Məhkəmə qərarları › İş №2(009)-10/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-10/2024

15.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-10/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4, İddiaçı Məmmədova (Abbasova) Pərvin Süleyman qızının nümayəndəsi və vəkili Vəkil1, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil2 İddiaçı2 qanuni nümayəndəsi, İddiaçı1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızına və Cavabdeh2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair, İddiaçı Cavabdeh2 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızına, İddiaçı1 və İddiaçı2 qarşı “payın naturada bölünməsi” tələbinə dair, həmçinin iddiaçı Məmmədova (Abbasova) Pərvin Süleyman qızının cavabdehlər Cavabdeh2, İddiaçı1 və İddiaçı2 qarşı “payların naturada ayrılması, maneələrin aradan qaldırılması, mümkün olmadıqda payların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Abasova (Məmmədova)Pərvin Süleyman qızına və Cavabdeh2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən 2V-306 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinə, 2V-307 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.1075 ha torpaq sahəsinə, 2V-309 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 828 ünvanında yerləşən ümumi sahəsi 154.3 kv/m olan bağ evinin və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin mərhum X9 məxsus olan ½ hissəsinin iddiaçılara düşən paya münasibətdə olan hissəsinə, 2V-308 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 511.1 kv/m olan qeyri yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsinə onların payına müvafiq naturada bölünməsi, onların payına düşən sahənin cavabdehlərə düşən sahədən tam təcrid olunması, onların həmin sahələrə köçürülməsi, cavabdehlər tərəfindən edilən həmin sahələrdən istifadəsinə olan maneənin aradan qaldırılması, bu mümkün olmadıqda həmin sahələrdə onların payına müvafiq pulun, habelə xx.xx.2019-cu il tarixli, AD 631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və 2019-cu il buraxılışı, olan “Mitshubishi L200” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2V 85saylı xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında AD5411773 saylı dövlət qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JNRAZ2NY0K9111425 mühərrik nömrəsi və buraxılış ili 2019-ci il olan “İnfiniti QX80” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması, əldə olunan pulun iddiaçılara düşən hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddianın dəlilləri: Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-84 saylı vərəsəlik haqqında şəhadətnamə əsasında xx.xx.2019-cu il tarixli, AD 631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və 2019-cu il buraxılışı olan Mitshubishi L200 minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, 2V 85-saylı xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında AD5411773 saylı dövlət qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JNRAZ2NY0K9111425 mühərrik nömrəsi və buraxılış ili 2019-ci il olan İnfıniti QX80 minik markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, 2V-306 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında **********51 reyestr nömrəli, ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinin, 2V-307 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında **********18 reyestr nömrəli, ********** dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.1075 ha torpaq sahəsinin, 2V-309 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında, **********59 reyestr nömrəli, ********** saylı dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-828 ünvanında yerləşən ümumi sahəsi 154.3 kv/m olan bağ evinin və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin mərhum X9 məxsus olan ½ hissəsinin, 2V-308 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında, **********84 reyestr nömrəli, ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 511.1 kv/m olan qeyri-yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsinə İddiaçı1 və İddiaçı2 1/4 hissəsinə olan payı müəyyən edilmişdir. Hazırda sözügedən daşınmaz əmlaklardan istifadə olunmasına və sahiblik edilməsinə cavabdehlər tərəfindən icazə verilmir, habelə sözügedən avtomobillərdən Cavabdeh1 tərəfindən istifadə olunur və həmin əmlaklara faktiki olaraq iddiaçılar tərəfindən sahiblik edilmir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar ki, yuxarıda qeyd olunan daşınmaz və daşınar əmlakların ya naturada bölgüsü aparılsın, ya da həmin əmlaklara dair cavabdeh tərəfindən ona düşən kompensasiya verilsin və ya həmin əmlaklar açıq həracda satılmaqla paylara müvafiq pul bölünsün. Habelə sözügedən avotomobillər üzrə iddiaçılara düşən payın dəyəri, eləcə də bank hesabında olan iddiaçılara düşən paya müvafiq pulun ödənilməsi təmin edilsin. xx.xx.2022-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən 2V-306 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsinə, 2V-307 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.1075 ha torpaq sahəsinə, 2V-309 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-828 ünvanında yerləşən umumı salıəsı 154.3 kv/m olan bağ evinin və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin mərhum X9 məxsus olan ½ hissəsinin iddiaçılara düşən paya münasibətdə olan hissəsinə, 2V-308 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 511.1 lcv/m olan qeyri-yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsinə onların payına müvafiq naturada bölünməsi, onların payına düşən sahənin cavabdehlərə düşən sahədən tam təcrid olunması, onların həmin sahələrə köçürülməsi, cavabdehlər tərəfindən edilən həmin sahələrdən istifadəsinə olan maneənin aradan qaldırılması, bu mümkün olmadıqda həmin sahələrdə onların payına müvafiq pulun, habelə xx.xx.2019-cu il tarixli, AD 631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və 2019-cu il buraxılışı, olan “Mitshubishi L200” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2V 85-saylı xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında AD5411773 saylı dövlət qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JNRAZ2NY0K9111425 mühərrik nömrəsi və buraxılış ili 2019-ci il olan “İnfiniti QX80” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması, əldə olunan pulun iddiaçılara düşən hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsinin dəlilləri: Məhkəmə icraatının gedişi zamanı vərəsələr arasında paylarının naturada bölünməli olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi olduğu müəyyən edilmiş lakin üzrlü səbəblərdən həmin sahəyə dair hər hansı tələb məhkəməyə ünvanlanan iddia ərizəsində göstərilməmişdir. Qeyd olunan sahəyə dair İddiaçı1 və İddiaçı2 hüquqları **********06 saylı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat nömrəsi ilə qeydə alınmış və həmin hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarış verilmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızına, İddiaçı1 və İddiaçı2 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına ¼ hissədə, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, ünvan 7vanda yerləşən bağ evinə 1/8 hissədə payın naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh2 ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına ¼ hissədə, ünvan 8 ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, ünvan 7vanda yerləşən bağ evinə 1/8 hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş müvafiq olaraq ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlardan görünür ki, qeyd olunan daşınmaz əmlaklara Vaqif Məmmdovun paylı mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Həmin daşınmaz əmlaklar Cavabdeh2 atası, X8 mülkiyyətində olmuşdur. İddiaçı1 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra qeyd olunan əmlaklar barəsində digər vərəsələrlə yanaşı, Cavabdeh2 da payı müəyyən edilmişdir. Hazırda Cavabdeh2 həmin payının naturada bölünməsi niyyətindədir. xx.xx.2023-cü il tarixdə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 Oqtay oğlu iddia tələbinə əlavə olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsini də iddia tələbinə aid edərək əmlak üzərində vərəsəlik paylarının tanımağını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, İddiaçı1, İddiaçı2 qarşı "payların naturada ayrılması, təcrid olunması, köçürülmə, ayrılmış paylardan istifadə olunması üçün yaranan maneələrin aradan qaldırılması, mümkün olmadıqda naturada ayrılmış payların dəyərinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 7vanında yerləşən 154.30 m2 ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsinin 1/8 hissədə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 hektar torpaq sahəsi 1/4 hissədə, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi 1/4 hissədə, ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi 1/4 hissədə iddiaçı Cavabdeh1 paylarının naturada ayrılması, Cavabdeh1 naturada ayrılmış payların (sahələrin) cavabdehlərə düşən paylardan (sahələrdən) təcrid olunması, Cavabdeh1 ona naturada ayrılmış sahələrə köçürülməsi, Cavabdeh1 naturada ayrılmış paylardan (sahələrdən) istifadə olunması üçün cavabdehlər tərəfindən yaranan maneələrin aradan qaldırılması və qeyd olunan tələblərin təmin olunması mümkün olmadıqda Cavabdeh1 naturada ayrılmış payların dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddia ərizəsinə əlavə olunmuş AZ-İİ-393551 №-li Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş X13 ilə xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh1 xx.xx.2020-ci il tarixdə nikahlarını bağlamışlar. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ-104779 №-li Ölüm haqqında şəhadətnamnin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş X13 xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmişdir. İddia ərizəsinə əlavə olunmuş ********** Qeydiyyat nömrəli və xx.xx.2021-ci il Qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (bundan sonra mətndə: Çıxarış) notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 hektar torpaq sahəsi 1/4 hissədə paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İddia ərizəsinə əlavə olunmuş ********** Qeydiyyat nömrəli və xx.xx.2021-ci il Qeydiyyat tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi 1/4 hissədə paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İddia ərizəsinə əlavə olunmuş ********** Qeydiyyat nömrəli və xx.xx.2021-ci il Qeydiyyat tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, ünvan 4 ünvanında yerləşən 0,2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi 1/4 hissədə paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İddia ərizəsinə əlavə olunmuş ********** Qeydiyyat nömrəli və xx.xx.2021-ci il Qeydiyyat tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, ünvan 7vanında yerləşən 154.30 m2 ümumi sahəli bağ evi və 0,11 hektar torpaq sahəsi 1/8 hissədə paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İddia ərizəsinə əlavə olunmuş 19 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-61 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmiş X8 vərəsəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S. S. Axundov küçəsi, İ/B, ev 1 ünvanında qeydiyyatda olan Cavabdeh1dır (AZE ********, Binəqədi RPİ xx.xx.2017, FİN xxxxxxx, d/t: xx.xx.1975) və o, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NYOK9111425, buraxılış ili 2019 olan İnfiniti QX80 Minik markalı, 99HH499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan ¼ hissədə pay almalıdır. İddia ərizəsinə əlavə olunmuş 19 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-62 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmiş X8 vərəsəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S. S. Axundov küçəsi, İ/B, ev 1 ünvanında qeydiyyatda olan Cavabdeh1dır (AZE ********, Binəqədi RPİ xx.xx.2017, FİN xxxxxxx, d/t: xx.xx.1975) və o, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD 631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LF1008102, mühərikin nömrəsi 4N15GD2830 və buraxılış ili 2019 olan Mitsubishi L200 Minik markalı, 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan 1/4 hissədə pay almalıdır. xx.xx.2023-cü il tarixdə iddiaçı Abasova (Məmmədova) Pərvin Süleyman qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 7vanında yerləşən 154.30 m2 ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsinin 1/8 hissədə, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi üzrə 1/4 hissədə, ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi üzrə 1/4 hissədə, iddiaçı Cavabdeh1 paylarının naturada ayrılması, Cavabdeh1 naturada ayrılmış payların (sahələrin) cavabdehlərə düşən paylardan (sahələrdən) təcrid olunması, Cavabdeh1 ona naturada ayrılmış sahələrə köçürülməsi, Cavabdeh1 naturada ayrılmış paylardan (sahələrdən) istifadə olunması üçün cavabdehlər tərəfindən yaranan maneələrin aradan qaldırılması, iddia ərizəsinin xahiş hissəsinin 1ci bəndlərində qeyd olunan tələblərin təmin olunması mümkün olmadıqda Cavabdeh1 naturada ayrılmış payların dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 və 0.0354 hektar torpaq sahəsləri üzrə Cavabdeh1 tərəfindən digər vərəsələrin paylarının dəyərinin onlara ödənilməsi ilə həmin torpaq sahələrinin Cavabdeh1 tam mülkiyyətinə verilməsi və bu ödənişlərin iddia ərizəsinin xahiş hissəsinin 1-ci bəndlərində qeyd olunan miras əmlakların satılması zamanı eyni vaxtda həyata keçirilməsi, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi - və buraxılış ili 2019-cu il olan İNFİNİTİ QX80 MİNİK markalı 99HH499 dövlət nömrə nişanlı və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və buraxılış ili 2019-cu il olan MİTSUBİSHİ L200 MİNİK markalı 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin açıq hərracdan satılması, əldə olunan pulun Cavabdeh1 düşən hissəsinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsinin dəlilləri: Mülki iş materiallarına əlavə olunan xx.xx.2021 tarixdə Reyestrdə 2V-479 nömrəsi ilə qeydə alınan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında verilmiş xx.xx.2022 qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan göründüyü kimi, Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi 1/4 hissədə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixdə Reyestrdə 2V-61 nömrəsi ilə qeydə alınan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi - və buraxılış ili 2019-cu il olan İNFİNİTİ QX80 MİNİK markalı 99HH499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan Cavabdeh1 1/4 hissədə pay almalıdır. xx.xx.2021 tarixdə Reyestrdə 2V-62 nömrəsi ilə qeydə alınan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və buraxılış ili 2019-cu il olan MİTSUBİSHİ L200 MİNİK markalı 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan Cavabdeh1 1/4 hissədə pay almalıdır. Müvafiq məhkəmə qərardadı əsasında keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası, "tikinti-texniki obyektlərin tədqiqi" üzrə 28 sentyabr 2023-cü li tarixli, 10/6118 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,1075 hektar torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozu kücasi, 8D ünvaninda yerlasan 0,50 hektar torpaq sahəsi , Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 hektar torpaq sahəsinini çıxarışlarla müəyyən olunmuş Cavabdeh2, Cavabdeh1, İddiaçı1, İddiaçı2 paylarına müvafiq olaraq naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1- nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol şəbəkələri bölməsinin 8 va 9 saylı cədvəllərin tələblərina müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş sənədlər, tərəflərin izahatları və ekspert rəylərindən göründüyü kimi, miras əmlaka daxil olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 və 0.0354 hektar torpaq sahələri, eyni hasar daxilində olmaqla, Cavabdeh1 istifadə və sahibliyində olaraq, həmin əmlakların digər vərəsələrin paylarına müvafiq olaraq naturada ayrılması mümkün deyil. xx.xx.2024-cü il tarixdə iddiaçı Məmmədova Pərvin Süleyman qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 7vanında yerləşən 154.30 m 2 ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsi (1 nömrəli miras əmlak), ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi (2 nömrəli miras əmlak), ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi (3 nömrəli miras əmlak), Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi (4 nömrəli miras əmlak), Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi (5 nömrəli miras əmlak), AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi - və buraxılış ili 2019-cu il olan İNFİNİTİ QX80 MİNİK markalı 99HH499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 5 (6 nömrəli miras əmlak) və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və buraxılış ili 2019-cu il olan MİTSUBİSHİ L200 MİNİK markalı 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (7 nömrəli miras əmlak) açıq hərracdan satılması və əldə olunan pul vəsaitinin 1 nömrəli miras əmlak üzrə 1/8 hissədə, 2 nömrəli miras əmlak üzrə 1/4 hissədə, 3 nömrəli miras əmlak üzrə 1/4 hissədə, 4 nömrəli miras əmlak üzrə 5/8 hissədə, 5 nömrəli miras əmlak üzrə 1/4 hissədə, 6 nömrəli miras əmlak üzrə 1/4 hissədə, 7 nömrəli miras əmlak üzrə 1/4 hissədə Məmmədova Pərvin Süleyman qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsinin dəlilləri: Hazırkı mülki iş materiallarına əlavə olunan 07 oktyabr 2022-ci li tarixli 10/2477 nömrəli ekspert rəyinə əsasən, ünvan 7vanında yerləşən 154.30 m2 ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsi sahəsi nin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsinin, ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsinin Cavabdeh2, Cavabdeh1, İddiaçı1, İddiaçı2 paylarına müvafiq olaraq naturada təcrid səklinda bölünməsi İnsaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin va Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadıgı müəyyən edilmişdir. 28 sentyabr 2023-ci li tarixli 10/6118 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsnin çıxarışlarla müəyyən olunmuş Cavabdeh2, Cavabdeh1, İddiaçı1, İddiaçı2 paylarına müvafiq olaraq naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol səbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadıgı müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-5058/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Məmmədova Pərvin Süleyman qızının cavabdeh Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisinə (1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "vərəsəlik şəhadətnamələrinin və onların əsasən verilmiş çıxarışların ləğvi" barədə iddia tələbi təmin edilərək, Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində Cavabdeh1 1⁄4 hissədə payının müəyyən edilməsinə dair 2V-479 saylı, 23 dekabr 2021-ci il tarixli, İddiaçı1 1⁄4 hissədə, İddiaçı2 1⁄4 hissədə paylarının müəyyən edilməsinə dair 2V-254 saylı 05 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında verilmiş 4 **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli və **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışlar ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində Cavabdeh1 5/8 hissədə, İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə payları müəyyən edilməsi və həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-5058/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi tərəfindən rəsmi olaraq Elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2024 tarixində, yəni artıq məhkəmə baxışı zamanı qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil2 mütəxəssis rəyində qeyd edilən bölünməsi mümkün olan əmlakların naturada bölünməsi, digər əmlakların isə hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 qanuni nümayəndəsi, İddiaçı1 nümayəndəsi X6 iddia tələbini müdafiə edərək mütəxəssis rəyində qeyd edilən bölünməsi mümkün olan əmlakların naturada bölünməsi, digər əmlakların isə hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əmlakların naturada bölünməsinin mümkün olmaması səbəbi ilə bütün paylı mülkiyyətdə olan əmlakların və avtomobillərin açıq hərracda satılmasını və paylara mütənasib bölünməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Məmmədova Pərvin Süleyman qızının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, əmlakların naturada bölünməsinin mümkün olmaması səbəbi ilə ekspert rəylərini əsas götürərək bütün paylı mülkiyyətdə olan əmlakların və avtomobillərin açıq hərracda satılmasını və paylara mütənasib bölünməsini xahiş etmişdir. 21 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən mütəxəssis X7 mütəxəssis rəyini müdafiə edərək həmçinin bildirmişdir ki, tərtib etdikləri mütəxəssis rəyinə uyğun olaraq 50 sot torpaq sahəsinin tərəflər arasında bölünməsi mümkündür. Bu halda əsas yoldan paylara bölünmüş torpaq sahələrinə gedən yol ümumi istifadəyə verilir, hamının payından çıxılır və bu çıxıntı məcburi torpaq itkisidir. Həmin məcburi torpaq itkisi 5.5 sot torpaq sahəsi təşkil edir və tərəflər arasında bərabər bölünür. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, İddiaçı1 və İddiaçı2 qarşı “payın naturada bölünməsi” tələbinə dair, həmçinin iddiaçı Məmmədova Pərvin Süleyman qızının cavabdehlər Cavabdeh2, İddiaçı1 və İddiaçı2 qarşı “payların naturada ayrılması, maneələrin aradan qaldırılması, mümkün olmadıqda payların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizələri bir icraatda baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-10/2024 saylı 15 fevral 2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsində yerləşən əmlak üzərində vərəsəlik payının tanınmasına dair hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar Məmmədova Pərvin Süleyman qızının, İddiaçı1 və İddiaçı2 iddia tələbləri qismən təmin edilməli, Cavabdeh2 iddiası isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 161 nömrəli aktla qeydə alınmış AZ-İ seriyalı, 240598 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 arasında olan nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 794 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 164375 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində kardiogen şok səbəbindən vəfat etmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 12 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda adındadır. İddiaçı1 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir, lakin 19 saylı notariat ofisinin 2V-218 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən torpaq sahəsinin 1/4 hissəsi Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Sözügedən torpaq sahəsinin 3/4 hissəsi X8 adında açıq saxlanılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.1075 hektar torpaq sahəsi üzrə 1/4 hissədə İddiaçı1 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə Cavabdeh1 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə Cavabdeh2 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə İddiaçı2 payı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.50 ha olan torpaq sahəsi üzrə 1/4 hissədə İddiaçı1 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə Cavabdeh1 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə Cavabdeh2 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə İddiaçı2 payı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, ünvan 7vanında yerləşən ümumi sahəsi 0.11 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerlşən 154.3 kv.m bağ evi üzrə 1/8 hissədə İddiaçı1 (qeydiyyat nömrəsi **********), 4/8 hissədə X4, 1/8 hissədə Cavabdeh1 (qeydiyyat nömrəsi **********), 1/8 hissədə Cavabdeh2 (qeydiyyat nömrəsi **********), 1/8 hissədə İddiaçı2 payı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, ünvan 4 ünvanında olan 0.2521 hektar torpaq sahəsində yerləşən 511.10 kv.m qeyri-yaşayış sahəsi üzrə 1/4 hissədə Cavabdeh1 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə Cavabdeh2 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə İddiaçı1 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə İddiaçı2 payı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzrə 1/4 hissədə Cavabdeh1 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə İddiaçı1 (qeydiyyat nömrəsi **********), 1/4 hissədə İddiaçı2 payı müəyyən edilmiş, 1/4 hissədə X8 payı açıq qalmışdır. - xx.xx.2021-ci il tarixli 306 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsələri İddiaçı1 və İddiaçı2 hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli 307 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsələri İddiaçı1 və İddiaçı2 hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 hektar torpaq sahəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli 308 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsələri İddiaçı1 və İddiaçı2 hər biri miras əmlakdan ¼ irs almalıdır. Yerdə qalan ¼ hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən 511.1 kv/m olan qeyri-yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli 309 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsələri İddiaçı1 və İddiaçı2 hər biri miras əmlakdan ¼ irs almalıdır. Yerdə qalan ¼ hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak ünvan 7vanında yerləşən 154.30 kv.m ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsinin paylı mülkiyyət üzrə X9 məxsus olan ½ hissəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli 84 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsələri İddiaçı1 və İddiaçı2 hər biri miras əmlakdan ¼ irs almalıdır. Yerdə qalan ¼ hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD 631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LF1008102, mühərikin nömrəsi 4N15GD2830 və buraxılış ili 2019 olan Mitsubishi L200 Minik markalı, 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli 85 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsələri İddiaçı1 və İddiaçı2dır və onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Yerdə qalan ¼ hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NYOK9111425, buraxılış ili 2019 olan İnfiniti QX80 Minik markalı, 99HH499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli 61 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdeh1 miras əmlakdan ¼ hissədə pay almalıdır. Yerdə qalan ¾ hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NYOK9111425, buraxılış ili 2019 olan İnfiniti QX80 Minik markalı, 99HH499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli 62 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdeh1 miras əmlakdan ¼ hissədə pay almalıdır. Yerdə qalan ¾ hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD 631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və 2019-cu il buraxılışı olan Mitsubishi L200 minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli 479 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdeh1 miras əmlakdan ¼ hissədə pay almalıdır. Yerdə qalan ¾ hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsindən ibarətdir. - xx.xx.2024-cü il tarixli 2V-9 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdeh2 miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2020-ci il tarixdə X11 verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsindən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.0354 hektar torpaq sahəsi qeydiyyat nömrəsi ********** olan X8 (1/4 hissəsi açıq qalır), qeydiyyat nömrəsi ********** olan Cavabdeh1 (1/4 hissə), qeydiyyat nömrəsi ********** olan İddiaçı1 (1/4 hissə), qeydiyyat nömrəsi ********** olan İddiaçı2 (1/4 hissə) adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli 10/2477 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Qərardadın 1-ci və 2-ci sualları üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 7vanında yerləşən 154.30 kv.m ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 hektar torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsinin, ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsinin Cavabdeh2, Cavabdeh1, İddiaçı1, İddiaçı2 paylarına müvafiq olaraq naturada təcrid şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Qərardadın 3-cü və 4-cü sualları üzrə: ünvan 7vanında yerləşən 154.30 kv.m ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 hektar torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri texniki pasportun və digər sənədlərin göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsinin üzərində tikilmiş 511.10 kv.m ümumi sahəli qeyri-yaşayış sahəsinin söküldüyü və texniki pasportda göstərilən torpaq sahəsinin 3.2x12.8m və 6.22x7.08m hissəsi digər vətəndaşlar tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. (ekspertiza xərci 100 manat) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2023-cü il tarixli 10/6118 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Qərardadın 1-ci və 2-ci sualları üzrə: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,1075 hektar torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0,50 hektar torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0354 hektar torpaq sahəsinin çıxarışlarla müəyyən olunmuş Cavabdeh2, Cavabdeh1, İddiaçı1, İddiaçı2 paylarına müvafiq olaraq naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Qərardadın 3-cü və 4-cü sualları üzrə: tədqiq olunan torpaq sahələrinə baxış keçirilməsi mümkün olmadığından, eləcə də tədqiqat mülki iş materiallarına əsasən aparıldığını nəzərə alaraq, sözügedən daşınmaz əmlakların hazırki mövcud vəziyyətləri və texniki parametrləri müəyyən olunması mümkün olmamışdır. (ekspertiza xərci 100 manat) - Vəkil1 vəsatətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsi təqdim olunan zaman, Məmmədova Pərvin Süleyman qızının soyadı “Abasova” kimi, ünvanı isə “ünvan 13 olunnmuşdur. Hazırkı vəsasətə əlavə olunan Məmmədova Pərvin Süleyman qızının adına xx.xx.2023 tarixdə verilmiş AA4540284 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, hazırda iddiaçının soyadı “Məmmədova” və ünvanı isə “ünvan 14 qətnamə çıxarılarkən, məhkəmə tərəfindən qeyd olunan dəyişikliklərin nəzərə alınmasını xahiş edir. - Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, Fuad Məmmədova məxsus olan MİTSUBİSHİ L200 minik markalı 99-FF- 499 dövlət qeydiyyat nişanlı və 2019-cu il istehsalı olan İNFİNİTİ QX 80 minik markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə münasibətdə 1/4 hissədə payları müəyyən edilmiş İddiaçı1 və İddiaçı2 hər iki paydan imtina etməyi üçün 100.000 (yüz min) manat kompensasiya məbləğinin ödənilməsi məsələsinə münasibət bildirilməyi xahiş edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs. yerləşən 0,1075 ha və 0,0354 ha torpaq sahəsinin və ünvan 15 ünvanında yerləşən 0,50 ha torpaq sahəsinin Çıxarışla müəyyən olunmuş paylara müvafiq naturada bölgüsü mümkündür. Bölgü sxemləri rəyin 12 və 13-cü səhifələrində rəyə əlavə edilmişdir. Xəzər rayonu, Mərdəkan qəs. yerləşən 0,1075 ha torpaq sahəsinin naturada bölgüsü zamanı hər payçıya 240 kv.m hissə düşür. Xəzər rayonu, Mərdəkan qəs. yerləşən 0,0354 ha torpaq sahəsinin naturada bölgüsü zamanı hər payçıya 62,5 km.m hissə düşür. ünvan 16 ünvanında yerləşən 0,50 torpaq sahəsinin naturada bölgüsü zamanı hər payçıya 1110 kv.m hissə düşür. Rəydə həmçinin göstərilmişdir ki, bölgü sxemlərinin hazırlanması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daxili təlimatlarına uyğun aparılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(004)-5058/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində Cavabdeh1 ¼ hissədə payının müəyyən edilməsinə dair 2V-479 saylı, 23 dekabr 2021-ci il tarixli, İddiaçı1 ¼ hissədə, İddiaçı2 ¼ hissədə paylarının müəyyən edilməsinə dair 2V-254 saylı 05 avqust 2022- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli və **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində Cavabdeh1 5/8 hissədə, İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə payları müyyən edilsin və həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, X8 X6 ilə nikahlarından İddiaçı2, İddiaçı1 anadan olmuş, X6 ilə nikahları xx.xx.2016-cı ildə pozulmuş, daha sonra X1 Pərvin Süleyman qızı ilə xx.xx.2020-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Beləliklə də müəyyən edilmişdir ki, İddiaçı2, İddiaçı1 və Cavabdeh2 mərhum X8 əvvəlki nikahlardan olan övladlarıdır, Cavabdeh1 ilə nikahından övladı olmamışdır. X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfatından sonra İddiaçı2, İddiaçı1, Cavabdeh2 və Cavabdeh1 onun İ növbə vərəsələri olmuşlar. X8 vəfat etdiyi günədək adına 1) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsi, 2) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.1075 ha torpaq sahəsi, 3) Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-828 ünvanında yerləşən ümumi sahəsi 154.3 kv/m olan bağ evi və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin ona məxsus olan ½ hissəsi, 4) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 511.1 kv/m olan qeyri yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsi, 5) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi 6) 2019-cu il buraxılışı, olan “Mitshubishi L200” minik markalı, **- FF-*** dövlət qeydiyyat nişanlı, 7) buraxılış ili 2019-ci il olan “İnfiniti QX80” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilləri qalmışdır. Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-828 ünvanında yerləşən ümumi sahəsi 154.3 kv/m olan bağ evi və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin digər ½ hissəsi bacısı X4 adınadır. İşin materiallarından görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-84 saylı vərəsəlik haqqında şəhadətnamə əsasında sözügedən nəqliyyat vasitələrinə, 2V-306 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinə, 2V-307 saylı xx.xx.2021-ci il tarixli, 2V-309 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnamələri əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.1075 ha torpaq sahəsinə, 2V-309 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-828 ünvanında yerləşən ümumi sahəsi 154.3 kv/m olan bağ evinin və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin mərhum X9 məxsus olan ½ hissəsinə, 2V-308 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 511.1 kv/m olan qeyri-yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsinə İddiaçı1 və İddiaçı2 1/4 hissəsinə olan payı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına ¼ hissədə, ünvan 8 ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, ünvan 7vanda yerləşən bağ evinə 1/8 hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş müvafiq olaraq ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlardan görünür ki, qeyd olunan daşınmaz əmlaklara X8 digər nikahdan olan övladı Cavabdeh2 paylı mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. İşin materiallarından daha sonra görünür ki, ********** Qeydiyyat nömrəli və xx.xx.2021-ci il Qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 hektar torpaq sahəsi 1/4 hissədə, ********** Qeydiyyat nömrəli və xx.xx.2021-ci il Qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi 1/4 hissədə, ********** Qeydiyyat nömrəli və xx.xx.2021-ci il Qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi 1/4 hissədə, ********** Qeydiyyat nömrəli və xx.xx.2021-ci il Qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 7vanında yerləşən 154.30 m2 ümumi sahəli bağ evi və 0,11 hektar torpaq sahəsi 1/8 hissədə paylı mülkiyyət hüququ əsasında paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 da ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsinə, 2V-307 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.1075 ha torpaq sahəsinə, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-828 ünvanında yerləşən ümumı sahəsi 154.3 kv/m olan bağ evinin və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin mərhum X9 məxsus olan ½ hissəsinin iddiaçılara düşən paya münasibətdə olan hissəsinə, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 511.1 kv/m olan qeyri-yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsinə onların payına müvafiq naturada bölünməsi, onların payına düşən sahənin cavabdehlərə düşən sahədən tam təcrid olunması, onların həmin sahələrə köçürülməsi, cavabdehlər tərəfindən edilən həmin sahələrdən istifadəsinə olan maneənin aradan qaldırılması, bu mümkün olmadıqda həmin sahələrdə onların payına müvafiq pulun, habelə xx.xx.2019-cu il tarixli, AD 631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və 2019-cu il buraxılışı, olan “Mitshubishi L200” minik markalı, 99- FF-499 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2V 85-saylı xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında AD5411773 saylı dövlət qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JNRAZ2NY0K9111425 mühərrik nömrəsi və buraxılış ili 2019-ci il olan “İnfiniti QX80” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması, əldə olunan pulun iddiaçılara düşən hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Digər iddiaçı Cavabdeh2 isə özünə məxsus ünvan 18 ünvanında yerləşən qeyri-yaşayış binasına ¼ hissədə, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, ünvan 7vanda yerləşən bağ evinə 1/8 hissədə payın naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı Məmmədova Pərvin Süleyman qızı ünvan 7vanında yerləşən 154.30 m 2 ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi, ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi və buraxılış ili 2019-cu il olan İNFİNİTİ QX80 MİNİK markalı 99HH499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və buraxılış ili 2019-cu il olan MİTSUBİSHİ L200 MİNİK markalı 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq hərracdan satılması və əldə olunan pul vəsaitinin sadalan əmlaklar üzrə müvafiq olaraq 1/8 hissədə, 1/4 hissədə, 1/4 hissədə, 5/8 hissədə, 1/4 hissədə, 1/4 hissədə, 1/4 hissədə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abasova (Məmmədova) Pərvin Süleyman qızı tələbinin əsası kimi həmçinin Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(004)-5058/2023 saylı qətnaməsinə istinad etmişdir. Qeyd edilən qətnaməyə əsasən Cavabdeh1 iddia tələbi təmin edilərək, Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində Cavabdeh1 ¼ hissədə payının müəyyən edilməsinə dair 2V-479 saylı, 23 dekabr 2021-ci il tarixli, İddiaçı1 ¼ hissədə, İddiaçı2 ¼ hissədə paylarının müəyyən edilməsinə dair 2V-254 saylı 05 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli və **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində Cavabdeh1 5/8 hissədə, İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə paylarının məüyyən edilməsi və həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2, eləcə də Məmmədova (Abasova) Pərvin Süleyman qızının iddia tələbləri ilə bağlı məhkəmə aşağadıkıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; - 220.4-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Qeyd olunan Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında deyilir ki, "Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." Qərarda daha sonra deyilir ki, "Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." Qərarın nəticə hissəsinin 2-ci bəndində deyilir ki, "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür." İşin araşdırılmış hallarına əsasən hazırkı mübahisə predmetləri olan 1) ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi, 2) ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi, 3) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi, 4) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi, 5) ünvan 7vanında yerləşən 154.30 m 2 ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsinin 1/2 hissəsi, buraxılış ili 2019-cu il olan İNFİNİTİ QX80 MİNİK markalı 99HH499 dövlət nömrə nişanlı və buraxılış ili 2019-cu il olan MİTSUBİSHİ L200 MİNİK markalı 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitələri tərəflərin paylı mülkiyyətindədir və mülkiyyətçilər arasında həmin əmlakların bölünməsinə dair razılaşmaları olmamış, buna görə də qanunvericiliyə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi kimi hər biri öz payının ayrılması üçün məhkəməyə müraciət etmişlər. İş materiallarında olan ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakların naturada bölünməsi və payların naturada ayrılması mümkün hesab edilmir. Tərəflər arasında ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi, buraxılış ili 2019-cu il olan İNFİNİTİ QX80 MİNİK markalı 99HH499 dövlət nömrə nişanlı və buraxılış ili 2019-cu il olan MİTSUBİSHİ L200 MİNİK markalı 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin açıq hərracdan satılması tələbi ilə bağlı tərəflər arasında fikir ayrılığı müəyyən edilməmişdir. Tərəfləri arasında mübahisə yaradan əmlaklar mütəxəssis rəyində göstərilən əmlaklardır. Belə ki, iş materiallarında olan mütəxəssis rəyində ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi ilə bağlı işdə olan mütəxxəssis rəyində həmin sahələrin Çıxarışla müəyyən olunmuş paylara müvafiq naturada bölgüsünün rəyin 12 və 13-cü səhifələrində əlavə edilmiş bölgü sxemlərinə uyğun olaraq mümkünlüyü qeyd edilsə də, məhkəmə iclasında iştirak edən mütəxəssisin və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, bu halda (xüsusilə Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozu küçəsi, 8D ünvanında yerləşən 0.50 hektar torpaq sahəsinə münasibətdə) tərəflər öz paylarına aid olan sahədən ümumi giriş üçüm müəyyən sahə ayırmalıdırlar ki, tərəflər Məmmədova Pərvin və Cavabdeh2 bu qaydada bölgüyə razılıq verməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə təqdim edilmiş mütəxəssis rəyi deyil, iş materiallarında olan ekspertiza rəylərinə əsasən mübahisəyə hüquqi qiymət verilməlidir. Belə ki, həmin rəylərdə göstərilən əmlakların tərəflərin paylarına müvafiq olaraq naturada təcrid şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması göstərilmişdir. Məhkəmə, işin faktiki hallarını, tərəflərin hər birinin mənafeyini, mübahisəli əmlakların naturada bölünməsinin və ya ondan payın ayrılmasının mümkün olmadığını, eləcə də tərəflər arasında hər hansı bir razılaşmanın əldə edilmədiyini, başqa sözlə, Mülki Məcəllənin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsini nəzərə alaraq, paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasını nəzərdən keçirərək hesab edir ki, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri baxımından ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi, buraxılış ili 2019-cu il olan İNFİNİTİ QX80 MİNİK markalı 99HH499 dövlət nömrə nişanlı və buraxılış ili 2019-cu il olan MİTSUBİSHİ L200 MİNİK markalı 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitələri açıq hərracdan satılmaqla əldə edilmiş pul vəsaiti mülkiyyətçilərin (tərəflərin) paylarına mütənasib olaraq bölünməli, digər əmlaklara münasibətdə isə iddialar rədd olunmalıdır. Belə ki, məhkəmə yuxarıda qeyd edilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi hazırda qanuni qüvvəsini almamaqla icraya yönəlməsə də, həmin qətnamə ilə Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində Cavabdeh1 ¼ hissədə payının müəyyən edilməsinə dair 2V-479 saylı, 23 dekabr 2021-ci il tarixli, İddiaçı1 ¼ hissədə, İddiaçı2 ¼ hissədə paylarının müəyyən edilməsinə dair 2V-254 saylı 05 avqust 2022- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli və **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində Cavabdeh1 5/8 hissədə, İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə payları müyyən edilsin və həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi qət edilmişdir. Göründüyü kimi hazırda iddiaçıların istinad etdikləri vərəsəlik hüququ haqqında şəhadətnamələr və çıxarışlar ləğv edildiyindən gələcəkdə qətnamə qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi halda tərəflər yeni çıxarışlar əldə edəcəklər. Buna görə də məhkəmə hazırki mübahisə üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsinə dair mübahisəni irəli sürülmüş iddia tələbləri üzrə təmin edilməsini məqsədə müvafiq saymır. Məhkəmə izah edir ki, tərəflər yeni çıxarış aldıqları halda həmin əmlakdan payın ayrılması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarından istifadə edə bilərlər. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbləri həmçinin ünvan 7vanında yerləşən 154.30 m 2 ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsi üzrə də təmin edilə bilməz. Belə ki, işin materiallarından görünür ki, göstərilən əmlak X13 ilə bacısı X4 1/2 hissələr ilə paylı mülkiyyətindədir və sonuncu mülkiyyətçi hazırki iş üzrə cavabdeh qismində cəlb edilməmişdir. Məhkəmə, iddiaçı Cavabdeh2 tələbi üzrə qeyd edir ki, o tələbində yalnız ünvan 18 ünvanında yerləşən qeyri-yaşayış binasına ¼ hissədə, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə iş üzrə də yuxarıda qeyd edilmiş ekspertiza rəylərinə əsasən həmin əmlakların naturada bölünməsinin mümkün olmaması əsaslandırılmışdır. Buna görə də iddiaçı Cavabdeh2 tələbinin təmin edilməsini məhkəmə mümkün saymır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçı Məmmədova (Abasova) Pərvin Süleyman qızının iddiaları qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi, ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi - və buraxılış ili 2019-cu il olan İNFİNİTİ QX80 MİNİK markalı 99HH499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 buraxılış ili 2019-cu il olan MİTSUBİSHİ L200 MİNİK markalı 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq hərracdan satılmalı və əldə edilmiş pul vəsaiti mülkiyyətçilərin paylarına mütənasib olaraq bölünməlidir. İddiaçı Cavabdeh2 iddiası rədd edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçı Məmmədova (Abasova) Pərvin Süleyman qızının iddiaları qalan hissələrdə rədd edilməli, Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməli, həmçinin Cavabdeh2 digər iddiaçıların ödədiyi dövlət rüsumunun (50+50) 100 manat hissəsi tutularaq müvafiq hissədə onlara ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan (100+100) 200 (iki yüz) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh2, 100 (bir yüz) manat hissəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və Məmmədova (Abasova) Pərvin Süleyman qızından müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qismən təmin edilsin. İddiaçı Məmmədova (Abasova) Pərvin Süleyman qızının iddiası qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi, ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi - və buraxılış ili 2019-cu il olan İNFİNİTİ QX80 MİNİK markalı 99HH499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 buraxılış ili 2019cu il olan MİTSUBİSHİ L200 MİNİK markalı 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılsın və əldə edilmiş pul vəsaiti mülkiyyətçilərin paylarına mütənasib olaraq bölünsün. İddiaçı Cavabdeh2 iddiası rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçı Məmmədova (Abasova) Pərvin Süleyman qızının iddiaları qalan hissələrdə rədd edilsin. Cavabdeh2 digər iddiaçıların ödədiyi dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi tutularaq 50 (əlli) manat hissəsi İddiaçı1 və İddiaçı2, 50 (əlli) manat hissəsi isə Məmmədova (Abasova) Pərvin Süleyman qızına ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan (100+100) 200 (iki yüz) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh2, 100 (bir yüz) manat hissəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və Məmmədova (Abasova) Pərvin Süleyman qızından müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar