Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1048/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Səbail rayon Məhkəməsinin icraatında 2(009)- 1215/2025 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. AR MPM-nin 169.3-cü madəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hər iki iddia ərizəsi üzrə tərəflər eyni olduğundan, eyni zamanda hazırki iddianın predmetini təşkil edən tələb, yəni cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququnun itirilməsilə bağlı qaldırılan tələb, İddiaçı tərəfindən M.Rüstəmovaya verilmiş etibarnamə əsasında onun qeydiyyatda olduğu ünvandan çıxarılması ilə bağlı məhkəməyə və hüquq mühafizə orqanlarında müraciət etmək üçün səlahiyyət verdiyindən və həmin etibarnamə də Cavabdeh tərəfindən qaldırılan tələbdə mübahisələndirildiyindən bununla da həmin iddialara bir icraata baxılması məqsədəmüvafiq olduğundan, həmin mülki işlər baxılması üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki işlərin bir icraata birləşməsi barədə qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şhikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasyai şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 169.3-cü maddəsinə əsasən məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işlərin birləşdirilməsi barədə qərardaddan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 169.3-cü maddəsinə əsasən eyni tərəflərin iştirak etdiyi işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı dəymiş mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş məhkəmənin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair 2(009)-1215/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1048/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1048/2025
12.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver