Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1034/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İşHakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı kompensasiya tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı kompensasiya tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayraq Səbail rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsində cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Q.Abbsov 29, Bayıl Plaza kimi göstərmişdir. Lakin məhkəmə tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsilə cavabdeh hüquqi şəxs Cavabdeh1 MMC-nin hüquqi ünvanının ünvan 3indən məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmişdir. Hakim qeyd edir ki, cavabdehin hüquqi ünvanının aid olduğu yer Səbail rayonu deyil, Nəsimi rayonuna aiddir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxsə qarşı iddia onun hüquqi ünvanı üzrə məhkəməyə verilir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3 maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı kompensasiya tələbi dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1034/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1034/2023
20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver