Məhkəmə qərarları › İş №2(008)-787/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-787/2025

06.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-787/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X17, İddiaçı, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X25, Mirismayıl iryəhya oğluna, Cavabdeh5 Nəcəf-zadə X31, Cavabdeh7, X24, X30 qızına, Cavabdeh10, X5, X26, X2, X15, X22, X3, X7, X27, X16, X10, X18, X11, X12, X13 və X1rşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X25, Mirismayıl iryəhya oğluna, Cavabdeh5 Nəcəf-zadə X31, Cavabdeh7, X24, X30 qızına, Cavabdeh10, X5, X26, X2, X15, X22, X3, X7, X27, X16, X10, X18, X11, X12, X13 və X1rşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsində yerləşən ümumi sahəsi 206,50 kv. metr olan (torpaq sahəsinin hektarla ölçüsü 0.2376) 37 saylı torpaq sahəsinin ona məxsus (bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən B tikilisi 1 otaq, Qeydiyyat nömrəsi: **********) hissəsinə və cavabdehə məxsus (bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən A tikilisi 5 otaq) hissəsinə dair müəyyən olunmuş paylar üzərində əmlakın naturada bölünməsi və payların naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsində yerləşən 37 saylı torpaq sahəsi üzərində pay hüquqları İddiaçı və X14 məxsusdur. Sözügedən torpaq şəxsin ayrıca pay hüququnun olmasını, torpağına dair ərazinin X14 məxsus olan torpaqdan ayrı yerləşməsini, əmlak və torpaq vergisinin tərəfindən halhazıradək ödənilməsini, həmçinin qanunvericiliyin tələbləri nəzərə alaraq iddiaçıya məxsus hissədə əmlak naturada bölünməli, payı naturada ayrılmalıdır. X19 32 il əvvəl rəhmətə getmiş və şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) keçməmişdir. Cari vəziyyətdə şəxsin qohumları ilə əlaqə yaratsa da, onlar şəxsə məxsus sözügedən əmlakın vərəsəsi kimi tanınmasından, həmin əmlakın naturada bölünməsindən, payın naturada ayrılmasından həmçinin şəxsə məxsus hissədə torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın alınması üçün müraciət etməkdən imtina etmişlər. Nəzərə alsaq ki, vəfat edən şəxsin vərəsələri mirasdan pay almaq üçün ümümiyyətlə müraciətlər etmirlər, bu da nəticədə nümayəndəsi olduğu şəxsin sözügedən daşınmaz əmlakla bağlı bir sıra hüquqlarının həyata keçirilməsində maneəçilik törədir və cavabdehlərin passiv iradəvi fəaliyyətilər nəticəsində i hal-hazırda torpaq sahəsinə dair hüquqlarını həyata keçirə bilmir, bir sıra maneələrlə rastlaşır. Cavabdehlər tərəfindən daşınmaz əmlak hüquqlarım açıqaşkar pozulmaqdadır. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi qanunauyğun hesab edir. Sözügedən torpaq üzərində onun ayrıca pay hüququnun olmasını, torpağıma dair ərazinin vəfat etmiş şəxsin torpağından (sxem üzrə) ayrı yerləşməsini (torpağın ərazisinin ayrıca giriş - çıxışı olduğunu, bu barədə müvafiq sənəd və texniki pasportun surəti iddia ərizəsinə əlavə olunur), əmlak və torpaq vergisinin tərəfimizdən halhazıradək ödənilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirik ki, sözügedən əmlak naturada bölünməli və onun payımız naturada ayrılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş eyni zamanda iddia ərizəsində qeyd etdikləri şəxsin həmin ünvanda yaşadığlarını, lakin vərəsəliyi rəsmi olaraq qəbnul etmədiklərini, bu səbəbdəndə cavabdeh kimi həmin ünvanda yaşayan bütün şəxsləri qeyd etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, cavabdehlər məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa Qəsəbəsiİnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-18-5/2- 4563/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh1, X23, Cavabdeh3, Cavabdeh4, X8 qəsəbəsi, N.ünvan 1 ünvanında qeydiyyatdadırlar, lakin yaşayıb yaşamamaları barədə məlumat yoxdur. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi şəxsin çıxarışının surətindən görünür ki, ünvan 3 Yeni qaydalarla: ünvan 2 ünvanında 0.2376 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 206.50 olan fərdi yaşayış evinin B tikilisi olan 1 otaq İddiaçı, A tikilisi 5 otaq isə X6 mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında İddiaçı ilə birlikdə Nümayəndə Tacibaxiş Qizi, xx.xx.1949; Cavabdeh5 Qizi, xx.xx.1976; X57 X66, xx.xx.1989; Cavabdeh7, xx.xx.2000; Cavabdeh8, xx.xx.1977; X30 Qizi, xx.xx.1990; Cavabdeh10 Qizi, xx.xx.1972; X63 Yəhya Oğlu, Xx.Xx.1936; X60 İsmayil Oğlu, xx.xx.1966; X51 Qizi, xx.xx.1974; X21 Qizi, xx.xx.1995; X39 Oğlu, xx.xx.1998; X48 Qizi, xx.xx.1980; X58 İsmayil Oğlu, xx.xx.1976; Cavabdeh3, xx.xx.1964; X37 Oğlu, xx.xx.2008; X61 Rəhman Oğlu, xx.xx.2000; Cavabdeh2, xx.xx.1961; X53 Oğlu, xx.xx.2015; X54 Qizi, xx.xx.2011; X43 Qizi, xx.xx.2021; X55 Qizi, xx.xx.1992; X40 Oğlu, xx.xx.1994; X32 Oğlu, xx.xx.2006; X41 Qizi, xx.xx.1954; X33 Oğlu, xx.xx.1997; Cavabdeh1, xx.xx.1968; X34 Qizi, xx.xx.1999; X35 Oğlu, xx.xx.1998; Cavabdeh4, xx.xx.1972; X44 Oğlu, xx.xx.2013; X45 Oğlu, xx.xx.2019; X28 Oğlu, xx.xx.2010; X9, xx.xx.1968 qeydiyyatdadırlar. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/685/2025 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsində yerləşən 37 saylı fərdi yaşayış evinin çıxarışda göstərildiyi kimi “B” literli tikilisinin faktiki olaraq İddiaçı istifadəsində olduğunu, İddiaçı faktiki istifadəsində olan tikililərin faktiki təyinatlılığına uyğun olaraq, sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların birinin sərəncamında olan tikililərin ayrı ayrı tikililər olduğunu, yəni bir dam altında olan tikililər olmadığını, yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin uyğun olduğunu, eləcə də həyətyanı torpaq sahələrinə ayrı-ayrı giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq, İddiaçı məxsus “B" literli tikilinin və torpaq sahəsinin faktiki istifadəsinə və Əmlak məsələləri Dövlət Xdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli plan sxemə uyğun naturada ayrılmasının Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7, bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq bölünməsi texniki cəhətdən mümkündür. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanıbnda yerləşən torpaq sahəsinin və onun üzərindəki tikililərin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi mümkün olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən tikinti tekniki ekspertiza təyin edilmiş və ekspert tərəfindən təyin edilmiş rəydə bildirilmişdir ki, evin və torpaq sahsinin Əmlak məsələləri Dövlət Xdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli plan sxemə uyğun bölünməsi texniki cəhəddən mümkündür. Belə olan halda məhkəmə hesab edir iddia tələbi təmin edilməli, paylı mülkiyyətdə olan ünvan 3 Yeni qaydalarla: ünvan 2 ünvanında 0.2376 ha olan torpaq sahəsinin və onun üzrərində yerləşən ümumi sahəsi 206.50 olan fərdi yaşayış evinin İddiaçı payına düşən hissəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli plan sxemə uyğun olaraq naturada bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan sonra məhkəmə 100 manat dövlət rüsumun və ekspertiza xərcinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş üzrə məhkəmə xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Paylı mülkiyyətdə olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1. Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən 0.2376 ha olan torpaq sahəsinin və onun üzrərində yerləşən ümumi sahəsi 206.50 kv.m olan fərdi yaşayış evinin İddiaçı payına düşən hissəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli plan sxemə uyğun olaraq naturada ayrılsın. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar