Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1098/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh hüquqi varisi X10 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh hüquqi varisi X10 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda 36 saylı mənzildə yaşamış Cavabdeh mənzilindən onun mənzilinə su axmışdır. Cavabdehə dəfələrlə etdiyi müraciətlərə baxmayaraq heç bir tədbir görməmiş, müxtəlif bəhanələrlə məsuliyyətdən qaçmışdır, su isə axmaqda davam etmişdir. O, məcburiyyət qarşısında qalaraq Səbail rayon 1 saylı Mənzil İstismar Sahəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, üstə mərtəbədən su axması nəticəsində tavanın bir hissəsi yaşdır və elektrik xətləri həmin yerdən keçir, bu səbəbdən qısa qapanma nəticəsində yanğın baş vermə ehtimalı böyükdür, lakin cavabdeh şifahi xəbərdarlığa baxmayaraq suyun axıtması dayanmırdı. Göstərilən faktlar sübuta yetirilmiş və Səbail rayon 1 saylı Mənzil-İstismar Sahəsinin əməkdaşları tərəfindən akt tərtib edərək öz imzası ilə təsdiq etmişdirlər. Cavabdehin yol verdiyi təqsirli hərəkətləri nəticəsində onun mənzilinin divarına, tavanına və döşəməsinə ciddi ziyan dəymişdir. Mənzil yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 5000 manat təşkil etmişdir. Həmçinin mənzilə su basması ilə əlaqədar əsəbləşərək sarsıntı keçirmişdir. Bununla bağlı o, xx.xx.2021-ci il tarixdə əmlak vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin onun iddia tələbinə baxılma mərhələdə cavabdeh X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun iddia tələbinə xitam verilmişdir. Onun yaşadığı mənzil yararsız olduğundan və mənzildə yaşamaq mümkün olmadığından o, məcburiyyət qarşısında qalaraq cavabdeh tərəfindən vurulmuş ziyanı bərpa etmiş və mənzilin təmin işlərinə 5000 manat məbləğində vəsait xərcləmişdir. Hal-hazırda Cavabdeh vərəsəsi X11r. O, ondan dəfələrlə ona dəyən ziyanı tələb etsə də, onun tərəfindən heç bir tədbir görülməmişdir. Hazırda isə cavabdeh olan mərhum X3 məxsus olan evi satmaq istəyir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edərək hazırkı olan cavabdeh X5 ona dəyən maddi və mənəi ziyanın ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh tərəfindən ona vurulmuş 5000 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyan məbləğində pul vəsaitinin cavabdeh X5 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, həm mərhum Cavabdeh sağlığında, həm də ondan sonra su axıtma nəticəsində onun mənzilinə ziyan dəymişdir. O, mənzili 5 dəfə təmir etdirmişdir. Ziyan cavabdehin su çənindən şaxtaya, oradan isə onun evinə su axması səbəbindən yaranmışdır. O, iddiasının tam təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh hüquqi varisi X13 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, 528 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X13 xx.xx.1975-ci ildə Sumqayıt şəhərində analan olmuş, ata qrafasında X7, ana qrafasında Cavabdeh göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin, ümumi sahəsi 64 kv.m. olan 28 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS-nin mühəndisi R.Sarıyev, texnik M.Muradov və dalandar A.Teymurov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə A.Abbaszadə küçəsində yerləşən 21 saylı binanın 28 saylı mənzilində yaşayan İddiaçı müraciətinə əsasən onun mənzilinə baxıl keçirmişlər. Baxış nəticəsində məlum olmuşdur ki, həmin binanın 36-cı mənzilin sahibi vətəndaş Cavabdeh mənzildə kanalizasiya borusunda baş vermiş qəza nəticəsində 28-ci mənzilin dəhlizin, qonaq otağı və yataq otağı tavan və divarların təmiri sıradan çıxmışdır və vətəndaş İddiaçı maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/6343 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən: -1-ci və 2-ci suallar üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 28 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 36 saylı mənzilin isə 6-cı mərtəbəsində yerləşdiyini, 28 saylı mənzilin dəhliz, yaşayış otaqları və sanitar qovşağı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 21 ünvanında yerləşən 28 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 36 saylı mənzildən su axıdılığı və nəticədə 28 saylı mənzilin dəhliz, yaşayış otaqları və sanitar qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur; -3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 21 ünvanında yerləşən 28 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətinə uyğun dəyəri təqribən 1218,4 manaat məbləğində müəyyən olunmuşdur. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-130/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın (hakim Ş.Süleymanova) surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə hazırkı hüquq münasibətlərində hüquq varisliyə yol verilmədiyindən icraata xitam verilmişdir. İş üzrə Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 121 nömrəli arayışından görünür ki, X13, X12 (h/yoldaşı), X8 (oğlu), X15 (oğlu), X23 (qızı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 21 saylı evin 36 nömrəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdən görünür ki, - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 21, 36 saylı mənzil ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 28 saylı DNK-nın xx.xx.1999-cu il tarixli 3MA-1-23 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 46 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 4Ə-1/65 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı DNK-da xx.xx.2008-ci il tarixdə təsdiqlənmiş 4Ə-4-557 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən sözügedən mənzil X4 adına qeydiyyatdan keçmişdir. 3 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2015-ci il tarixli 4Ə-1732 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sumqayıt ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 2V-1105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzil Cavabdeh vəfatından sonra İsmayıl Vasifin mülkiyyətinə keçmişdir; - Bakı şəhəri 5 saylı notariat kontorunda xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 141F026808 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətinə əsasən X13 Bakı şəhəri, Səbail rayonu, 1128ci keçiddə yerləşən 21 saylı evin 36 saylı mənzilini X14 almışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 36 saylı mənzili tam mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır; - 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş və X13 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X13 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 36 saylı mənzilini Cavabdeh bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 36 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır; - Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan X13 və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69,4 kv.m. olan mənzildən ibarətdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 36 saylı mənzili tam mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası Cavabdeh mülkiyyətində olan evdə qeydiyyatda olmaqla yaşadığından və miras əmlakı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul etdiyindən, həmin əmlak üzərində hazırda mülkiyyət hüququ mövcud olduğundan, o, Cavabdeh prosessual hüquqi varisi kimi və hazırkı tələbə subyektiv cavabdehlik daşıyan şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 28 saylı mənzili iddiaçının mülkiyyətindədir. Mərhum Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 36 saylı mənzilin mülkiyyətçisi olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su cavabdehin yaşadığı mənzildən axıdılmış, bunun nəticəsində mənzilə maddi ziyan dəymiş, bu səbəbdən iddiaçı vurulmuş maddi və mənəvi ziyanın tutulması ilə bağlı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan 28 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 36 saylı mənzildən su axıdılığı və nəticədə 28 saylı mənzilin dəhliz, yaşayış otaqları və sanitar qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Eyni zamanda su sızma nəticəsində iddiaçının mülkiyyətində olan mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 1218,4 manat lazım olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və Səbail rayon Məhkəməsinin 2(009)-130/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı hüquq münasibətlərində hüquq varisliyə yol verilmədiyindən İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam veilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehin yol verdiyi təqsirli hərəkətləri nəticəsində onun mənzilinin divarına, tavanına və döşəməsinə ciddi ziyan dəymişdir. Mənzil yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 5000 manat təşkil etmişdir. Həmçinin mənzilə su basması ilə əlaqədar əsəbləşərək sarsıntı keçirmişdir. Onun yaşadığı mənzil yararsız olduğundan və mənzildə yaşamaq mümkün olmadığından o, məcburiyyət qarşısında qalaraq vurulmuş ziyanı bərpa etmiş və mənzilin təmir işlərinə 5000 manat məbləğində vəsait xərcləmişdir. Hal-hazırda Cavabdeh vərəsəsi X11r. İddiaçı dəfələrlə ona dəyən ziyanı tələb etsə də, Vasif İsmayıl tərəfindən heç bir tədbir görülməmişdir. X26 mərhum X3 məxsus olan evi satmaq istəyir. Bu səbəbdən iddiaçı ona vurulmuş 5000 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyan məbləğində pul vəsaitinin X5 alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının 2021-ci ildə məhkəməyə müraciət edən zaman məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan 28 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 36 saylı mənzilin isə 6-cı mərtəbəsində yerləşdiyini, 28 saylı mənzilin dəhliz, yaşayış otaqları və sanitar qovşağı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 21 ünvanında yerləşən 28 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 36 saylı mənzildən su axıdılığı və nəticədə 28 saylı mənzilin dəhliz, yaşayış otaqları və sanitar qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 21 ünvanında yerləşən 28 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətinə uyğun dəyəri təqribən 1218,4 manaat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildə yaranmış qüsurlar onun mənzilinə mərhum Cavabdeh mülkiyyətində olmuş mənzildən suyun axıdılması nəticəsində yarandığınlan və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində mülkiyyətə vurulmuş maddi ziyanın əvəzinin Cavabdeh hüquqi varisindən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 5000 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 1218,4 manat məbləğində tutulmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka ziyan 36 saylı mənzilin mülkiyyətçisinin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 1218,4 manat olması müəyyən edildiyindən, həmçinin iddiaçı tərəfindən dəyən ziyanın bərpası üçün 5000 manat həddində təmirə xərc çəkilməsinə dair sübutlar məhkəməyə təqdim edilə bilmədiyindən, 36 saylı mənzilin mərhum mülkiyyətçisinin vərəsəsi və onun hüquqi varisi həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. Bu səbəbdən iddia tələbi maddi ziyanın tutulması hissədə qismən təmin edilməli və 36 saylı mənzilin mərhum mülkiyyətçisinin vərəsəsi və onun hüquqi varisindən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə 1218,4 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş 1000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 1000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh hüquqi varisi X5 İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1218,4 (bir min iki yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1098/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1098/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver