Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7710/2023 27.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı tikinti işlərinin dayandırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında Cavabdeh tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı başçısının Zabrat qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-18-10/2- 4739/2023 №-li məktubda Cavabdeh tərəfindən ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin getdiyi bildirilmiş və məsələ ilə bağlı müvafiq tədbir görülməsi xahiş olunmuşdur. Cavabdeh qeyd olunan ünvanda yerləşən torpaq sahəsini zəbt edərək özbaşına tikinti işləri aparmaqla fərdi yaşayış evini tikməyə başlamışdır. Cavabdehə tikinti işlərinin dayandırılması ilə bağlı xəbərdarlıq olunsa da o, buna məhəl qoymayaraq tikinti işlərini davam etdirir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin tələbinə əsasən vətəndaş yalnız icarə, istifadə və mülkiyyətində olan torpaq sahəsində məlumatlandırma icraatı qaydasında razılıq aldıqdan sonra tikinti işlərinə başlaya bilər. Lakin, cavabdeh qeyd edilən ərazidə yerləşən torpaq sahəsini qanunsuz olaraq zəbt edərək tikinti işlərini aparır. Məsələ ilə bağlı İddiaçı qəsəbə nümayəndəliyinin və Sabunçu RİH-nin mühəndisinin iştirakı ilə müvafiq akt tərtib edilərək vətəndaşa xəbərdarlıq edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh ərizə verərək işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak cavabdeh izahat verərək qeyd etdi ki, onun tikintiyə sənədləri olmasa da, o, qeyri-rəsmi yolla iddiaçı ilə məsələlərini həl etmiş və tikinti işlərinə başlamış, iddiaçının əməkdaşları bunu görmüş və heç bir irad bildirməmişlər. Hazırki iddianın hansı səbəblə verildiyini başa düşə bilmir, xahiş edir, iddia rədd edilsin. Məhkəmə cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarından görünür ki, İddiaçı başçısının Zabrat qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi İddiaçınə xx.xx.2023-cü il tarixli, 5-18-10/2- 4739/2023 №-li məktubla müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin getdiyini bildirmiş və onun barəsində qanunda nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlar qarşısında məsələnin qaldırılmasını xahiş etmişdir. Hazırda İddiaçı cavabdeh tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-cb il tarixli 648 №-li Fəpmanı ilə təsdiq edilmiş “Yerli icra hakimimyyəti haqqında Əsasnamə»nin 4.16.3-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək səlahiiyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 №-li Fəpmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzaritinin həyata keçirilməsi Qaydaları»nın 4.2-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir, 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını, özbaşına tikinti işlərinin qarşısının alınmamasını, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini 1 (bir) iş günü müddətində məlumatlandırır və bu barədə bütün məlumatları Komitəyə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir. Göründüyü kimi, iddiaçının qanunsuz tikinti aşkar etdiyi halda yerli icra hakimiyyəti orqanının nəzarəti tikinti işlərinin dayandırılması barədə yazılı tövsiyyə verməkdən ibarət ola bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə əsasən tikinti obyektlərinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı əsasında sökülməsi və ya həmin orqan tərəfindən məhkəməyə verilən iddialar üzrə nəzərdə tutulub. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı belə bir iddia qaldırmağa dair subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddənin məzmunundan göründüyü kimi, hər hansı iddia tələbi məhz hüququn sahibi tərəfindən irəli sürüldüyü və bu hüququn cavabdeh tərəfindən pozulduğu halda təmin edilə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat vermək əvəzinə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7710/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7710/2023
27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver