Məhkəmə qərarları › İş №2(008)-8132/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8132/2023

30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8132/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nin sədri Aris Şıxəliyevə, Baksell MMC-nin icraçı direktoru Klaus Müllerə, Bakı şəhəri 16 saylı Notariat ofisinə qarşı üçüncü şəxs “Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynov, maraqlı şəxs AR İN yanında Dövlət Vergi Xidməti olmaqla dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, imzanın həqiqiliyinin təsdiq edilməsinə dair məcburetmə qərarı çıxarılması və cinayət işinin başlanması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-nin sədri Aris Şıxəliyevə, Baksell MMC-nin icraçı direktoru Klaus Müllerə, Bakı şəhəri 16 saylı Notariat ofisinə qarşı üçüncü şəxs “Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynov, maraqlı şəxs AR İN yanında Dövlət Vergi Xidməti olmaqla dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, imzanın həqiqiliyinin təsdiq edilməsinə dair məcburetmə qərarı çıxarılması və cinayət işinin başlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-nin sədri Aris Şıxəliyevə, Baksell MMC-nin icraçı direktoru Klaus Müllerə, Bakı şəhəri 16 saylı Notariat ofisinə qarşı üçüncü şəxs “Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynov, maraqlı şəxs AR İN yanında Dövlət Vergi Xidməti olmaqla dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, imzanın həqiqiliyinin təsdiq edilməsinə dair məcburetmə qərarı çıxarılması və cinayət işinin başlanması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar