇ rə Ramı̇ z qızı, İbrahı̇ mov Malı̇ k Mahmud oğlu, İbrahı̇ mov Seymur Malı̇ k oğlu, İbrahı̇ mova Əsmər Məlkı̇ qizi, İbrahı̇ mova Elmı̇ ra Kərı̇ m qızı, Cavabdeh7 Malı̇ k qızı, Cavabdeh8, Qurbanov Sabı̇ r Baloğlan oğlu, Qurbanov Sahı̇ b Sabı̇ r oğlu, Cəfərzadə İlkı̇ n İlqar oğluna qarşı istifadə hüququnun olmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş iddiaçı İbrahı̇ mov Məlkı̇ Mahmud oğlunun cavabdeh Məmmədova Həmı̇ də Ələkbər qızına, Baki Şəhər 17 Saylı Notarı̇ at Ofı̇ sı̇ nə, "Daşınmaz Əmlakın Dövlət Kadastri Və Reyestrı̇ " Publı̇ k Hüquqi Şəxsı̇ nin 1 Sayli Baki Ərazı̇ İdarəsı̇ nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə icraatda olan digər 2(008)- 7193/2025 saylı iddiaçı İbrahı̇ mov Məlkı̇ Mahmud oğlunun cavabdeh Məmmədova Həmı̇ də Ələkbər qızına, Baki Şəhər 17 Saylı Notarı̇ at Ofı̇ sı̇ nə, "Daşınmaz Əmlakın Dövlət Kadastri Və Reyestrı̇ " Publı̇ k Hüquqi Şəxsı̇ nin 1 Sayli Baki Ərazı̇ İdarəsı̇ nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında, eyni əsaslar üzrə yarandığından və sözügedən mübahisələr üzrə ilkin olaraq 2(008)-7193/2025 saylı mülki iş daxil olduğundan həmin işlər bir icraatda birləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məmmədova Həmı̇ də Ələkbər qızının cavabdeh İbrahı̇ mova Tahı̇ rə Ramı̇ z qızı, İbrahı̇ mov Malı̇ k Mahmud oğlu, İbrahı̇ mov Seymur Malı̇ k oğlu, İbrahı̇ mova Əsmər Məlkı̇ qizi, İbrahı̇ mova Elmı̇ ra Kərı̇ m qızı, Cavabdeh7 Malı̇ k qızı, Cavabdeh8, Qurbanov Sabı̇ r Baloğlan oğlu, Qurbanov Sahı̇ b Sabı̇ r oğlu, Cəfərzadə İlkı̇ n İlqar oğluna qarşı istifadə hüququnun olmaması tələbinə dair mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı İbrahı̇ mov Məlkı̇ Mahmud oğlunun cavabdeh Məmmədova Həmı̇ də Ələkbər qızına, Baki Şəhər 17 Saylı Notarı̇ at Ofı̇ sı̇ nə, "Daşınmaz Əmlakın Dövlət Kadastri Və Reyestrı̇ " Publı̇ k Hüquqi Şəxsı̇ nin 1 Sayli Baki Ərazı̇ İdarəsı̇ nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(008)-7193/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(008)-7503/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7503/2025
04.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver