Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1012/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "Cavabdeh2si" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və "Cavabdeh2si" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti və "Cavabdeh2si" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi-mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 15.07.2010-cu il tarixdə, saat 18:30 radələrində “xxxx” ASC X12 Elektrik Şəbəkəsinin, Hacıqabul elektrik paylayıcı şəbəkəsində nəzarətçi işləyən mərhum əri X1 rayonu, 2-ci Meyniman kəndi yaxınlığında olan elektrik dirəyində iş görərkən, elektrik cərəyanının təsiri altına düşüb yerə yıxılaraq ölmüşdür. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14.10.2010-cu il tarilxi 12482 saylı rəylə müəyyən edilmişdir ki, hadisənin texniki səbəblərinin biri kimi, hadisə baş vermiş dirəkdə olan elektrik hava xəttini elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyasının aşağı gərginlikli tərəfində elektrik lövhəsi, ayırıcı (kommutasiya aparatı) və qoruyucular quraşdırılmadığı və bununla əlaqədar X6 Şəbəkəsinin rəisi M.Xanklişiyev tərəfindən “Elektrik qurğularının quraşdırma qaydalarının” 3.1.5, 3.1.8, 4.2.17 və 4.2.129cu bəndlərinin tələbləri pozulmuşdur. Bu cür pozuntular X3 ölümünə səbəb olmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi ilə bağlı onun və digər ailə üzvləri mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum ərinin ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq mənə, dəymiş mənəvi zərər cavabdeh X13 Cəmiyyətindən alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Habelə Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər ödənilərkən mənəvi və psixi iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib hallar nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Əlavə olaraq bildirik ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3.-ci maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə - iddiaçılar məhkəmə iddia qaldırarkən dövlət rüsumunun ödəməkdən azad edilmişdir. Mərhum ərinin öldüyündən qanunun tələbləri hazırkı iddiaya tətbiq edilməli və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti və "Cavabdeh2si" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 50000 manat kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ümumiyyətlə bu iş üzrə cavabdeh ola bilməz. İş materiallarından görünür ki, mərhum abonentlərdən birinin işığını borca görə kəsib, sonra həmin abonent borcunu ödəyib və ondan işığın bərpa olunmasını tələb edib. Rəydən görünür ki, mərhum həmin vaxt toyda olub və toydan çıxıb dirəyə qalxıb ki, işığı bərpa etsin. Bununla bağlı iş yerindən göstəriş olmayıb. Mərhum özbaşına və heç bir təhlükəsizlik tədbirləri görmədən dirəyə qalxıb. Həmin vaxtı toyda olubsa demək ki, iş fəaliyyəti dövründə olmayıb, rəhbərlik tərəfindən göstəriş olmadan öz təşəbbüsü ilə edib. Ölüm haqqında şəhadətnamədə ölüm səbəbi boğulma yazılıb, mütəxəssis olmadığı üçün elektiriklə boğulmanın əlaqəsini başa düşə bilməmişdir. Eyni zamanda onlarda olan məlumata əsasən onun kəskin tənəffüs çatışmazlığı problemi olub. İşçinin qeyri iş vaxtı, işəgötürənin tapşırığı olmadan, kənd sakininin tələbi əsasında, özbaşına və təhlükəsizlik tədbirləri görmədən dirəyə çıxması və ölməsinə görə işəgötürən məsuliyyət daşıya bilməz. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "Cavabdeh2si" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddianın əsassız olduğunu bildirmiş, bu səbəbdən də, təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddia ərizəsindən də göründüyü kimi 2010-cu ilin yeddinci ayında Ağayev Məhəmməd istehsalatda baş vermiş qəza nəticəsində vəfat etmişdir. Qarşı tərəf qeyd edəcək ki, məhkəmə hökmü yoxdur. Lakin qanunvericilikdə qeyd olunur ki, təhlükəli fəaliyyət nəticəsində hüquq pozuntusu törətmiş şəxs təhlükə mənbəyi ilə vurulmuş ziyanı ödəməlidir. O halda ödənişdən azad olunur ki, zərərçəkənin qəsdi olsun və yaxud qarşısı alınmaz qüvvə olsun. Bu iş üzrə hər iki hal yoxdur. Qarşı tərəf təqsirsiz olduğunu bildirsə əgər, bu zaman onların təqsirsiz məsuliyyəti yaranır. Qarşı tərəflər hadisənin zərərçəkənin qəsdi və yaxud qarşısı alınmaz qüvvənin təsiri ilə olduğunu sübut etdikləri halda məsuliyyətdən azad oluna bilərlər. Mənəvi zərərə isə münasibətdə qeyd etmişdir ki, iddiaçı mərhumun həyat yoldaşı olub. Onun ölümü, əsasəndə üzünün tanınmaz olması onda böyük stress, mənfi emosiyalar yaradıb. Bu səbəbdən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə əmək kitabçasının kserosurətindən görünür ki, X4 02.03.2010-cu il tarixdə “xxxx” MMC-nin Hacıqabul PEŞ-nin X14 nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. 03.08.2010-cu il tarixli əmrinə əsasən X5 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1 “e” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 01 avqust 2010-cu il tarixli AZ-İ № 425356 nömrəli X7 görünür ki, vətəndaş X5 15.07.2010-cu il tarixdə Asfiksiya səbəbindən vəfat etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı X5 "Cavabdeh2si" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hacıqabul elektrik paylayıcısı şəbəkəsində nəzarətçi vəzifəsində işləmişdir. İddiaçı 15.07.2010-cu il tarixdə vəfat etdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, həyat yoldaşının işlədiyi yerdə əmək vəzifələrini icra edərkən elektrik cərəyanının vurması nəticəsində öldüyünü bildirmişdir. Bu səbəbdən həyat yoldaşının elektrik cərəyanının vurulması nəticəsində vəfat etdiyi üçün vurulmuş ziyanın əvəzinin cavabdehdən tutulması xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi işçinin sağlamlığına vurulan ziyan üçün işəgötürən o halda məsuliyyət daşıyır ki, həmin ziyan işəgötürənin hüquqa zidd hərəkətləri nəticəsində dəysin. Hüquqa zidd hərəkətlər əməyin mühafizəsinin düzgün təşkil edilməməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün lazımi əmək şəraitinin yaradılmaması ola bilər. Beləliklə məhkəmə hesab edir ki, X5 iş vaxtından kənar şəxsi təhlükəsizliyinə riayət etmədən, təşkilatı və texniki tədbirlər görmədən işıq dirəyinə qalxaraq elektrik gərginliyinin altında təmir işləri apardığından ölümünə görə cavabdehin hər hansı təqsirinin olması müəyyən edilmədiyindən və bu halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1012/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1012/2021
21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver