Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1048/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin “internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması” barədə ərizəsi üzrə (maraqlı şəxs “Maraqlı şəxs internet informasiya ehtiyatının sahibi göstərilən) mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması” barədə ərizə ilə (maraqlı şəxs “Maraqlı şəxs internet informasiya ehtiyatının sahibi göstərilən) məhkəməyə müraciət edərək “Maraqlı şəxs” internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X2 Dövlət Xidməti” - tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) ünvanlanmış “xxxx” QSC-nin müvafiq internet informasiya ehtiyatının ölkə ərazisində fəaliyyəti ilə bağlı müraciəti barədə xx xxxxxx 2021ci il tarixli AİBNDX-05/01-3/112 nömrəli məktubda Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının satıcısına məxsus (http://www.kofsent.comMaraqlı şəxs) internet informasiya ehtiyatlarına ölkə ərazisində girişin məhdudlaşdırılması xahiş olunmuşdur. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 53-1.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində idman mərc oyunlarının satıcısı idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, idman mərc oyunlarının təşkili və həyata keçirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən “xxxx” QSC xx xxxxxxxx 2010cu il tarixində akkreditasiya edilmişdir. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2009-cu il tarixli 147 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının İnternet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılmışdır. “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1 fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2018-ci il tarixli 276 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlanılmadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün tədbirlərin görülməsini təmin etmək səlahiyyəti verilmişdir. Maraqlı şəxsə domen adının “Whois” sistemindən əldə olunmuş qeydiyyat məlumatlarında göstərilən elektron poçt ünvanlarına xx xxxx 2021-ci il tarixində edilmiş müraciətlər nəticəsiz qalmış, xəbərdarlıq məktubundan sonra heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X4 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxx” QSC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X2 Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" QSC (bundan sonra - Cəmiyyət) hazırda Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarının operatoru qismində qanuni fəaliyyət göstərən yeganə hüquqi şəxsdir. Belə ki, idman mərc oyunları "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 53-1ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs tərəfindən seçirilə bilər və yalnız Cəmiyyət Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu cür akkreditasiyadan keçmişdir. İdman mərc oyunlarından əldə edilən dövriyyədən dövlət büdcəsinə vergilər, bədən tərbiyəsi və idmanın inkişafına vəsaitlər, iştirakçılara uduşlar və ticarət nümayəndələrinə komissiyalar ödənilir. Beləliklə, idman mərc oyunlarının həyata keçirilməsindən əldə olunan vəsaitlər hesabına dövlət büdcəsinə və bədən tərbiyəsi və idmanın inkişafına maliyyə mənbəyi yaradılmışdır. Buna baxmayaraq, ölkədə qanunsuz mərc oyunlarının təşkili və təşviqi ilə bağlı hallara tez-tez rast gəlinir. Xüsusən də qanunvericiliklə tələb olunan icazəsi olmadan əsasən xaricdən idarə edilən mərc saytları vasitəsilə kütləvi şəkildə pul qoyuluşları edilir. Bu cür hallar nəinki cinayət qanunvericiliyi ilə qadağan olunan idman mərc oyunlarının qanunsuz təşkilinə gətirib çıxarır, eyni zamanda son mülkiyyətçiləri bəlli olmayan mərc saytlarının sahiblərinin qanunsuz şəkildə mənfəət əldə edilməsinə səbəb olur. Azərbaycan ərazisində yaradılmış internet informasiya ehtiyatları vasitəsilə qeyri-qanuni idman mərc oyunları təşkil edən şəxslərin reklamları yayımlanmaqdadır. Tərəfimizdən aparılmış araşdırma nəticəsində ölkə ərazisində bu cür qanunsuz mərc saytlarını reklam edən və onlara pul qoyuluşlarını təşviq edən bir sıra internet informasiya ehtiyatları müəyyən edilmişdir. Bu internet informasiya ehtiyatlarının adları və onların saytından çıxarış edilmiş şəkillər (screenshot) hazırkı məktuba əlavə olunur. Qanunsuz mərc oyunlarını reklam etməklə, həmin internet informasiya ehtiyatlarının sahibləri "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozurlar. Belə ki, həmin Qanunun 32.1-ci maddəsinə görə idman mərc oyunlarının reklam sifarişçisi qismində yalnız müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi) akkreditasiyadan keçmiş idman mərc oyunlarının operatoru çıxış edə bilər. Həmin Qanunun 32.7-ci maddəsinə müvafiq olaraq keçirilməsi "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş lotereyaların reklamına yol verilmir. Həmçinin bu cür məlumatların yerləşdirilməsinə yol verilməməsi "İnformasiya, informasıyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri ilə də müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 13-2.3-cü maddəsinə müvafiq olaraq İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiya növlərindən biri də qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlardır (13-2.3.7-ci maddə). "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-İVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015ci il tarixli 554 No-li Fərmanına əsasən "Reklam haqqında" Qanunun 34.2-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi çıxış edir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Forması ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X2 Dövlət Xidmətinin Əsasnaməsi"nə əsasən reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərinə daxildir. Göstərilənlərı nəzərə alaraq, qanunsuz idman mərc oyunlarını reklam edən şəxslər tərəfindən qanunazidd əməllərin törədilməsinin qarşısının alınması və onlar barəsində qanunvericilik çərçivəsində tələb tədbirlərin görülməsi barədə göstəriş verməyi xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X2 Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinə ünvanladığı xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, Kütləvi informasiya vasitələrində qanunsuz idman mərc oyunlarının reklamı və təşkili ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X2 Dövlət Xidmətinə xxxx” QSC-nin müraciəti daxil olmuşdur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -ci maddəsinə əsasən idman mərc oyunlarının, lotereyaları (stimullaşdırıcı lotereya istisna edilməklə) reklamının sifarişçisi qismində müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş idman mərc oyunlarının operatoru və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş lotereya təşkilatçısı çıxış edir. Həmin Qanunun 32.7-ci maddəsinə əsasən keçirilməsi Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və “Lotereya haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş lotereyalarının reklamına yol verilmir. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər loteıeyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 414 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilmişdir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanır və yayılır. “Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinə əsasən isə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu ilə tənzimlənir. Həmçinin “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-3.1-ci və 13-3.2-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 729 nömrəli Fərmanına əsasən həmin Qanunun 13-3.1-ci və 13-3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir. Qeyd olunanları nəzərə alaraq, “xxxx” QSC-nin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X2 Dövlət Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli müraciətini (daxilolma qeydiyyatı: 5/397, xx.xx.2021-ci il) mahiyyəti üzrə baxılması üçün "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən aidiyyəti üzrə təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyi tərəfindən “Maraqlı şəxs” internet saytının mail ünvanına jöndərilmiş xx xxxx 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "http://www.kofsent.comMaraqlı şəxs" internet informasiya ehtiyatında və saytın mobil versiyasında qanunsuz idman mərc oyunlarının reklamı ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X2 Dövlət Xidməti tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub ünvanlanmışdır. Bildirirlər ki, "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun 53-1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində idman mərc oyunlarının satıcısı idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərməlidir, "http://www.kofsent.comMaraqlı şəxs" internet informasiya ehtiyatında və saytın mobil versiyasında reklam olunan idman mərc oyunlarının satıcısı idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamamışdır. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 32.7-ci maddəsinə əsasən keçirilməsi "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş lotereyalarının reklamına yol .erilmir. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 414 nömrəli Qərarı ilə təsdiq edilmiş "Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilmişdir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində reklam "Reklam haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanır və yayılır. "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmçinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.7-ci bəndinə əsasən qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar yayılması qadağan edilən məlumatlardır. Bildirirlər ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatında yayımlandıqda həmin Qanunun 13.3-cü maddəsinə əsasən xəbərdarlıq edildikdən 8 saat ərzində həmin internet informasiya ehtiyatından yayılması qadağan edilən informasiyalar götürülmədikdə internet informasiya ehtiyatına girişin məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, "http://www.kofsent.comMaraqlı şəxs" internet informasiya ehtiyatından qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən reklam banerlərinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə götürülmədiyi təqdirdə həmin internet informasiya ehtiyatlarının Azərbaycan Respublikası ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nın 355-20.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-20.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 53-1.6cı maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində idman mərc oyunlarının satıcısı idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2009-cu il tarixli 147 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının İnternet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılmışdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 729 nömrəli Fərmanına əsasən həmin Qanunun 13- 3.1-ci və 13-3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1 fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2018-ci il tarixli 276 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlanılmadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün tədbirlərin görülməsini təmin etmək səlahiyyəti verilmişdir. Maraqlı şəxsə domen adının “Whois” sistemindən əldə olunmuş qeydiyyat məlumatlarında göstərilən elektron poçt ünvanlarına xx xxxx 2021-ci il tarixində edilmiş müraciətlər nəticəsiz qalmış, xəbərdarlıq məktubundan sonra heç bir tədbir görülməmişdir. Müəyyən edilmişdir ki, "xxxx" QSC (bundan sonra - Cəmiyyət) hazırda Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarının operatoru qismində qanuni fəaliyyət göstərən yeganə hüquqi şəxsdir. İdman mərc oyunları "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 53-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs tərəfindən keçirilə bilər və yalnız Cəmiyyət Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu cür akkreditasiyadan keçmişdir. İdman mərc oyunlarından əldə edilən dövriyyədən dövlət büdcəsinə vergilər, bədən tərbiyəsi və idmanın inkişafına vəsaitlər, iştirakçılara uduşlar və ticarət nümayəndələrinə komissiyalar ödənilir. Beləliklə, idman mərc oyunlarının həyata keçirilməsindən əldə olunan vəsaitlər hesabına dövlət büdcəsinə və bədən tərbiyəsi və idmanın inkişafına maliyyə mənbəyi yaradılmışdır. Buna baxmayaraq, ölkədə qanunsuz mərc oyunlarının təşkili və təşviqi ilə bağlı hallara tez-tez rast gəlinir. Xüsusən də qanunvericiliklə tələb olunan icazəsi olmadan əsasən xaricdən idarə edilən mərc saytları vasitəsilə kütləvi şəkildə pul qoyuluşları edilir. Bu cür hallar nəinki cinayət qanunvericiliyi ilə qadağan olunan idman mərc oyunlarının qanunsuz təşkilinə gətirib çıxarır, eyni zamanda son mülkiyyətçiləri bəlli olmayan mərc saytlarının sahiblərinin qanunsuz şəkildə mənfəət əldə edilməsinə səbəb olur. Azərbaycan ərazisində yaradılmış internet informasiya ehtiyatları vasitəsilə qeyri-qanuni idman mərc oyunları təşkil edən şəxslərin reklamları yayımlanmaqdadır. Aparılmış araşdırma nəticəsində ölkə ərazisində bu cür qanunsuz mərc saytlarını reklam edən və onlara pul qoyuluşlarını təşviq edən bir sıra internet informasiya ehtiyatları müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "http://www.kofsent.comMaraqlı şəxs" internet informasiya ehtiyatından qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən reklam banerlərini yerləşdirilmişdir. Qanunsuz mərc oyunlarını reklam etməklə, həmin internet informasiya ehtiyatlarının sahibləri "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozurlar. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən idman mərc oyunlarının, lotereyaları (stimullaşdırıcı lotereya istisna edilməklə) reklamının sifarişçisi qismində müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi) orqanı tərəfindən akkreditasiya olunmuş idman mərc oyunlarının operatoru və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş lotereya təşkilatçısı çıxış edir. Həmin Qanunun 32.7-ci maddəsinə əsasən keçirilməsi “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və “Lotereya haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş lotereyalarının reklamına yol verilmir. Həmçinin bu cür məlumatların yerləşdirilməsinə yol verilməməsi "İnformasiya, informasıyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri ilə də müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 13-2.3-cü maddəsinə müvafiq olaraq İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən həmin informasiya ehtiyatında (informasiyatelekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiya növlərindən biri də qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlardır (13-2.3.7-ci maddə). "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-İVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 554 No-li Fərmanına əsasən "Reklam haqqında" Qanunun 34.2-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi çıxış edir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Forması ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X2 Dövlət Xidmətinin Əsasnaməsi"nə əsasən reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərinə daxildir. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 414 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilmişdir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanır və yayılır. “Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 19-1ci maddəsinə əsasən isə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu ilə tənzimlənir. Həmçinin “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-3.1-ci və 13-3.2-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda qeyd edilən internet informasiya ehtiyatına – “http://www.kofsent.comMaraqlı şəxs” saytına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edilir və həmin müraciətlərin məhdudlaşdırılması hər hansı şəxsin Konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 50-ci maddəsinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Digər tərəfdən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 236-İİQ№-li Qanununa əsasən ölkəmizin qoşulduğu həmin Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. İstinad olunan Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyanın tələblərindən də göründüyü kimi, fikir və söz azadlığı həyata keçilməsi digər hallarla yanaşı mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün də məhdudlaşdırıla bilər. Bundan başqa məhkəmə qeyd edir ki, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»a görə, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qorunması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər (19-cu maddə). Beləliklə məhkəmə hesab edir ki, "http://www.kofsent.comMaraqlı şəxs" internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiya növlərindən biri olan qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlarreklamlar banerlərinin mar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən reklam banerlərinin yerləşdirilməsi, bununla da yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinin pozulması halı təsdiq olunduğundan, qanunun tələbləri baxımından yuxarıda qeyd edilən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı verilmiş ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 355-22-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Maraqlı şəxs” internet informasiya ehtiyatına müraciətlərin edilməsi məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1048/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1048/2021
19.03.2021 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver