Məhkəmə qərarları › İş №2(008)-959/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-959/2025

27.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-959/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ««əmlakın geri qaytarılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan “VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin və iddia ərizəsi verilməsi üçün dövlət rüsumu qismində ödədiyi 100 (bir yüz) manat pulun Cavabdeh alınaraq ona geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun xüsusi mülkiyyətində olmaqla bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, AD seriyalı, 537592 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Cavabdeh tanışı və həmkəndlisi olmaqla, onunla aralarında dostluq münasibətləri olmuşdur. 2023-cü ilin avqust ayında Cavabdeh xüsusi mülkiyyətində olan "VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini, lakin həmin vaxt nağd pulu olmadığını, bir il müddətində avtomobilin pulunu ödəyəcəyini bildirmiş, o da ona inanaraq həmin avtomobili ona təhvil vermiş və bu barədə İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il il tarixli, ƏN-İX seriyalı, 016210 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. Həmin etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Lakin Cavabdeh razılaşdığı xx.xx.2024-cii il tarixədək avtomobilin pulunu ödəməmiş və həmin tarixdə etibarnamənin müddəti bitmişdir. Bundan sonra o, Cavabdeh ona məxsus "VAZ 2121” minik markalı. **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmasını tələb etsə də, o, avtomobili qaytarmaqdan imtina etmiş və onunla əlaqəni kəsmişdir. O, hazırda onun harada olduğunu bilmir. Cavabdeh həmin avtomobilə dair verdiyi etibarnamənin müddəti də qurtarmış, buna baxmayaraq cavabdeh avtomobili etibarnamə olmadan - yəni heç bir səlahiyyəti olmadan özündə saxlamaqda və olan bilsin ki, idarə etməkdə davam etmiş və hazırda da davam edir. Lakin hazırki vaxtadək Cavabdeh ona məxsus həmin avtomobili qanunsuz olaraq özündə saxlamaqla onun öz mülkiyyətində olan avtomobildən məhrum olunmağına səbəb olmuşdur. Hazırki vaxtadək Cavabdeh oğltı ona məxsus "VAZ 2121'" minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmaqdan yayınmış və bununla da onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. İddia tələbim təmin edilməli, onun xüsusi mülkiyyətində olan “VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil və iddia ərizəsi verilməsi üçün dövlət rüsumu qismində ödədiyi 100 (bir yüz) manat pul Cavabdeh alınaraq ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddia tələbini rədd edilməsini xahiş etmiş, bundan əlavə olaraq bildirmişdir ki, sözügedən avtomobil əslində Cavabdeh atasına yənin onun özünə məxsus olmuşdur. İddiaçı Cavabdeh bacanağı olduğunu, cavabdehin atasına pul lazım olduğundan iddiaçıdan faizə pul götürdüyünü, pulun qarşılığ kimi isə X3 etibarnamə əsasında almış olduğu avtomobili iddiaçının adına formal alaraq alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdehin atası iddiaçıya olan borcunu faiz illə birlikdə iddiaçıya ödəsə də iddiaçı sözügedən avtomobilin sənədlərini ona qaytarmamışdır. Avtomobil yarasız halda olduğundan o avtomobili 1000 manata metaloma vermişdir. Bundan başqa o avtomobili Fuad Kəlbəliyevdən 2500 manata almış olduğunu bildirərək, qiymətləndiricinin rəyi ilə razı olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsinin söylədiklərinə münasibət bildirən iddiaçı, sözügedən avtomobili həqiqətəndə cavabdehdən xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında aldığını, 4 il sonra isə avtomobili satmaq niyyətində olduğunu bilən cavabdeh həmin avtomobili almaq isdədiyini bildirdikdə həmin avtomobilə dair cavabdehə etibarnamə vermiş olduğunu bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nəqliyyat vasitəsinin AD seriyalı, 537592 nömrəli Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 1990-cı il buraxlışlı, tünd bej rəngli “Vaz 2121” minik markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh 1 il müddətinə avtomobili sürücülük hüququ olduqda idarə etmək, Bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq , ərizə vermək hüquqlarını vermişdir. "xxxx" Price MMC-nin 11-57/25 nömrəli, 01 aprel 2025-ci il tarixli ekpertiza rəyindən görünür ki, 2121 Niva minik markalı 1990-cı il buraxılışlı nəqliyyat vasitəsinin 4800 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin məhkəmənin sorğusa əsasən vermiş olduğu xx.xx.2025-ci il tarixli cavabd məktubuna əlavə edilmiş elektron çıxarışdan görünür ki, “Vaz 2121” minik markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-ci il tarixdən X5 mülkiyətində olmuşdur. Cavabdeh xx.xx.20219-cu il tarixdən xx.xx.2020-ci il tarixədək etibarnamə verilmişdir. Sözügedən avtomobil xx.xx.2019-cu il tarixdən alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı Səxavət oğlu xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Beləliklə mülki iş matraillarına əlavə edilmiş sənədlərdən məlum olur ki, “Vaz 2121” minik markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İddiaçı məhkəməyə müraciət edərək sözügedən avtomobili xx.xx.2023-cü il tarixdən 1 illik etibarnamə verməklə cavabdehə satmaq məqsədi ilə vermiş olduğunu, lakin cavabdehin həmin avtomobilin dəyərini ödəmədiyindən,avtomobili geri qaytarmasını xahiş etmişdir. Cavabdeh isə sözügedən avtomobilin əslində onun qanuni sahibliyində olduğunu, onun atasının iddiaçıdan faizə pul aldığını, həmin pulu qaytaranadək avtomobili iddiaçının adına keçirmiş olduğunu, aldığı borcu qaytardığdan sonra iddiaçı avtomobili öz adından çıxartmadığı, avtomobil yarasız vəziyyətdə olduğunu, bu səbəbdən avtomobili metaloma satmış olduğunu bildirsədə cavabdeh istinat etmiş olduğu halları təsdiq edəcək möhtəbər və təkzib olunmaz sübutları məhkəməyə verməmişdir. Cavabdeh tərəf yeganə sübut kimi avtomobilin əvvəlki mülkiyyətçisi olan X5 avtomobili idarə etmək hüququ və digər hərəkətləri edilməsinə icazə verilməsinə dair cavabdehə vermiş olduğu etibarnaməni əsas göstərsədə, məhkəmə cavabdeh tərəfin diqqətinə çatdıraraq qeyd edir ki, sözügedən etibarnamənin təklikdə mövcud olması avtomobilin həqiqi mülkiyyətçisinin cavabdehin atası olduğunu sübuta yetirmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı öz mülkiyyətində olan avtomobili cavabdehdən geri tələb etməkdə haqlı olmuşdur. Lakin işin hallarından, habelə cavabdeh tərəfin vermiş olduğu izahatdanda məlum olur ki, hazırda qeyd edilən avtomobil mövcud olmadığından avtomobilin dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmaldır. İddiaçı məhkəməyə ekspertiza rəyini təqdim edirərək 2121 Niva minik markalı 1990-cı il buraxılışlı nəqliyyat vasitəsinin hazırki dəyərinin 4800 manat olduğunu bildirmiş, cavabdeh isə həmin məbləğ ilə razı olmadığını bildirsədə, avtomobilin dəyərinin daha az olmasını təsdiq edəcək hərhansı bir sübut məhkəməyətəqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 4800 (dört min səkkiz yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan “VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 4800 (dört min səkkiz yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdın iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar