Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-103/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx"nə, Cavabdeh2nə qarşı "əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx"nə və Cavabdeh2nə qarşı "əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinin 2013-cü il tarixinə olan likvid və bazar dəyərinin müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin N.789/2-396 saylı 10 yanvar 2007-ci il tarixli icra sənədi üzrə ”Qalib-A” şirkətinin "xxxx" ASC-nə olan borcunun ödənilməsi üçün İddiaçı məxsus olan, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinin, hərraca çıxarılması ilə əlaqədar "xxxx"nə göndərilmişdir. "xxxx"nə göndərilənə qədər qeyd olunan əmlaklara dair heç bir qiymətləndirmə olmamışdır. 22 iyun 2005-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən əmlaklara qoyulan qiymətlə 2 dekabr 2013-cü il tarixdə "xxxx"ndə hərraca çıxarılmış, təkrar hərracla 6051 (altı min əlli bir) manata ipotekasaxlayan "xxxx" ASC almışdır. Həmçinin Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsini də eyni tarixdə 22 iyun 2005-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən əmlaklara qoyulan qiymətlə 2 dekabr 2013-cü il tarixdə "xxxx"ndə hərraca çıxan çıxarılmış, təkrar hərracla 6051 (altı min əlli bir) manata ipotekasaxlayan "xxxx" ASC almışdır. Qeyd olunan əmlaklara dair "xxxx" ASC-nin adına çıxarış alınsa da bu günə qədər həmin əmlaklar mənim istifadəmdədir, sözü gedən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evində də hal-hazırda yaşayır. Cavabdeh2 1310 nömrəli, 21 avqust 2013-cü il tarixli sifariş məktubuna əsasən əmlakları qiymətləndirmə olmadan hərraca çıxarılaraq onun xəbəri olmadan "xxxx" ASC tərəfindən alınmışdır. Həmin vaxt bu işlə etibarnamə üzrə vəkil və hüquqşünaslar dırnaqarası məşğul olmuş, işinə səhlənkarcasına yanaşmışlar. O, sadə bir kənd sakini olduğundan işin hüququ tərəflərini bilmədiyindən aldanmışdır. Sonradan mötəbər hüquq qurumlarından öyrəndi ki, daşınmaz əmlakla bağlı iddia müddətsizdir. Hətta bu barədə məhkəmə qərarlarını da gördükdən sonra əmlaklarının qiymətləndirilməsi barədə iddia qaldırılması qərarına gəldi. Ümumiyyətlə, məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqlan ilə şəxsin əsas hüquqlanmn müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi?... Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9 A52, 1982); Elə həmin qərarda bir daha göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalarsa” ədalətli tarazlıq prinsipi pozulmuş olur; İqtisadi islahatların yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə pul ödənilməsinə haqq qazandıra bilməz. Onun əmlakları 2005-ci ildə "xxxx" ASC tərəfindən ipotekaya qoyularkən qiymətləndirilmiş, 2013-cü ildə isə 2005-ci ilin qiyməti ilə satılmışdır. Yəni aradan 8 il vaxt keçmiş, bazar qiymətləri dəyişmişdir. Onun evinin bazar dəyəri 2013-cü ildə 9490 (doqquz min dörd yüz doxsan) AZN yox, 160.000 (yüz altmış min) manat olmuş, həmçinin Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin də bazar dəyəri həmin vaxt 19000 (on doqquz min) yox, 450.000 (dörd yüz əlli min) manat olmuşdur. Ona görə də qeyd olunan əmlaklarla bağlı 2013-cü il tarixlə qiymətləndirmə aparılmalıdır. Çünki onun qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə verərək Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu, İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evinin 2013-cü il tarixinə olan likvid və bazar dəyərinin müəyyən olunmasına və "xxxx" MMC-də keçirilmiş hərracın nəticələrinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən sübutlardan göründüyü kimi, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu, İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evinin likvid və bazar dəyəri müəyyən edilmədən açıq hərracdan satışa çıxarılmışdır. Halbuki, “İpoteka haqqında” AR Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti-bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qeyd edilən əmlakların 01 yanvar 2013-cü il tarixinə likvid və bazar dəyəri müəyyən edilmədən qeyri-qanuni olaraq hərracdan satışa çıxarılmışdır. Bununla da əmlakların hazırki tarixə likvid və bazar dəyərinin müəyyən edilməsi və hərracın nəticələrinin etibarsız sayılmasının zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, qiymətləndirmə rəyi ilə tanış olmadığından mübahisələndirə bilmədi. Əmlakın likvid dəyəri ilə hərraca çıxarılması icra sənədində göstərilməyib. Həmin dövrdə iki mərtəbəli və sahəsi böyük olan mənzilin qiyməti çox aşağı göstərilib. Həmin dövrdə likvid qiymət müəyyənləşdirilsə idi, hal-hazırda mübahisə olmazdı. İcra hərəkətləri ilə qiymətləndirilmə həyata keçirilməyib və müqavilədə olan qiymətlə hərraca çıxarılıb. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, hazırki iddia tələbi üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğunu və məhkəmədə təkrarən işə baxıla bilməyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə, tərəfləri dinləyib, iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası 2 saylı yerli İqtisad Məhkəməsinin «31» oktyabr 2006-ci il tarixli, 789/2-396 saylı qətnaməsindən və 10 yanvar 2007-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh - "xxxx" Şirkətinə qarşı 50.000 (əlli min) manat kredit borcu və 3.500 (üç min beş yüz) manat faiz borcunun ödənilməsi və 01 iyun 2005-ci il tarixli 15/H-S/05 saylı kredit müqaviləsinin ləğv olunması tələbinə dair iş üzrə iddia təmin edilmiş, cavabdeh "xxxx" şirkətinin əsas borc üzrə 50.000 (əlli min) manat, faiz borcu üzrə 3.500 (üç min beş yüz) manat, cəmi 53.500 (əlli üç min beş yüz) manat məbləğində borcu İddiaçı məxsus dəyəri 19.000 (on doqquz min) manat məbləğində qiymətləndirilən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsinə və dəyəri 9.490 (doqquz min dörd yüz doxsan) manat məbləğində qiymətləndirilən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evinə və "xxxx" şirkətinin daşınar və daşınmaz əmlaklarına yönəldilərək onun hesabına ödənilməsi və 01 iyun 2005-ci il tarixli 150/H-S/05 saylı kredit müqaviləsinin ləğv edilməsi, qətnamənin icrasının təmin edilməsi üçün ipoteka qoyulmuş əmlaklara həbs qoyulması qət edilmişdir. -Tovuz Rayon Məhkəməsinin 2(62)-802/2014 saylı iş üzrə 30 iyun 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər-X17, X6, Adil ova Ülviyyə Əlixan qızına, X9, X13, X2, X10 və X14 qarşı «fərdi yaşayış evinin boşaldılaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Tovuz rayonunun İbrahimhacılı kəndində yerləşən fərdi yaşayış evinə olan sahiblik və istifadə hüquqlarına xitam verilməsi, pasport qeydiyyatının ləğvi, həmin fərdi yaşayış evinin boşaldılaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiası təmin edilərək, X15, X4, X5, X7, X11, X1, X8 və X12 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, Tovuz rayonunun İbrahimhacılı kəndində 0,0684 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilmiş, həmin evin boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1353/2015 saylı iş üzrə 22 may 2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli Y-348 №-li və Y-349 №-li protokolların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2016-cı il tarixli 2(102)-749/2016 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MKnın 07 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Hacıyev, hakimlər R.Qurbanov və E.Nəbiyev, İş № 2(103)-6185/2015) Səbail Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qərardan verilmiş İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6185 saylı 07 oktyabr 2015-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin Tovuz filialının adına qeydiyyatdan keçmiş, daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına qeydiyyatdan keçmiş, daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2023-cü il tarixli, 10/2626 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş Tovuz rayonu Abdulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin 2022-ci il üzrə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 68000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 61000 manat məbləğində müəyyən edilmiş, Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evinin 2022-ci ilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 107000.0 manat, likvid dəyəri isə təqribən 96000.0 manat məbləğində müəyyən edilmişdir. Yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ sahələrinin və sairinin 2013-cü ildə mövcud olmuş alqı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqatlar aparılmadığından, Tovuz rayonu, Abdulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evinin 2013-cü il üçün bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatını dəyəri 100 (yüz) manat təşkil etmişdir. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli Y-348 №-li və Y-349 №-li protokolların etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1353/2015 saylı iş üzrə 22 may 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilmiş və yuxarı instasiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəyə minmişdir. Həmin qətnamədə əks olunmuş iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı digər hallarla yanaşı, əmlakın dəyərini də həmin işdə mübahisələndirmişdir. Göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli Y-348 №-li və Y-349 №-li protokolların etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırda, İddiaçı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx"nə və Cavabdeh2nə qarşı "əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılmasına dair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinin 2013-cü il tarixinə olan likvid və bazar dəyərinin müəyyən olunmasına və "xxxx" MMC-də keçirilmiş hərracın nəticələrinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda təkrarən mübahisələndirdiyi hərracın nəticələri haqqında protokolun etibarsızlığı ilə bağlı tələbə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən hazırki iddiaya həmin hissədə baxıla bilməz. Həmin qətnamənin məzmunu ilə müəyyən edilir ki, iddia ərizəsində əmlakın qiyməti ilə bağlı hallar da mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə gəlinən nəticə əmlakın dəyəri ilə bağlı mübahisəni də əhatə etmişdir. Odur ki, iddianın “əmlakın 2013-cü il tarixinə olan likvid və bazar dəyərinin müəyyən olunmasına” dair hissəsinə də ayrıca iddia icraatı qaydasında baxılmasını məhkəmə mümkün hesab etmir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. Odur ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx"nə və Cavabdeh2nə qarşı "əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılmasına dair" tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutulmaqla müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 261.0.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx"nə və Cavabdeh2nə qarşı "əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılmasına dair" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardadın iş üzrə icraatın dayandırılmasına aid hissəsindən rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-103/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-103/2023
13.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver