Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1088/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz yolla əldə etdiyi 4500 manat məbləğini, eləcə də mənəvi zərər və nəqliyyat xərcləri ilə bağlı çəkilmiş 550 manat kompensasiyanı ödəməyə məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində oğlunun vəziyyətini öyrənmək və ona dəstək olmaq üçün 10 saylı cəzaçəkmə müəssisəsinə getmişdir. Orada tanımadığı bir şəxs ona yaxınlaşaraq özünü İlham Əliyev kimi təqdim etmişdir. Onun sözləri ilk anda ona sanki bir ümid işığı kimi gəlmişdir. Ona demişdir ki, oğlunun cəza müddətini qanuni yollarla azaltmaq mümkündür. O, özünü Prezident Aparatının işçisi kimi tanıtmış və bildirmişdir ki, dövlət qurumlarında tanışları var, bu məsələlərlə məşğul olan şəxslər var və əgər ona 4500 manat pul verərsə, oğlunun azadlığa çıxması üçün hər şeyi qanun çərçivəsində həll edəcək. O, onu tam səmimiyyətlə inandırmağa çalışmışdır ki, hər şey qanuni və doğru yolla olacaq. Bir ana olaraq oğlunun çəkdiyi əzabları azaltmaq üçün hər şeyi etməyə hazır idi. Buna görə də, bu təklifi qəbul etmişdir. xx.xx.2025-ci ildə oğlu Elçinlə birlikdə Milli Məclisin yaxınlığında onunla görüşmüş və razılaşdırdıqları 4500 manat məbləğini ona vermişlər. O, ona demişdir ki, xx.xx.2024-cü il tarixində oğlu azad ediləcək. Lakin nəhayət, xx.xx.2024-cü ildə onlar onunla əlaqə saxlamağa çalışmış, amma telefonu açmamışdır. Dəfələrlə etdikləri zənglər də nəticəsiz qalmışdır. Bu vəziyyətin ardından onlar başa düşmüşlər ki, bu şəxs onları aldatmışdır. Həmin vaxt dərhal 102 xidmətinə zəng edərək başlarına gələnləri bildirmiş və araşdırmalar başlamışdır. Araşdırmalar nəticəsində bu şəxsin həqiqi adı İlham Əliyev deyil, Cavabdeh olduğu aşkar edilmişdir. Bu cinayət hadisəsi ilə bağlı 178.1-ci maddə ilə ********* saylı cinayət işi açılmışdır. Hazırda məhkəmə prosesi davam edir. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh tərəfindən aldadılaraq 4500 manat pulunun ondan alınması və mənəvi və maddi zərərin ödənməsi, eləcə də 550 manat nəqliyyat və digər məcburi xərclərin geri qaytarılmasını tələb edir. Bu, bir ana olaraq onun üçün yalnız maddi deyil, həm də mənəvi ədalət tələbidir. Oğlunun azadlığını və həyatına bir şans verilməsini istəyərkən, ona edilən bu haqsızlıq qarşısında hər hansı bir sükut mümkün deyil. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. CPM-nin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. - 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. - 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. - 183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, cinayət hadisəsi ilə bağlı CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi açılmışdır. Hazırda məhkəmə prosesi davam edir. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh tərəfindən aldadılaraq 4500 manat pulunun ondan alınması və mənəvi və maddi zərərin ödənməsi, eləcə də 550 manat nəqliyyat və digər məcburi xərclərin geri qaytarılmasını tələb edir. İddia ərizəsindən görünür ki, hazırda cinayət işi üzrə icraat davam edir. Belə olan halda, hesab edir ki, iddiaçı ya həmin cinayət işinin icraatı çərçivəsində mülki iddia ilə bağlı ərizə ilə müraciət edə bilər, ya da Cavabdeh barəsində cinayət işi üzrə yekun qərar qəbul edildikdən sonra əgər mülki iddia verilməsi üçün əsaslar olarsa mülki məhkəmə icraatı qaydasında müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Başqa sözlə, cinayət işi üzrə yekun qərar qəbul edilmədikcə mülki məhkəmə icraatı qaydasında hazırki tələbə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, cinayət işinin icraatı çərçivəsində mülki iddia ilə bağlı ərizə ilə müraciət edə bilər, ya da cinayət işi üzrə yekun qərar qəbul edildikdən sonra əgər mülki iddia verilməsi üçün əsaslar olarsa mülki məhkəmə icraatı qaydasında müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1088/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1088/2025
17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver