Məhkəmə qərarları › İş №2(009)-1088/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1088/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1088/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı - Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh olan xanım Cavabdeh-nun iddiaçıya 817 manat maddi zərərin, 1000 manat mənəvi zərərin ödənilməsi və iddiaçının vizasının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının üzv olduğu “Diplomatik əlaqələr haqqında” 1961ci il, aprel ayının 18-də Vyanada Birləşmiş Millətlər Təşkilatının Konfransında qəbul edilmiş Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndinə əsasən: Diplomatik agent yerləşmə dövlətinin cinayət yurisdiksiyasından immunitetindən istifadə edir. O, həmçinin aşağıda göstərilən hallardan başqa mülki və inzibati yurisdiksiya immunitetindən də istifadə edir: a) Yerləşmə dövlətində olan şəxsi daşınmaz əmlaka aid mülkiyyət iddiası, əgər bu əmlak akkreditə edən dövlətin adından nümayəndəliyin məqsədləri üçün alınmayıbsa; b) Diplomatik agentin akkreditə edən dövlətin adından deyil, adi şəxs kimi vəsiyyətin icraçısı, vərəsəlik mülkiyyətinin qəyyumu, varis və ya vərəsəni alan şəxs qismində çıxış etdiyi vərəsəlik iddialarında; c) Diplomatik agentin yerləşmə dövlətində özünün rəsmi funksiyaları hüdudlarından kənar yerinə yetirdiyi istənilən peşə və ya kommersiya fəaliyyətinə aid iddialar. Göründüyü kimi hal hazırki iddianın mahiyyəti Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndində göstərilən istisna hallara aid deyildir. Həmçinin Cavabdeh Vyana Konvensiyasının 32-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan yurisdiksiyaya qarşı immunitetdən imtina etməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263,264 266-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı - Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi: **********) iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar