Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-938/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçınun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlaka “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, böhtan xarakterli məlumatlar yazmaqla şərəfini, ləyaqətini və işgüzar nüfuzunu alçaltdığına görə Cavabdeh üzərinə onun barəsində yalan məlumatların inkar etməsi və üzr istəməsi öhdəliyi qoyulmasına və cavabdehdən onun xeyrinə 100.000 (yüz min) manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 adından 25 fevral 2022-ci il tarixdə “Adekvat.az” onlayn ictimai-siyasi qəzetinin sosial xəbərləri bölməsində “Paşayevlərlə bağlılığı olmayanlar, onların adlarından necə istifadə edirlər?” - şok müraciət altında məqalə yerləşdirilmişdir. Bundan əlavə Cavabdeh müxtəlif vaxtlarda şikayət ərizəsi ilə bir neçə orqanlara onun barəsində şər və böhtan məlumatlar vermişdir. Həmin yazılarda cavabdeh tərəfindən reallığı əks etdirməyən onun işgüzar nüfuzüna və ləyaqətinə xələl gətirən məlumatlar əks olunmuşdur. Həmin məlumatlar xx.xx.2022-ci ili tarixli məqalədə aşağıdakılarda ifadə olunur: 1) onun Turqut Məmmədovla yaxın münasibətdə olmaqla, əlbir olub şikayətin müəllifinin oğlundan heyif çıxmağı, onun bütün əmlaklarını əlindən almaq; 2) 2014-cü il tarixdə Holdinqdə işləməyə başlamış və həmin vaxt sadə mühasib olmuş, bir mənzili və köhnə bir avtomobili olmuşdur. Turqut Məmmədovla yaxın münasibət qurması nəticəsində çoxlu sayda daşınar və daşınmaz əmlaklar əldə etmiş, Almaniyada biznes qurduğu, otel və restoranlar açdığı; 3) 50 min avro qarşılığında uydurma nikaha girməyi; 4) onun Holdinqin rəhbəri olan Turqut Məmmədovla yaxın münasibətdə olmağı və onun imkanlardan istifadə etməklə oğlu Emini aradan götürmək. Bununla da Cavabdeh həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət böhtan xarakterli uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan yazı dərc etdirərək yalan məlumatları kütləvi informasiya vasitələrində yaymışdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Gülnara Məmmədova kütləvi informasiya vasitələrində və rəsmi şikayətlərində onu kimisə aradan götürməkdə və oğurluqda qeyd etməklə onu ağır cinayətdə ittiham etmişdir. Cavabdeh Gülnara Məmmədovanın ərizəsi əsasında kütləvi informasiya vasitələrində onun barəsində xx.xx.2022-ci ili tarixdə yayımlanmış məqaləyə istinadən tərəfindən Xüsusi İttiham Qaydasında Bakı şəhər Sabunçu rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 1(008)- 386/2022 saylı Hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək qazancının 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiəsi hökm edilmişdir. Həmin hökmdən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin onun barəsində kütləvi informasiya vasitələrində və müxtəlif qurumlara ünvanladığı şər və böhtandan ibarət məlumatlar əsasında işlədiyi Holdinqdə 3000-dən artıq şəxsin çalışdığı cəmiyyətdə və respublikanın işgüzar dairələrində uzun müddət ərzində əldə etdiyi işgüzar nüfuzuna və ləyaqətinə ciddi zərbə vurmuşdur. Yalanlarla bəzədilmiş məzkur yazıların işıq üzü görməsi ona hörmətlə yanaşan şəxslərin münasibətlərinin “soyuması” na və bunları aradan qaldırmaq üçün dəyərli vaxtını səkkiz aydır ki, bu yazıların yalan olmasına həsr etməyinə səbəb olmuşdur. Danılmazdır ki, bu cür yazılar onu öz işlərindən ayırmaqla, işgüzar həyatına da mənfi təsirsiz ötüşməmişdir. Qüsursuz fəaliyyəti dövründə heç zaman saxta və qanuna zidd işlərə yol verməmiş və kollektiv arasında kifayət qədər nüfuza malik olmağı göz qabağındadır. Odur ki, bu cür möqeyə malik şəxs olaraq həmin yalan və ittihamlardam sarsılmamaq olmur. Müəyyən olunduğu kimi, həm dövlətdaxili ali qanunlarda, həmçinin Azərbaycan Respublikasının iştirakçısı olduğu bir sıra beynəlxalq sazişlərdə bu cür əməllər ciddi təhqid edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində, 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində və 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ əks olunmaqla, heç bir hal şəxsiyyətin ləyaqətin alçaldılmasına əsas verilə bilməməsi qeyd edilir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Böhtan dedikdə, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymada ifadə olunur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: - məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; - həmin məlumatların doğru olmaması; - bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal- təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavavbdeh tərəfindən heç bir redaksiyaya bu məqalə ilə bağlı müraciət edilməmişdir. Bu məqalənin dərc edilməsindən cavabdeh xəbərsiz olmuşdur. Bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “adekvat.az” sayıtında Paşayevlərlə bağlı olmayanlar, onların adlarından necə istifadə edirlər? başlıqlı məqalədə, 1) onun Turqut Məmmədovla yaxın münasibətdə olmaqla, əlbir olub şikayətin müəllifinin oğlundan heyif çıxmağı, onun bütün əmlaklarını əlindən almaq; 2) 2014-cü il tarixdə Holdinqdə işləməyə başlamış və həmin vaxt sadə mühasib olmuş, bir mənzili və köhnə bir avtomobili olmuşdur. Turqut Məmmədovla yaxın münasibət qurması nəticəsində çoxlu sayda daşınar və daşınmaz əmlaklar əldə etmiş, Almaniyada biznes qurduğu, otel və restoranlar açdığı; 3) 50 min avro qarşılığında uydurma nikaha girməyi; 4) onun Holdinqin rəhbəri olan Turqut Məmmədovla yaxın münasibətdə olmağı və onun imkanlardan istifadə etməklə oğlu Emini aradan götürmək kimi hallar qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkməsinin 1(008)-386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmə əsasən Cavabdeh qarşı xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ittihamdan xaric edilmiş və onun barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş, Cavabdeh əməllərində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi olmadığından Cavabdeh Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə bəraət verilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 20 % dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1458/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkməsinin 1(008)- 386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-452/2023 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1458/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayət təmin edilmədi, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməi təcrübəsi haqqında 14 may 1999-cu il tarixli 7 saylı qərarında qeyd olunur ki, şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikas Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən isə Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Şərəf, ləyaqəti və işgüzar nüfuzunu zədələyin məlumat dedikdə yalan, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar başa düşülür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli qərarında şərəf, ləyaqətini və işgüzar nüfuzunu zədələyin məlumatların yayılması dedikdə həmin məlumatın başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirməklə, əsərlərdə təsvir edilməklə və.sair üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə deyildikdə həmin məlumatın yayılması sayılmır. MM-nin 23.1-ci maddəsindən görünür ki, şərəf, ləyaqəti və işgüzar nüfuzu zədələyin hər hansı bir məlumatı həqiqətə uyğun olduğunu sübut etmək həmin məlumatı yaymış şəxsin üzərinə düşür. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh üzərinə onun barəsində yalan məlumatların inkar etməsi və üzr istəməsi öhdəliyi qoyulmasına” hissəsinə münasibət bildirərək qeyd edir ki, işin mübahisəsiz halı ondan ibartdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə hökmü ilə müəyyən edir ki, cavabdeh X1 adından 25 fevral 2022-ci il tarixdə “Adekvat.az” onlayn ictimai-siyasi qəzetinin sosial xəbərləri bölməsində iddiaçının şərəf və ləyaqətinə xələl gətirən yalan məlumatlar yayılmış olduğundan iddia tələb ilk hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, nə qədər ki, qeyd edilən iddiaçı barəsində həqiqiətə uyğun olmayan məqaləni cavabehin sifarişi əsasında dərc edilməsi öz təsdiqini tapmış olduğundan, cavabdeh iddiaçıya bu məqəalənin yayılmasına görə dəymiş olduğu mənəvi zərəri ödəməlidir. Lakin, məhkəmə ödənilməli olan mənəvi zərərin məbləğinə diqqət edərək hesab edir ki, iddia tələbində qeyd edilən məbləğ həddən artıq şişirdilmiş olduğundan iddia bu hissədə qismən 2000 manat hissədə təmin edilməsi daha ədalətli hesab edilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və X2 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. “Adekvat.az” internet saytında dərc olunmuş Paşayevlərlə bağlı olmayanlar, onların adlarından necə istifadə edirlər? başlıqlı məqalədə İddiaçı haqqında yayılmış məlumatların həqiqətə uyğun olmaması barədə “Adekvat.az" saytında məqalənin dərc olunduğu qaydada üzr istənməklə təkzib verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh 2000 (iki min) manat dəymiş mənəvi ziyan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-938/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-938/2023
27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver