Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1099/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “inzibati Xətalar Məcəlləsinin 468-ci maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “inzibati Xətalar Məcəlləsinin 468-ci maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək Paşa sığorta ASC-nin yalan və aldadıcı məlumat verməsinə görə İnzibati Xətalar Məcəlləsinin 468ci maddəsinə uyğun olaraq "xxxx" ASC-yə qarşı inzibati tənbeh tətbiq edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırda iddiaçı məhz iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, cavabdehə qarşı yönələn tələbi aydın deyildir. Belə ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin yalan və aldadıcı məlumat verməsinə görə İnzibati Xətalar Məcəlləsinin 468-ci maddəsinə uyğun olaraq "xxxx" ASC-yə qarşı inzibati tənbeh tətbiq edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı ərizənin forma və məzmununa dair tələblərə riayət etmədən İnzibati Xətalar Məcəlləsinin 468-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilmə məsələsi ilə bağlı müraciət etmiş, lakin cavabdehə yönələn tələbi göstərməmişdir. Mülki məhkəmə icraatı qaydasında iddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə iddia irəli sürə bilər. İnzibati məsuliyyətə cəlb edilmə məsələsi isə İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir ki, bu halda zərərçəkmiş inzibati xəta törətməsini irəli sürdüyü şəxsin hərəkətlərindən İXM-də nəzərdə tutulmuş qaydada şikayət edə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. (MPM 35.2) Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM 45.1) “Məhkəmə Elektron İnformasiya Sistemi”nin vergi ödəyicilərinin məlumatları barədə çıxarışından görünür ki, cavabdeh "xxxx" ASC-in hüquqi ünvanı ünvan 1nun inzibati ərazisinə aiddir. Belə olan halda, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla iddia tələbi dəqiqləşdirildikdən sonra mülki məhkəmə qaydasında tələb hazırki cavabdehə qarşı irəli sürülərsə iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. - 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Beləliklə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “inzibati Xətalar Məcəlləsinin 468-ci maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “inzibati Xətalar Məcəlləsinin 468-ci maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada (mülki məhkəmə qaydasında tələb hazırki cavabdehə qarşı irəli sürüldüyü halda) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1099/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1099/2024
26.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver