Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1077/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “pulun qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “pulun qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan nisyə olaraq aldığı qızıl-zinyət əşyalarına görə 26000 (iyirmi altı min) manat pulun, əldən çıxmış fayda olaraq ona vurulmuş maddi zərərə görə 5000 (beş min) manat pulun və ona vurulmuş mənəvi zərər olaraq 7000 (yeddi min) manat pulun, həmçinin hüquqi xidmətə görə Vəkil Bürosuna ödədiyi 100 (bir yüz) manat və pulun ödədiyi 30 (otuz) manat dövlət rüsumunun ümumilikdə 38130 (otuz səkkiz min bir yüz otuz) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, qızı X4, azyaşlı nəvəsi və oğlu ilə birlikdə yaşayır. Qızı Cavabdeh adlı şəxs ilə rəfiqə olduğundan və münasibətləri normal olduğundan o, da həmin şəxsi tanımışdır. Cavabdeh 2019-cu ilin sentyabr ayında qızı Gülnarəyə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində olan mənzilin sənədləşdirilməsi üçün təcili pul lazım olduğunu və ona kömək edərsə qısa vaxta onun pulunu qaytaracağını bildirərək qızı Gülnarə Hüseynovadan özünün qızıl əşyalarına görə və uşağı üçün hər ay aliment pulu olaraq illərlə yığıb saxladığı pulu 2019-cu ilin sentyabr ayında 10000 (on min) manat bir, dekabr ayında isə 8000 (səkkiz min) manat olmaqla ümumilikdə 18000 (on səkkiz min) manat pul almışdır. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən evlərinin sənədini düzəldib, satıb Gülnarənin pulunu qaytaracağını vəd vermişdir. Həmin pulu Cavabdeh yaşadığı evdən gəlib apararkən o, da bu söhbətlərdən xəbərdar olmuşdur. Bu tanışlıqdan istifadə edən Cavabdeh onun da etibarından sui-istifadə edərək qızıl almaq istəyən tanışlarının olduğunu, qruplarda çoxlu qadın tanışlarının olduğunu və əgər ona qızıl-zinyət əşyaları satmaq üçün verərsə bu yolla həmin qızıl-zinyət əşyalarını satıb özünə də pul götürüb, ondan nisyə olaraq götürdüyü satacağı qızıl-zinət əşyalarına görə onun da pulunu qaytaracağını bildirərək 2019-cu ilin sentyabr ayından bəri hissəhissə almaqla 750 əyarlı İtaliya Respublikasının istehsalı olan ümumilikdə 30000 (otuz min) manat dəyərində qızıl zinyət əşyalarını pulunu ödəmədən nisyə olaraq apararaq, cəmi 4000 (dörd min) manat qaytarmaqla, qalan 26000 (iyirmi altı min) manat dəyərində olan qızıl zinət əşyalarını etibarından sui istifadə edib ələ keçirməklə ona qarşı da dələduzluq etmişdir. O, 04 mart 2020-ci il tarixində qızı X4 ilə birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis idarəsində Babək adlı təhqiqatçının yanında olaraq şikayət ərizəsi ilə müraciət etmək istədiyini və Cavabdeh adlı şəxsin onların etibarından sui-istifadə edərək ona və qızı Gülnarə Hüseynovaya qarşı pul və qızıl-zinyət əşyalarını dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə bağlı cinayət işi başlanılması barədə şikayət ərizəsi yazmaq istədiyini bildirmişlər. Babək adlı polis əməkdaşı qızı Gülnarə Hüseynova adından yazdığı şikayət ərizəsini qəbul edərək ona şikayət ərizəsi yazmağa imkan verməmiş və “Siz bir evi təmsil edirsiniz şikayət bu formada yazılmalıdır” cavabını demişdir. Hansı ki, dələduz Cavabdeh onun qızı Gülnarə Hüseynova ilə rəfiqə münasibətindən istifadə edərək qızına məxsus 18000 (on səkkiz min) manat pulunu dələduzluq yolu ilə ələ keçirməsini, onun isə etibarından sui-istifadə edərək 26000 (iyirmi altı min) manat qızıl zinyət əşyalarını dələduzluq edərək ələ keçirməsi barədə şikayət ərizəsini yalnız qızı Gülnarə Hüseynovaya imza etdirməklə düzgün olmayaraq qeydiyyatdan keçirtmiş, onun şikayət ərizəsi isə ümumiyyətlə alınmamış və araşdırılmamışdır. Bu barədə onun Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna və Azərbaycan Respublikası Baş Prokurorluğuna çoxsaylı şikayət ərizələri də mövcuddur. Daha sonra şikayət ərizəsi araşdırılması üçün Bakı şəhəri Nəsimi Rayon İstintaq şöbəsinin müstəntiqi X6 verilmişdir. X7 isə vətəndaş Cavabdeh ilə cinayət əlaqəsinə girərək, maddi maraqlarını üstün tutaraq elə bil belə də olmalıymış kimi, dələduz Cavabdeh dələduzluq əməllərinə müsbət don geyindirərək 01 aprel 2020-ci il tarixində barəsində cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar verərək, şikayət ərizəsini əlehimizə olaraq rədd etmişdir. Qeyd etmək istəyir ki, 20 mart 2020-ci il tarixli araşdırma ərəfəsində X8 onun təqdim edəcəyi heç bir şahidi dindirməmiş, Cavabdeh dələduzluq əməllərini ifşa edən heç bir hərəkət etmədən yalnız dələduz Cavabdeh barəsində olan şikayəti rədd etməklə əlehinə qərar verməklə kifayətlənmişdir. Onun təqdim edəcəyi şahid ifadələri, disk yazılar, mənə və qızı Gülnarə Hüseynovaya qarşı dələduzluq edən Cavabdeh X7 tərəfindən öyrədilən izahatlarının tam əksini deyir. Bu kimi ziddiyyətlərin araşdırılması üçün o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi İslam Mürsəlovun 01 aprel 2020-ci il tarixli qanunsuz və ədalətsiz qərarı ilə razılaşmayaraq həmin qərarın ləğv olunmasını və Cavabdeh dələduzluq əməllərinə cinayət işi olaraq qanuni və hüquqi baxımından obyektiv və ədalətli qiymət verilməsini yuxarı aidiyyatı instansiyalardan və prokurorluq orqanlarından dəfələrlə tələb və xahiş etmişdir. Daha sonra etdiyi şikayət ərizələri təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi İslam Mürsəlovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 aprel 2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan Bakı şəhər Nəsimi Rayon Prokurorluğu tərəfindən 09 sentyabr 2020-ci il tarixində ləğv edilmiş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə əlavə yoxlama aparılması üçün göndərilmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin başqa bir müstəntiqi Tağı Tağıyev araşdırmanı öz üzərinə götürərək növbəti qanunsuzluğa əl ataraq birinci şikayətçi olaraq onu və yaxud zərər görmüş insanları dəvət etməkdənsə ona qarşı dələduzluq edən Cavabdeh çağırtdıraraq, telefon vasitəsilə onun qarışmamağını, əvvəlcə qızı Gülnarə Hüseynovadan dələduz Cavabdeh dedikləri cavablara uyğun suallara cavabları soruşmağa cəhd etmişdir. O, pozuntu olaraq müstəntiqin birinci olaraq Cavabdeh çağırmağına etirazını və iradını bildirərək ilkin olaraq onu və qızı Gülnarə Hüseynovanı çağırılmalı olduğunu bildirmişdir. Materialı birtərəfli qaydada araşdıran Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Tağı Tağıyevdə onun şikayət ərizələri üzrə cinayət işinin başlanmasını 29 sentyabr 2020-ci il tarixində rədd etmişdir. O, həmin 29 sentyabr 2020-ci il tarixli qərardan da dəfələrlə yuxarı prokurora və instansiyalara da şikayət ərizələri ilə müraciət etmişdir. Cavabdeh 2019-cu ilin sentyabr ayından bəri onun etibarından sui-istifadə edərək qızıl almaq istəyən tanışlarının olduğunu, qruplarda çoxlu qadın tanışlarının olduğunu və əgər ona nisyə olaraq qızıl-zinyət əşyaları satmaq üçün verərsə bu yolla həmin qızıl-zinət əşyalarını satıb özünə də xeyir olaraq pul götürüb, ona da satdığı qızıl əşyalarına görə pulunu verəcəyini bildirərək 2019-cu ilin sentyabr ayından bəri hissə-hissə almaqla 750 əyarlı İtaliya Respublikasının istehsalı olan ümumilikdə 30000 (otuz min) manat dəyərində qızıl zinyət əşyalarını nisyə, pulunu ödəmədən apararaq, cəmi 4000 (dörd min) manat qaytarmaqla, qalan 26000 (iyirmi altı min) manat dəyərində olan qızıl zinyət əşyalarını etibarından sui-istifadə etməklə ələ keçirməklə ona qarşı da dələduzluq etmişdir. Cavabdeh dəfələrlə ona etdiyi zənglərə cavab verməyərək, ondan qaçıb gizlənməkdədir. Bu səbəbdən o, hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciətlər etməyə başlamışdır. Həmçinin pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə olunması məqsədilə, cavabdehdən ondan nisyə olaraq götürdüyü qızıl-zinyət əşyalarının və yaxud onlara görə ödəməli olan pulu, ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin məhz məhkəmə qaydasında alınması üçün iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin bu pulu ondan alıb qaytarmamasını təsdiqləyən şahidləri də mövcuddur. Cavabdeh qızı Gülnarə Hüseynova ilə olan rəfiqəlik münasibətindən sui-istifadə edərək ona və ailəsinə qarşı belə bir vicdansızlıq və dələduzluq etmişdir. Cavabdeh qızı Gülnarə Hüseynovanın evi, uşağı üçün yığıb saxladığı son qəpiyinə kimi olan məbləği və onun ailə üzvlərisini dolandırmaq üçün satmaqla pul qazandığı qızıl-zinyət əşyalarını ona qarşı aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Ona görə cavabdehin onu çətin vəziyyətdə saxlayıb, qaçıb gizlənməsinə görə cavabdehin Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi qarşısında cəzalandırılmasında çox israrlı və maraqlıdır. Həmin 26000 manat pulun Cavabdeh qalması nəticəsində ona 5000 (beş min) manat maddi və 7000 (yeddi min) manat da mənəvi zərər vurulmuşdur. Belə ki, cavabdehdə qızı-zinət əşyalarının və yaxud pulunun qaldığı müddətdə özündə olardısa o, həmin məbləği ticarət sahəsində özü sərbəst dövriyyə etdirsəydi ən azı o, həmin pulu 5000 (beş min) manat artıra bilərdi. Həmçinin bu müddət ərzində cavabdehi axtarmağı, etdiyi zənglərə və onun ünvanına getmək üçün taksilərə xərclədiklərini, keçirdiyi əsəb və stress, iynə dərmanlara xərclənmiş pulları da ümumilikdə 7000 (yeddi min) manat mənəvi zərər olaraq dəyərləndirir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş 01.04.2020-ci il tarixli cinayət işinin başlamasını rədd edilməsi barədə qərardan görünür ki, Nəsimi RPİ-də toplanmış HK-1/121 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən X3 ünvanlanmış 29.04.2020-ci il tarixli məktubun surətindən görünür ki, Nəsimi RPİ-yə etdiyi müraciət əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın surəti ona göndərilməklə nəzərinə çatdırılır ki, qərardan narazı olduğu təqdirdə Azərbaycan Respublikası CPM-nin 122 və 282-ci maddələrinin tələbləri qaydasında onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon Prokurorluğuna və Nəsimi rayon Məhkəməsinə şikayət etmək hüququ vardır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Əliyev tərəfindən qəbul edilmiş 09.09.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərardan görünür ki, vət.X1 şikayət ərizəsi əsasında toplanmış 534/20 saylı material üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi İslam Mürsəlovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01.04.2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və material əlavə yoxlama aparılması üçün Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X12 tərəfindən qəbul edilmiş 29.09.2020-ci il tarixli cinayət işinin başlamasını rədd edilməsi barədə qərardan görünür ki, Nəsimi RPİ-də toplanmış HK- 1/121 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ondan nisyə olaraq aldığı qızıl-zinyət əşyalarına görə 26000 (iyirmi altı min) manat pulun, əldən çıxmış fayda olaraq ona vurulmuş maddi zərərə görə 5000 (beş min) manat pulun və ona vurulmuş mənəvi zərər olaraq 7000 (yeddi min) manat pulun, həmçinin hüquqi xidmətə görə Vəkil Bürosuna ödədiyi 100 (bir yüz) manat və pulun ödədiyi 30 (otuz) manat dövlət rüsumunun ümumilikdə 38130 (otuz səkkiz min bir yüz otuz) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişdir. Məhkəmə iddiaçının dəlillərini iş materialları ilə müqayisəli şəkildə təhlil etməklə hüquqi qiymət verərək, qanunvericiliyin tələbini də nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı nisyə olaraq 30000 manat dəyərində qızıl-zinyət əşyaları alması və aldığı qızılzinət əşyalarına görə 26000 (iyirmi altı min) manat borcunun qalması halı öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı 30000 (otuz min) manat dəyərində qızıl-zinət əşyalarını Cavabdeh verməsi və həmin qızıl-zinət əşyalarının dəyərindən 26000 (iyirmi altı min) manat borcun qalması hallarını təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslı olmasına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş və buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əlavə olaraq irəli sürülən dəlillərin (maddi və mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası MPM-nin 119.1 və 121-ci maddələrinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia təmin olunmadığı halda ödənilmiş dövlət rüsumu və nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclər iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – Cavabdeh qarşı “pulun qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı “pulun qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1077/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1077/2021
11.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver