Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-784/2025 21.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi X6 qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X1 iştirakı ilə, İddiaçı Qulı̇ yeva Fazı̇ lə Əlı̇ qızının cavabdeh "xxxx" ASC-ə qarşı müqaviləyə xitam verilməsi və icraatın dayandırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qulı̇ yeva Fazı̇ lə Əlı̇ qızının cavabdeh "xxxx" ASC-ə qarşı müqaviləyə xitam verilməsi və icraatın dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qulı̇ yeva Fazı̇ lə Əlı̇ qızı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli TL-EE000659218 nömrəli Tam kart müqaviləsinə xitam verilməsini və icraatın dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və eyni zamanda 240050334-saylı cinayət işi üzrə zərərçəmiş şəxs olaraq Qulı̇ yeva Fazı̇ lə Əlı̇ qızı qeyd edir ki, cinayət işinin istintaqı aparıldığı müddətdə Azərbaycan Bəynəlxalq Bankı öz qərəzli və qanuna zidd əməllərini (Azərbaycan Respublikasının vətəndaşı olaraq) AR-nın Konstitusiyası ilə qorunan Hüquq və Azadlıqları heçə saymaqda davam etdirərək, ABB-dən olan pensiya kartına müdaxilə etməklə öz başına, pensiyasının 100 faiz həcmində tutmaq istəyərək pensiyanın iddiaçıya ödənilməsinin təmin edilməsində öhdəliyi olan ABB heç bir məhkəmə qərarı olmadan və iddiaçının ard-arda şikayətlərinin olduğu və araşdırılmaqda olduğu halda ABB bank olaraq öz qanuna zidd hərəkət və hərəkətsizliklərini davam etdirməklə iddiaçıya qarşı, ona çatmayan və başqalarının ABB-nin məsuliyyətsizliyi ucbatından oğurladığı "kredit" pullara görə iddiaçıdan adına faiz və cərimələr yükləməklə qeyri-qanuni şəkildə tələb edir. Artıq adına -1.219.83 AZN məbləğində faiz və cərimələrlə borc göstərilir. Məlumat üçün qeyd edir ki, təqribən bir ay əvvəl ABB-də iddiaçıya təqdim edilmiş Bank hesabından çıxarışda heç bir faiz, cərimə və borc göstərilməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə ona bu barədə sms bildirişlər daxil olmuşdur. Bu kimi hallarında nəzərə alınaraq araşdırılmasını zəruri hesab edir. İstintaq orqanı olaraq ABB-nin qeyd olunan cinayət işində şübhəli və ya zərərçəkmiş şəxs qisməndə cəlb edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, ABB tərəfindən bu cinayətin (və ya cinayət hadisələrinin) törədilməsinə bilavasitə və ya dolayısı yollarla zəmin və şərait yaradılmışdır. Digər hallarda isə bank özü bu işdə iddiaçıdan da üstün olaraq bir başa zərərçəmiş şəxsdir, cinayət hadisəsi nəticəsində təhlükəsizliyin təmin edilməsi zərurəti üstün olan bank hesablarının qorunduğu halda qanunsuz olaraq daxil olub cinayətin törədilməsi bir başa ABB-yə qarşı törədilən cinayət hadisəsidir eyni zamanda bu əməlin nəticəsində ABB-nin etimadının və işgüzar nüfuzunun zədələnməsinə yönələn cinayət hadisəsidir. ABB anlamır və anlamaq da istəmir ki bu işə sonuna kimi gedib Beynəlxalq səviyyədə belə öz hüquqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş bütün vasitələrlə mübarizə aparacaq və əmindir ki, bu işdə haqqı ilə qalib gəlib ABB-nin layiq olduğu yerini onlara tanıtdırmış olacaq. ABB qanunsuz olaraq ötən aylarda ödənilən pensiyanı, pensiya kartından tam tutmuşdu və etiraz etdikdə cəmi 200 manatını geri qaytardılar ki, tez çıxarmasan yenidən həmin 200 manat yenə də tutulacaq. İddiaçı kredit ödəməkdən boyun qaçırmamışdır ki, onun icazəsi olmadan kredit müqaviləsinə əsasən, kredit ödənişləri pensiyaya yönəldilsin. Bu pul iddiaçıdan yox, bankdan oğurlanıb. Kart oğurlanmış olsaydı məsuliyyət iddiaçının olardı. Bu oğurlanan pul 7500 manat bankdan hesabdan çəkilib məsuliyyət də bankındır. Tutulan pensiya geri qaytarılmalıdır. Qeyd olunan kredit kartında cinayət hadisəsindən qabaq iddiaçı həmin kredit xətti üzrə xərclədiyi krediti vaxtı vaxtında ödəyirdi qalan təqribən 500-600 manat hissəni ödəmək istədikdə etdiyi ödənişi oğurlanmış 7500 manat daxil olmaqla ümumi kreditdən çıxılacağı iddiaçıya bildirilir. İddiaçı haqlı olraq tələb edir ki, ABB-yə olan özünün qalan borcu olan kreditdən ayrıca hesablanmaqla ödənişi edib 7500 manat kiber cinayətlə oğurlanmış puldan və ona hesablanmış cərimə və faizlərdən başqa iddiaçının olan borcunu hesablanmasını və ödənişinin ödənilməsinə iddiaçıya şərait yaradılmalıdır. İddiaçı hansısa cinayətkarlara görə cəzalanmağa məhkum edilə bilməz. ABB və onun rəhbərliyi iddiaçının ərizələrinə absurd cavab məktublarının surətlərini şablon olaraq (cavab məktubunun qeydiyyat nömrəsi və tarixi dəyişdirilməklə) təkrarən iddiaçıya göndərir. (xx.xx.2024- cü il tarixli 6-2-136/2-Q-39/4-21/2024 nömrəli cavab məktubu eyni şərböhtan məlumatlara əsaslanan və başqa söz olmayan eyni surətdə çap edilib) ABB-nin rəhbərliyinin vermiş olduğu cavab məktubu bir başa iddiaçıya qarşı şər və böhtandır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 , iddianı qəbul etməyərək, bildirdi ki, bankın heç bir təqsiri yoxdur. Onlar yalnız OTP kodu göndərir, bunu da tərəfdən başqa heç kim görmür. OTP koda görə məsuliyyəti bank daşımır. İddia əsassızdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. xx.xx.2022-ci il tarixli TL-EE000659218 saylı müqavilədən görünür ki, tərəflər arasında şərtləri razılaşdırılmaqla tam kart çərçivə müqaviləsi bağlanmışdır. İddiaçı həmin tarixdə müştəri məlumatlarının əldə edilməsi və dəyişdirilməsinə dair razılıq ərizəsi vermişdir. Bundan başqa, digər zəruri sənədlər də rəsmiləşdirilmişdir. İş materiallarında olan məktublardan görünür ki, İddiaçı "xxxx" ASC-yə, Azərbaycan Respublikasının Baş prokuroruna, iddia ərizəsində qeyd edilənlərlə bağlı müraciət edərək, kibercinayətkarlıq əməlinin qurbanı olduğunu, bu əməldə günahkar olan hər bir şəxsin müəyyən edilməsi, layiqli cəzaya məhkum edilməsini və onun yaranmış əsassız borcunun silinməsinə dair müvafiq tədbirlər görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, iddiaçının müraciətinə əsasən Sabunçu RPİ 15-ci PB-dən daxil olmuş araşdırma materialını nəzərdən keçirən Sabunçu RPİ İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraatına qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. İddiaçı məxsus **********007260 hesab nömrəsi üzrə aparılan əməliyyatlardan aydın olur ki, 7448,87 manat pul gizli yolla talanmışdır. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsindən aydın olur ki, bank müştəriyə tam kartın qüvvədə olduğu müddətdə 15000 manat məbləğinədək kredit ayırmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam kart vasitəsilə İstehlak krediti müqaviləsindən aydın olur ki, bank müştəriyə 36 ay müddətinə illik 24 faizlə 8300 manat məbləğinədək kredit vermişdir. ******************** hesab nömrəsi üzrə kredit və OTP məlumatlarına dair çıxarışdan aydın olur ki, bank tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq təhlükəsizlik kodu **********001 mobil telefon nömrəsinə göndərilmişdir. İddiaçı "xxxx" ASC-yə ünvanladığı müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, müvafiq əməliyyatlar ABB mobile tətbiqi vasitəsi ilə aparılmışdır. ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən müştəriyə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş SMS göndərilmişdir. Nəzərə alınması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən xzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən üqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi əməliyyatlar “ABB mobile” tətbiqi vasitəsi ilə aparılmış, tətbiqə qoşulan zaman iddiaçının banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilmişdir. Bank tərəfindən iddiaçıya təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş SMS göndərilmişdir. Lakin iddiaçı həmin kodu xəbərdar edilməsinə baxmayaraq, görünən odur ki, müştəri kodu başqa şəxsə vermiş, nəticədə iddiaçının adına bankdakı hesabına kredit rəsmiləşdirilməklə həmin pul vəsaiti məxaric edilmişdir. Hazırda istintaqı aparılan faktın baş verməsinin səbəbkarı bankın hərəkət və hərəkətsizliyi deyil. Məhkəmə araşdırması zamanı təsdiq olundu ki, cavabdeh "xxxx" ASC tərəfindən təlimatların tələblərinə riayət edilmiş, müştərilərin şəxsi məlumatlarının və hesablarının qorunması üçün bütün zəruri tədbirləri görmüşdur. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Hazırda iddiaçının narazı olduğu hal onun pensiyasından pul tuutlmasıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlamış xx.xx.2022-ci il tarixli müqavilə mövcuddur və bank tərəfindən iddiaçının mübahisələndirdiyi pul vəsaitlərinin tutulmasına səbəb də tərəflər arasında bağlanmış müqavilə şərtidir. Hazırda iddiaçı həmin müqavilənin onun iradəsi ziddinə bağlanmasını qeyd etsə də, müəyyən edilən hal ondan ibarətdir ki, müqavilənin bağlanması üçün ona OTP kod təqdim edimişdir, iddiaçı tərəfindən həmin kodun üçüncü şəxslərə ötürməsi ilə digər şəxslərin iddiaçıya zərərvurması ehtimalı üzrə cinayət təqibi orqanı tərəfindən araşdılmaqdadır. Hazırda isə tərəflər arasında bağlanmış müqavilə özlüyündə etibarlıdır və həmin müqavilədə nəzərdə tutulmuş qaydada borc alanın əmək haqqından akseptsiz qaydada tutulmaların aparılması əsaslıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qulı̇ yeva Fazı̇ lə Əlı̇ qızının cavabdeh "xxxx" ASC-ə qarşı müqaviləyə xitam verilməsi və icraatın dayandırılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-784/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-784/2025
21.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver