Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-111/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ona məxsus Mersedes Viano markalı, 99CZ202 dövlət nişanlı nəqiliyyat vasitəsi ilə qəza törətməsi, nəqiliyyat vasitəsinin təmiri üçün sığorta təşkilatından götürülmüş 4760 (dörd min yeddi yüz altmış) manat vəsaitlə alınmış nəqiliyyatın ehtiyat hissələrini satması və ya mənimsəməsi, nəqiliyyat vastəsinin mühərrikinə yararsız mühərrik yağının tökməsi və nəticədə mühərrikin yararsız vəziyyətə düşərək sıradan çıxmasına səbəb olması nəticəsində 10000 (on min) manatdan yuxarı zərərin vurmasını nəzərə alaraq, cəmi ona 15000 (on beş min) manat məbləğində maddi zərər vurması hərəkətlərinə görə dəymiş maddi 15000 (on beş min) manat olmaqla 15000 (on beş min ) manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, İ qrup Qarabağ müharibəsi əlilidir və heç bir yerdə işləmir. 2022-ci ilin yanvar ayında ona məxsus Mersedes Viano markalı, 99CZ202 dövlət nişanlı nəqiliyyat vastəsini Cavabdeh1 və Cavabdeh2 istifadə etməsi və hər ay ona 900 (doqquz yüz) manat icarə haqqının ödənilməsinə görə onların adına səkkiz saylı Notariat kontorunda sürmək üçün etibarnamə verib. xx.xx.2022-ci ildə Cavabdeh1 ona zəng edərək Cavabdeh2 Viano markalı, 99CZ202 dövlət nişanlı nəqiliyyat vasitəsi ilə yüngül qəza keçirdiyini və qısa müddət ərzində nəqiliyyatı təmir edəcəyini, ödənilmədiyi icarə haqqını vaxtında ödəcəyini bildirdi. 2022-ci ilin iyun ayında Cavabdeh1 ona zəng edərək sğorta təşkilatından nəqiliyyatın təmiri üçün ayrılmış pul vəsaitini götürərək nəqiliyyatın ehtiyyat hissələrinin və təmir xərcini ödənilməsi üçün Sabunçu rayonu Bakıxanov qəsəbəsi, V.Əhmədov küçəsində yerləşən Anar (telefon-***-***-**-**) adlı fiziki şəxsin nəqiliyyat vasitələrinin ehtiyyat hissələrinin satışı, avtomobillərin təmiri sexinə gəlməyini bildirib. Fiziki şəxs Anar ondan nəqiliyyatın təmiri və təmiri üçün verdiyi ehtiyyat hissələrinə görə (ehtiyyat hissələrinin siyahısını təqdim edərək) 3440 (üç min dörd yüz qırx ) manat, Cavabdeh1 isə dəmirçi, rəngsaz, digər xərclər üçün 1300 (min üç yüz) manat pul alıb. Cavabdeh1 və Cavabdeh2 həmin sexdən avtomobili bilmədiyi bir yerə, dəmirçi sexinə aparıb. Yeddi gündən sonra Cavabdeh1 və Cavabdeh2 həmin dəmirçi sexindən avtomobili Nəsimi rayonunda, Kubinka kimi tanıdığı ərazidə yerləşən Elman adlı fiziki şəxsin sexinə rənglənməsi üçün gətirib təhfil verib. 10 gün sonra nəqiliyyata baxış keçirildikdə Anar adlı fiziki şəxsdən aldığları qabaq bufirin dəyişildiyi, əzilmiş bir qabaq buferin avtomobilin üzərində olduğunu müəyyən edib. Sexin sahibi Elman adlı fiziki şəxs buftrin dəyişdirilməsindən xəbəri olmadığını, Cavabdeh1 ilə telefon əlaqəsi yaratmağını tövsiyə etdi. O Cavabdeh1 ilə telefon əlaqəsi yaratdıqda buferin dəyişdirilməsi ilə bağlı heç bir məlumatının olmadığını, oğranmış ola biləciyini bildirərək polisə müraciət etməyini tövsiyə etdi. O bu hadisə ilə bağlı 21 saylı Nəsimi rayon Polis bölməsinə rəsmi müraciət edib. Polis bölməsindən E. Ağatalıbov və F. Ağatalıbov Polis bölməsinə dəvət olunduğları və dinlədildiklərini, qısa müddət ərzində nəqiliyyat vasitəsinin buferini gətirib təhfil verəcəklərini bildiriblər. Polis bölməsindən nəqiliyyata salınmıs digər ehtiyyat hissələrini olmamasını yoxlatmağını, olmadığı halda mülki iş kimi məhkəməyə müraciət etməyi tövsiyyə edildi. O, nəqiliyyatını başqa təmir sexində yoxlatdığında, Anar adlı fiziki şəxsin ona təqdim etdiyi siyahıda avtomobili üçün adları qeyd olunan ehtiyyat hissələrinin avtomobilinə salınmadığı müəyyən olundu. Bu hadisədən sonra rəsmi olaraq Bakı şəhər Polis İdarəsinə müraciət etdi. 15 gün sonra Bakı şəhər Polis İdarəsi ilə əlaqə yaratdığında BŞPİ-si şikayət ərizəsinə yenidən baxılması üçün 21 saylı Nəsimi rayon Polis bölməsinə yenidən göndərildiyi bildirildi. 21 saylı Nəsimi rayon Polis bölməsindən heç bir xəbər, zəng olmadığı üçün Nəsimi Rayon Prokurorluğuna rəsmi müraciət edib. 10 gün sonra Nəsimi Rayon Prokurorluğu ilə əlaqə yaratdığında, Prokurorluq tərəfindən 21 saylı Nəsimi rayon Polis böməsi ilə əlaqə yaradılacağını və həmin işə yenidən baxılacağını bildirildi. xx.xx.2022-ci il tarixdə Viano markalı, 99CZ202 dövlət nişanlı nəqiliyyat vasitəsini təmir üçün usta yanına apararkən yolda mühərrikdən səs gəldiyi üçün saxlayıb, usta yanına evakuator ilə aparıb. Mühərrik ustası nəqiliyyatın mühərrikinə baxdıqdan sonra mühərrikə çox kefiyyətsiz yağ məhlulunun töküldüyünü və mühərrikdə düzgün yağlanma prosesi getmədiyi üçün mühərikin işə yararsız vəziyyətə düşərək sıradan çıxdığını bildirdi. Onun araşdırmağına görə ğavabdehlər Cavabdeh1 və Cavabdeh2 (hərəkətləri nəticəsində) ona sığorta təşkilatından götürdüyü və nəqiliyyatın ehtiyat hissələrinə, təmiri üçün verdiyi pul vəsaitinin mənimsənməsi və nəqiliyyat vasitəsinin mühərrikinin sıradan çıxması üçün bilərəkdən, qəsdən mühərikə yarsız, kefiyyətsiz yağ məhlulunun tökməsi səbəbindən, nəticəsində avtomobilin mühərikin sıradan çıxmasına səbəb olmasına görə 15000 (on beş min) maddi zərər dəymişdir. Cavabdeh tərəfindən ona dəymiş maddi zərəri 15000 (on beş min) manat dəyərində qiymətləndirir, çünki o Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanaraq fiziki sağlamlığını itirən, hal-hazırda İ-qrup müharibə əlili olan şəxsin əmlakını oğurlayaraq satıb, mənimsəyib və qəsdən yüksək miqdarda zərər dəyməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etsə də, iddia ərizəsinin məzmunundan bir qədər fərqli izahat verərək göstərmişdir ki, hadisə baş verəndən sonra maşına iki ay əl dəyilməyib. Sığorta şirkəti tərəfindən zərər 4800 manat müəyyən edilib və etibarnamə əsasında ona 4760 manat ödənilib. Sığorta pulu ödəniləndən bir həftə-on gün sonra ona bildirdilər ki, maşın hazırdır, gəlib götürə bilər. Gəlib maşına baxış keçirmək istəyəndə ona maşını sürməyə icazə vermədilər, özləri sürüb maşını apardılar dəmirçiyə, orada maşın 10 gün qaldı, sonra maşını malyar Elmarın yanına apardılar, orada maşın 15- 20 gün, hətta bir ay qalır. Daha sonra o, həmin yerə heç kəsin olmadığı vaxtda gəlir, maşını sürmək istəyir, anlayır ki, maşın yararsızdır. Kömək çağırıb maşını Afiqin profilaktoriyasına apardı. Məlum oldu ki, maşında təmir işləri görülməyib. Maşın Afiqin yanında təxminən bir həftə qaldı. 2022-ci ilin sentyabr ayında maşınla Zaqatalaya yola çıxıb, oraya çatanda maşının mühərriki dayandı. Hal-hazırda maşının mühərrikini özü düzəltdirmişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, maşına tökülən yağın uyğun olmamasını Afiq adlı şəxs təsdiqləyə bilər. Həmçinin detalların pulunu Anara ödəmiş, amma Fərid gözünün qarşısında pulu masadan götürmüşdür. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək cavabdehlərin iddiaçı ilə Mersedes Viano markalı, 99CZ202 dövlət nişanlı nəqiliyyat vasitəsinə münasibətdə icarə münasibətlərində olmasını, Cavabdeh2 2022-ci ilin aprel ayında həmin avtomaşınla qəza törədilməsi nəticəsində avtomaşına ziyan dəyməsini bildirməklə, iddia tələbində digər göstərilənlərin heç bir hüquqi əsası olmamasına istinad edərək iddiaya etiraz etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq, sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - X1 000001 nömrəli 1-ci dərəcəli əlliliyinə dair vəsiqədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial və Müdafiyəsi Nazirliyinin Şəki 19 nömrəli, xx.xx.1997-ci il tarixli Zona TSEK 747 nömrəli Müayinə Aktının çıxarışından görünür ki 1974-cü il təvəllüdlü, Zagatala rayonunda yaşayan X3 Azərbaycan Respublikasını müdafiə edərkən sağ budun yuxarı 1/3–nin qəlpə yarası səbəbi ilə amputasiya edilmişdir və kənar şəxsin qulluğuna və baxımına ehtiyacı vardır. - “X9” tərəfindən "xxxx"ASC-yə veril xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, keçirilmiş baxış nəticəsində 2007-ci il Mercedez Viano **-CZ-*** DQN-nli avtomobilin ilkin aktında ehtiyat hissələri 3570 manat, işçilik xidməti 1230 manat, ümumilikdə yekun qiymət 4800 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CPM-nin 39.1.1; 86; 207.5.2 və 212.1-ci maddələrinə əsasən cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. - xx.xx.2023-cü il tarixli 9/8836 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Gold” Avto Servis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mercedes Viano” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4800.0 manat müəyyən edilib. - Nəqliyat vasitələrinin istifadə edilməsi haqqında 944797 nöməli etibarnamədən görünür ki, “Mercedes Viano” minik markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili X5 xx.xx.2021-ci il tarixdə Cavabdeh2 etibar etmişdir. - Nəqliyat vasitələrinin istifadə edilməsi haqqında 037555 nöməli etibarnamədən görünür ki “Mercedes Viano” minik markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili X5 xx.xx.2021-ci il tarixdə Cavabdeh1 etibar etmişdir. - Nəqliyat vasitəsinə dair sərəncam verilməsi haqqında 089568 nöməli etibarnamədən görünür ki “Mercedes Viano” minik markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili X5 xx.xx.2021-ci il tarixdə İddiaçı etibar etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ilə şifahi razılaşma əsasında 2021-ci ilin dekabr ayında **-CZ-*** dövlət qeydiyyat nişanlı "Mercedes Viano" markalı avtomobili etibarnamə ilə icarəyə götürmüşlər. 2022-ci ilin aprel ayında Cavabdeh2 avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi baş vermiş və digər avtomobil qabaq sol tərəfdən toqquşaraq təqsirli ziyan vurulmuşdur. Buna görə avtomobilə dəymiş zərər sığorta şirkəti tərəfindən 4800 manat məbləğində müəyyən edilmiş və tərəflərin izahatına əsasən 4760 manat ödənilmişdir. Hazırda iddiaçı ona zərərin vurulması iddiasının əsası kimi cavabdehlərin ona məxsus Mercedes Viano markalı, 99CZ202 dövlət nişanlı nəqiliyyat vasitəsi ilə qəza törətməsinə, nəqiliyyat vasitəsinin təmiri üçün sığorta təşkilatından götürülmüş 4760 (dörd min yeddi yüz altmış) manat vəsaitin ehtiyat hissələrinin alınması adı ilə mənimsənilməsinə, nəqiliyyat vasitəsinin mühərrikinə yararsız mühərrik yağının tökülməsi nəticəsində mühərrikin yararsız vəziyyətə düşərək sıradan çıxmasına istinad etmişdir. Cavabdeh tərəf isə iddiaçı ilə Mersedes Viano markalı, 99CZ202 dövlət nişanlı nəqiliyyat vasitəsinə münasibətdə icarə münasibətlərində olmasını, Cavabdeh2 xx.xx.2022-ci ildə həmin avtomaşınla qəza törədilməsi nəticəsində avtomaşına ziyan dəyməsini təsdiq etməklə yanaşı, iddia tələbində digər göstərilənlərin heç bir hüquqi əsası olmamasına istinad edərək iddiaya etiraz etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, iddiaçının fikrincə aralarında mülki hüquq pozuntusu ilə əlaqədar (ziyan tələbi) mübahisə yarandığından tələblərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, həmin normaların tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 (ata-oğul) 2021-ci ilin dekabr ayında **-CZ-*** dövlət qeydiyyat nişanlı "Mercedes Viano" markalı boz rəngli avtomobili; İddiaçıla şifahi razılaşma əsasında etibarnamə ilə aylıq təqribən 900 manat olmaqla icarəyə götürmüşlər. 2022-ci ilin aprel ayında avtomobili Cavabdeh2 idarə edərkən baş vermiş yol nəqliyyat hadisəsi zamanı digər avtomobillə qabaq sol tərəfdən toqquşaraq avtomaşına ziyan vurulmuşdur. Buna görə də həmin sığorta şirkəti tərəfindən avtomobilin təmiri üçün ümumilikdə 4760 manat pul ayrılmış və həmin pul iddiaçıya verilmişdir. İddiaçı iddia ərizəsində fiziki şəxs Anarın ondan nəqiliyyatın təmiri və təmiri üçün verdiyi ehtiyyat hissələrinə görə 3440 (üç min dörd yüz qırx) manat, Cavabdeh1 isə dəmirçi, rəngsaz, digər xərclər üçün 1300 (min üç yüz) manat pul almasını göstərsə də, məhkəmə baxışı iclasında fərqli izahat verərək detalların pulunu Anara ödəməsini, amma Fəridin onun gözünün qarşısında pulu masadan götürməsini göstərərək sonuncu tərəfindən onun aldadılmasını bildirmişdir. Beləliklə də, iddiaçı faktiki olaraq cavabdeh tərəfindən ona ziyan vurulmasını onun aldadılması ilə əlaqələndirir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Prokurorluğuna ərizə ilə müraciət edərək bir müddət əvvəl Fərid adlı şəxsə icarəyə vermiş olduğu “Mercedes Viana” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baş vermiş yol nəqliyyat hadisəsindən sonra ona sığorta şirkəti tərəfindən ayrılan pulla ehtiyat hissələri alması, lakin həmin ehtiyyat hissələrinin yararsız və keyfiyyətsizləri ilə əvəzlənməsi ilə bağlı şikayət etmişdir. Şikayətlə bağlı İddiaçı izahatının alınması mümkün olmamış, lakin faktla bağlı Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, 2021-ci ilin dekabr ayında **-CZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Viano” markalı boz rəngli avtomobili İddiaçı internetdən tapdığı elan əsasında şifahi razılaşma əsasında etibarnamə ilə aylıq təqribən 900 manat olmaqla icarəyə götürmüşdür. Belə ki, avtomobili ilk götürdüyü anda problemləri (pompa, nakladka, şaravoy, mator yastıqları və bu kimi çox detalında) var imiş. O da avtomobili idarə etdiyi aylarda Rizvana verməli olduğu 900 manatdan detallar alıb, özü ilə birgə dəyişmişlər. Həmin detallar Rizvanın iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlı ərazidə yerləşən Daş karxanasında elə öz ustası olan Afiq adlı şəxsin iştirakı ilə dəyişilmişdir. İlk əvvəl hər şey qaydasında olmuşdur, yəni Rizvan ondan əlavə heç nə istəməmiş və ya tələb etməmişdir. Lakin 2022-ci ilin aprel ayında baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilini idarə edərkən digər avtomobil qabaq sol tərəfdən toqquşaraq təqsirli ziyan vurmuşdur. Buna görə də həmin avtomobilin sığorta şirkəti tərəfindən avtomobilin təmiri üçün ümumilikdə təqribən 4760 manat pul ayrılmış və həmin pul Rizvana çatmışdır. Rizvan həmin pulla özü avtomobilə detalları Razin adlı yerdə çay fabrikinin yaxınlığında Anar adlı şəxsdən almış və elə həmin yerdə də avtomobilə yığılmışdır. Sonra isə rənglənmə üçün Kubinka adlı ərazisində yerləşən ustaya gətirmişlər və Rizvan da orda iştirak etmişdir. Bufer rəngləndikdən sonra Rizvanın xoşuna gəlməmiş və o, xəbərsiz Polisə şikayət etmişdir. O da insanlıq edərək, həmin buferi yenisi ilə əvəz etmiş və bununla bağlı izahat da yazaraq avtomobili Rizvana təhvil vermişdir. Lakin az sonra Rizvan onunla birgə Papanin adlı ərazidə Daş bazarının içərisində yerləşən avtoservisə Rizvanın tanışı olan Afiqin yanına gedərək, avtomobili göstərmişlər. Afiqin yanında avtomobil yığıldı, o, özü şəxsən bildirmişdir ki, alınan ehtiyat hissələri də avtomobilə əlavə olunub və başqa bir problem yoxdur. Ancaq həmin vaxt matorun içərisində olan bir detalın dəyişilmədiyini Rizvan iddia etsə də, ona bildrmişdir ki, bunun ona heç bir aidiyyəti yoxdur. Buna görə də aralarında narazılıq yaranma səbəbindən Rizvan hazırda ona şər və böhtan ataraq guya onun həmin detalları xarab vəziyyətdə və əskik olaraq avtomobilə əlavə etmədiyini deyir ki, bu da əsassızdır. Çünki o, öhdəsinə düşən hər şeyi etmiş, detalların avtomobilə yığıldığı son yer Rizvanın öz tanışı olub və detalların alındığı yerlər də Rizvanın iştirakı ilə baş tutmuşdur. Bu halda onun nəsə etməyi absurt olduğunu qeyd etmişdir. Aparılan araşdırma zamanı X4 izahatında bildirmişdir ki, İddiaçı 1 il olar ki, tanıyırmış, belə ki, o, dəfələrlə yanında maşın təmir eltdirmişdir. **-CZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Viano” markalı boz rəngli avtomobili İddiaçı 1 il bundan əvvəl aldığı zaman yanına gətirmiş və o da onu təmir eləmişdir. Həmin vaxt avtomobili Fərid idarə etmirmiş. O, Rizvanı avtomobil ilə yol nəqdiyyat hadisəsi baş verməmişdən qabaq ümumi təmir üçün gələndə görmüşdür. Bundan sonra 2022-ci ilin aprel ayında baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilini idarə edərkən digər avtomobil qabaq sol tərəfdən toqquşaraq təqsirli ziyan vurmuşdur. Ancaq avtomobilə ayrılan puldan və alınan detallardan xəbəri olmayıbmış. Belə ki, təqribən 2 ay əvvəl Rizvan özü avtomobilini yanına gətirmiş, müəyyən detalları (prakladka, peredok, slesar işləri və sair) alaraq ona vermiş və o da təmir etməyə başlamışdır. Həmin vaxt Rizvan avtomobilini ümumi təmir etmiş və demək olar ki, maşın normal vəziyyətdə sahibi Rizvana təhvil vermişdir. Belə olmasaydı Rizvan avtomobili ondan götürüb, normal sürə-sürə gedə bilməzmiş. O, avtomobili təmir etdikdən sonra hər hansı bir yağ axıntısı və ya maşının hətta alt hissəsində problem görməmişdir. Məhkəmə iddiaçının tələblərinə qiymət verərək qeyd etməyi də zəruri sayır ki, cavabdeh tərəfin iddiaçı ilə sonuncunun mülkiyyətində olan avtomaşının icarə hüquq münasibətləri əsasında əlaqələrinin olması, həmin avtomaşına 2022-ci ilin appel ayında yol qəza hadisəsi nəticəsində vurulmuş ziyanın sığorta ödəninişinin iddiaçı tərəfindən alınması işin mübahisəsiz halları olsa da, nəqiliyyat vasitəsinin təmiri üçün sığorta təşkilatından götürdüyü 4760 (dörd min yeddi yüz altmış) manat vəsaitlə alınmış ehtiyat hissələrinin cavabdeh tərəfin satması və ya mənimsəməsi, nəqiliyyat vastəsinin mühərrikinə yararsız mühərrik yağının tökülməsi və nəticədə mühərrikin yararsız vəziyyətə düşərək sıradan çıxmasına səbəb olmasına dair iddia tələblərinin əsası kimi istinad etdiyi ziddiyyətli hallarla bağlı fərqli izahatı özü-özlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Başqa sözlə, qanunvericiliyə əsasən iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki tələb irəli sürülənə kimi iddiaçı cavabdehlərə qarşı etdiyi hüquq-mühafizə orqanlarına etdiyi şikayətində sığorta şirkəti tərəfindən ayrılan pulla ehtiyat hissələri alması, lakin həmin ehtiyyat hissələrinin yararsız və keyfiyyətsizləri ilə əvəzlənməsini göstərsə də, faktiki olaraq bununla bağlı polisdə izahat verməyərək şikayətini müdafiə etməmiş, özü tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq qaydada şikayət verməmiş və qərar hazırki vaxta kimi qüvvədədir. Məhkəmə işin qeyd edilən diqqətə layiq məqamlarını qeyd etməklə bu qənaətə gəlir ki, sözügedən qərarın qüvvədə olması da iddiaçının irəli sürdüyü arqumentlərin əsassız olmasına dəlalət edir. Belə olan halda cavabdeh tərəfin iddiaçının avtomobilinin yol nəqliyyat hadisəsindən sonra sığorta təşkilatından götürülmüş 4760 (dörd min yeddi yüz altmış) manat vəsaitlə alınmış nəqiliyyat ehtiyat hissələrini cavabdeh tərəfin satması və ya mənimsəməsi, ehtiyyat hissələrinin yararsız və keyfiyyətsizləri ilə əvəzlənməsi, nəqiliyyat vastəsinin mühərrikinə yararsız mühərrik yağının tökməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə baxışı zamanı da belə halın mövcudluğu öz təsdiqini tapmamışdır. Başqa sözlə, cavabdehlərin iddiaçıya münasibətdə hər hansı hüquqazidd əməl, yəni mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik etmələri müəyyən edilməmişdir. İş üzrə ehtiyat hissələrinin vəziyyətinin müəyyən edilməsi üçün avtotexniki ekspertiza təyin edilsə də, əmtəəşünaslıq ekspertizası keçirilmiş və məhkəməyə təqdim edilmişdir. Məhkəmə hazırki ekspert rəyinin qəza zamanı avtomobilə dəymiş zərərin məbləği ilə bağlı mübahisə olmadığından iş üçün əhəmiyyət kəsb etmədiyi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə araşdırılma aparılmasına ehtiyac yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının ona 15000 (on beş min) manat məbləğində maddi zərər vurmasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə hesab edir ki, iddiaçının maddi ziyan ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-111/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-111/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver