Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-885/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi (əri) X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə qanunsuz hərəkətlərin qarşısının alınması və əmlakdan istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülk işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə cavabdeh X1 hərəkətlərinin mülki hüquq normalarına zidd hesab edilməsi, onun mülkiyyət hüququndan istifadəsinə cavabdeh tərəfindən maneələrin aradan qaldırılması, ona məxsus Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 558 saylı bağ sahəsinə gedən yolda cavabdeh tərəfindən qanunsuz tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və yolu boşaldaraq əvvəlki vəziyyətinə bərpa edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh X7 ona məxsus bağ sahəsinin yolunun yerləşdiyi torpaq sahəsinin qanunsuz zəbt edərək, hasar çəkmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əlavə torpaq sahəsinin plan və ölçüsündən göründüyü kimi (1, 2 və 3 döngə nöqtələri) ona məxsus torpaq sahəsinin yolunun zəbt edildiyi sahə yol xətti kimi nəzərdə tutulmuşdur və həmin ərazidə qonşu torpaq sahəsi göstərilməmişdir. Hazırda cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun bağ sahəsinə gedən yol sahəsi bağlanmışdır. Nəticədə onun əmlakından istifadə və sahiblik hüququ məhdudlaşmış, mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə əsl olmayan cavabdeh X3, əsl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə əvəz etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki iddia 2(008)-345/2022 №-li iş kimi məhkəmənin icraatında olmuş, məhkəmə tərəfindən bütün araşqdırmalara aparılmış, ekspert rəyi alınmış, lakin iddiaçı gəlmədiyindən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Odur ki, bütün sənədlər 2(008)-345/2022 №-li iş materiallarından çıxarılıb hazırki işə əlavə edilmişdir. İşin faktiki halları aşağıdakılardır. ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir (**********01 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2021 qeydiyyat tarixi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Çıxarış). ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 3/4 hissəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir (**********07 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2021 qeydiyyat tarixi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Çıxarış). Həmin torpaq sahəsinin hər biri 1/8 hissə olmaqla mülkiyyətçiləri Cavabdeh2 və Cavabdeh3dur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4358 №, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən: cavabdeh tərəfindən zəbt etmə halı mövcuddur, belə ki, ümumi hasar daxilində olan ərazinin bir hissəsi uyğun gəlir (plan-ölçü), mübahisə predmeti olan hasar zəbt olunmuş sahədə inşa edilmişdir, iddiaçıya məxsus torpaq sahəsinin girişi ümumi istifadədə olan yoldan olmalıdır. Hər iki torpaq sahəsinin və aralarında olan yolun sxemi mütəxəssis rəyinə əlavə edilmişdir. Həmin sxemdən də görünür ki, cavabdeh iki torpaq sahəsinin arasında ümumi istifadədə olan yolu zəbt etməklə inşa etdiyi hasarın daxilinə salmışdır. Hazırda iddiaçı ona məxsus bağ sahəsinə gedən yolda cavabdeh tərəfindən qanunsuz tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və yolu boşaldaraq əvvəlki vəziyyətinə bərpa edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda iş üzrə ekspertiza iddiaçı tərəfin vəsatəti əsasında keçirilmişdir. Odur ki, ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutulmaqla, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Bundan başqa, iddiaçı 100 manat dövlət rüsumunun da cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi təmin olunmalıdır. Belə ki, həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı qıznın mülkiyyət hüququndan istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən maneələr aradan qaldırılmalı, İddiaçı məxsus Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 558 saylı bağ sahəsinə gedən yolda cavabdehlər tərəfindən qanunsuz tikilmiş hasar cavabdehlərin hesabına sökülməli və yol boşaldılaraq əvvəlki vəziyyətinə bərpa edilməli (eskpert rəyi və mütəxəssis tərəfindən tərtib edilmiş hər iki torpaq sahəsinin və aralarında olan yolun sxeminə əsasən), 100 manat rüsum cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı qıznın mülkiyyət hüququndan istifadəsinə cavabdehlər tərəfindən maneələr aradan qaldırılsın. İddiaçı məxsus Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 558 saylı bağ sahəsinə gedən yolda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz tikilmiş hasar cavabdehlərin hesabına sökülsün və yol boşaldılaraq əvvəlki vəziyyətinə bərpa edilsin (eskpert rəyi və mütəxəssis tərəfindən tərtib edilmiş hər iki torpaq sahəsinin və aralarında olan yolun sxeminə əsasən). Dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulub X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-885/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-885/2024
12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver