Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-95/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölgüsü, hərracdan satılması, əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölgüsü, hərracdan satılması, əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsi, 7 nömrəli evin 7 nömrəli mənzilinin naturada ayrılması, əmlakın naturada ayrılması mümkün olmadıqda isə əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum Cavabdeh2 ilə 2008-ci ildən rəsmi nikah münasibətlərində olmaqla, birgə ailə təsərrüfatı aparmışlar. Həmin nikahdan biri qız, digəri oğlan olmaqla iki övladı olmuşdur. Cavabdeh2 xx.xx.2020-ci ildə vəfat etmişdir. Həyat yoldaşının vəfat etdikdən sonra qanunverciliklə müəyyən edilmiş qaydada o və övladları onun vərəsələri kimi tanınaraq ona məxsus olmuş əmlaklar üzərində mülkiyyət hüququ əldə etmişlər. xx.xx.2021-ci il tarixdən ünvan 1 ünvanında yerləşən əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyata alınmışdır. Buna baxmayaraq xüsusi paylı mülkiyyətində olan əmlak üzərində nəinki sərəncam vermək, hətta istifadə və sahiblik hüququm belə həyata keçirməyə cavabdeh tərəfindən maneələr yaradılır. Artıq Konstitusiya ilə qorunan mülkiyət hüququ başqa cür bərpa olunmayacağını görüb, məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, o iddiaçıya və onun övladlarına paylı mülkiyyətdə olan evdə yaşamasına heç bir maneə yaratmadığını, evin hərracda satılmasına etiraz etdiyini, lakin maddi imkanı olmaması səbəbindən evin iddiaçı tərəfin payına düşən hissəsini onlara ödəyə bilmədiyini, lakin evin naturada bölgüsünə etiraz etmədiyini, ekspertizanın keçirilməsi üçün təyin edilmiş vaxtdan məlumatı olmadığını məhkəmənin diqqətinə çatdıraraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi X11 küçəsi 7 nömrəli evin 7 nömrəli mənzilin 1/6 hissəsi İddiaçı, ½ hissə Cavabdeh1, 1/6 hissə X3 və 1/6 hissə X2 mülkiyyətindədir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi X11 küçəsi 7 nömrəli evin 7 nömrəli mənzilin 1/6 hissəsinin mülkiyyətçisi olan X7 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi X11 küçəsi 7 nömrəli evin 7 nömrəli mənzilin 1/6 hissəsinin mülkiyyətçisi olan X6 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 atası Cavabdeh2 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1944/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4629 nömrəli məktubundan görünür ki, mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi üçün xx.xx.2022-ci il tarixdə ünvanda olunsada, fərdi yaşayış evi təqdim edilməməsi səbəbindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1944/2022 nömrəli xx.xx.2022 nömrəli qərardadına əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1944/2022 nömrəli xx.xx.2022 nömrəli qərardadı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün mülkiiş təkrar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8492 nömrəli məktubundan görünür ki, tədqiqat obyektinə baxış keçirilməsi üçün tərəflər təyin edilmiş vaxtda məhkəmə binasına gəlmədiyindən obyektə baxış keçirilməsi mümkün olmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-292/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3287 nömrəli məktubundan görünür ki, tədqiqat obyektinə baxış keçirilməsi üçün tərəflər təyin edilmiş vaxtda məhkəmə binasına gəlmədiyindən obyektə baxış keçirilməsi mümkün olmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-292/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8290 nömrəli məktubundan görünür ki, cavabdeh evdə olmadığını və gələ bilmədiyini bildirdiyindən mülki iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası keçirilmədən geri qaytarılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3021 nömrəli məktubundan görünür ki, cavabdeh evdə olmadığını və gələ bilmədiyini bildirdiyindən mülki iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası keçirilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 12 nömrəli 01 may 2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi X11 küçəsi 7 nömrəli evin 7 nömrəli mənzilin likvid qiyməti 120000 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə məhkəmə qeyd edir ki, mülki iş matriallarından da görünür ki, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsi 7 nömrəli evin 7 nömrəli mənzilin tərəflərin, habelə iddiaçının yetkinlik yaşına çatmayan övladlarının paylı mülkiyyətindədir. İddiaçı məhkəmə müraciət edərək sözügedən mənzilin payına düşən 1/6 olan hissəsinin cavabdehin payına düşən 1/2 hissəsindən naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə payçılardan ikisinin yəni xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatmadığından və onların mənafeyini qanunun tələblərinə uyğun olaraq anaları olan İddiaçı tərəfindən müdafiyə olunduğundan, hər iki payçını müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb etməmişdir. Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, X11 küçəsi 7 nömrəli evin 7 nömrəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən dəfələrlə tikinti tekniki ekspertiza təyin edilmiş, lakin cavabdeh paylı mülkiyyətdə olan fərdi yaşayış evini təhqiqatının aparılması üçün ekspertin evə daxil olmasını müxtəlif bəhanələr ilə suni maneə yaratmışdır. Bundan sonra iddiaçı tərəfindən mübahisəli mənzillərin açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb edilmişdir. Göründüyü kimi mübahisəli mənzillərin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi, X11 küçəsi 7 nömrəli evin 7 nömrəli mənzilin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsi 7 nömrəli evin 7 nömrəli mənzil açıq hərracda satılmalı, mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/2 hissəsi Cavabdeh1, 1/6 hissəsi İddiaçı, 1/6 hissə X5 və 1/6 hissə X4 verilməli, , Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsi 7 nömrəli evin 7 nömrəli mənzilin ilkin satış qiyməti 120.000 (bir yüz iyirmi min) manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, X11 küçəsi 7 nömrəli evin 7 nömrəli mənzili açıq hərracda satılsın. Mənzillərin satışından əldə edilən pul vəsaiti payçıların paylarına uyğun, yəni 1/2 hissəsi Cavabdeh1, 1/6 hissəsi İddiaçı, 1/6 hissə X5 və 1/6 hissə X4 (X3 və X2 qanunu nümayəndəsi İddiaçı) verilsin. Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, X11 küçəsi 7 nömrəli evin 7 nömrəli mənzilin ilkin satış qiyməti 120.000 (bir yüz iyirmi min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-95/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-95/2024
29.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver