Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1089/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddiasını onunla əəsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə özünə məxsus ABB kartından yenə də ona məxsus Cavabdeh ASC-nin tütün kartına 800 manat ödəniş etsə də, texniki səhvə görə pulunu geri ala bilmir, dəfələrlə Cavabdeh ASC-yə müraciət etsə də nəticə olmamışdır. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı ərizəsində Cavabdeh ASC-yə pulun qaytarılması ilə bağlı müraciət etməsini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl müqavilə münasibətinin tərəfi kimi cavabdehə rəsmi müraciət etməli, cavabdehin onun müraciətinə bildirdiyi münasibətdən (və ya hərəkətsizlik) sonra iddiaçı həmin cavabdehə qarşı tələb irəli sürməli idi. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1089/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1089/2025
16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver