Məhkəmə qərarları › İş №2(008)-76/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-76/2023

06.06.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-76/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,, Müəyyən etdim: Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iş üzrə icraat 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı vergilərin hesablanması barədə qərarın ləğv edilməsi barədə mülki iş üzrə yekun qərar qəbul edilənədək dayandırılmış, xx.xx.2023-cü il tarixli qərardadı ilə təzələnmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, Maraqlı şəxs məhkəmə iclasına gəlmiş, ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Eyni zamanda qeyd etdi ki, hazırda onun heç bir vergi borcu yoxdur. Məhkəmə Maraqlı şəxs dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar